238 minə aldığı gözəllik cihazları başına bəla oldu
Bakıda 140 min dollar ödəyərək bədənşəkilləndirmə cihazları almış qadın dələduzluqla üzləşib.
"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, o, İsraildən tibbi avadanlıqların Azərbaycana gətirilməsi işi ilə məşğul olan sahibkar Vüqar S. tərəfindən aldadılıb.
Belə ki, Vüqar Mətanət adlı iş qadınından 140 min dollar alaraq İsraildən "Venus Bliss" və "Venus Legacy" adlı bədənşəkilləndirmə cihazları sifariş verib. Cihazlar Bakıya gətirildikdən sonra əvvəlcə paytaxtın Yasamal rayonunda yerləşən "Renew" gözəllik mərkəzinə, daha sonra isə "BS Estetik" klinikasına yerləşdirilib. Lakin 2 ay sonra cihazlar koda düşüb və işləməyib.
Məlum olub ki, Vüqar İsraildən gətizdirdiyi cihazların ödənişini tam etməyib və onları kredit şərti ilə idxal edib. İsrail şirkəti də ödənişin edilmədiyini görərək cihazları məsafədən idarəedilən sistem vasitəsilə koda salıb.
Mətanət dəfələrlə əlaqə saxlamaq istəsə də, Vüqara verdiyi pulları geri ala bilməyib. Qadın məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edib və cinayət işi başlanılıb.
Vüqar S. Cinayət Məcəlləsinin 178.3.2-ci (Külli miqdarda dələduzluq) maddəsi üzrə açılmış iş üzrə mühakimə edilib. O, cinayət işi ilə əlaqədar bir neçə ay əvvəl həbs edilib.
Fevralın 19-da isə Bakı Ağır Cinayətlər Məhkəməsi işlə bağlı hökmü elan edib. Tərəflərin artıq aralarında razılaşması nəzərə alınaraq Vüqara şərti cəza verilib və o, məhkəmə zalından azadlığa buraxılıb.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Pensiyaçılar və işsizlər cərimədən azaddırmı? - HÜQUQİ İZAH
17 yaşlı Azərbaycan çempionu qəfil vəfat etdi - Foto
Azərbaycanda bu şəxslər üçün ictimai nəqliyyatda birinci gedişhaqqı 1 QƏPİK OLDU
Pensiyaçılara XƏBƏRDARLIQ: 100-200 manat təklif edirlər…
Toyuğu yumazdan əvvəl bu təhlükəni bilin!
Bağında qızı zorlamaqda ittiham olunan Bəxtiyar Dalinin "milyonluq sarayı"
Qədim Şuşada gözəllik yaradılır
"Tiktok"da tanış olduğu qadını rayona apardı, gecələmək istəməyəndə onu döydü
Noyabrın 6-dan 30-dək davam edəcək - ƏHALİYƏ XƏBƏRDARLIQ
Bakıda avtomobil gözəllik salonuna girdi
Novxanıdakı "milyonluq saray"ın sahibi həbs edildi
Sabah hava necə olacaq?
Nuhun gəmisi sirri: Alimlər yanmış qalıqlar aşkar etdilər