Çökən yolda vəziyyət necədir?
"Ötən gün səhər saatlarında Heydər Əliyev prospektində baş verən qəzanın səbəbi ilə bağlı dəqiq məlumat vermək çətindir".
Bunu "Qafqazinfo"ya açıqlamasında İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin mətbuat katibi Ceyhun Musaoğlu deyib.
O bildirib ki, dünən dərhal qəzanın aradan qaldırılması işlərinə başlanılıb:
"Bu hadisə ilə bağlı elan paylaşmışdıq. Elanda qeyd etmişdik ki, Nərimanov rayonunun bəzi ərazilərində içməli suyun verilməsində fevralın 25-i günün ikinci yarısına qədər fasilə yaranacaq, günün ikinci yarısından sonra qəzanın aradan qaldırılması işləri tamamlanacaq, ondan sonra suyun verilməsinə başlanılacaq. Amma operativ fəaliyyət nəticəsində qeyd etdiyimizdən daha tez, yəni saat 12:00 ərəfəsində qəza aradan qaldırıldı. Hazırda həmin ərazidə asfaltlama işləri yekunlaşmaq üzrədir. Fasilə yaranan ərazilərə də suyun verilməsinə başlanılıb".
C. Musaoğlu qeyd edib ki, gün ərzində Bakıda və regionlarda bu kimi qəzalar baş verə bilir və dərhal aradan qaldırılır:
"Amma havaların şaxtalı keçməsi və hava vəziyyətinin dəyişməsi boruya təsir edir. Bu səbəbdən də ola bilər. Lakin müxtəlif səbəblər də olur. Əsas odur ki, kənar müdaxilə olmayıb. Bu qəza təbii qəza hesab olunur".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1191 Tarix: 25 fevral 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
3 yaşınadək uşağı olan bu analara hər ay - 100 manat veriləcək
3 yaşınadək uşağı olan sığortaolunan (işləyən) analara ödənilən aylıq müavinətin məbləğində kəskin artım gözlənilir. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müakirəyə çıxarılan "Azərbaycan Respublikasını
4 noyabrİşdən çıxarılan şəxslərin kredit borcunu sığorta ödəyəcək? - Ekspertdən AÇIQLAMA
İşini itirən vətəndaşların kredit öhdəliklərinin sığorta şirkətləri tərəfindən qarşılanmasını nəzərdə tutan mexanizm gözlənilməz gəlir itkisi ilə üzləşən şəxslərin maliyyə yükünün azaldılması baxımından əhəmiyyət daşıyır. Belə bir sistemin tətbiqi bankların kredit siyasətinə, sığorta şirkətlərinin öhdəliklərin
2 noyabrÖzəl məktəblərdə qiymətlər dəyişdi: Təhsil haqqı artdı (SİYAHI)
Azərbaycanda ümumi təhsil almaq üçün dövlət məktəbləri ödənişsiz fəaliyyət göstərsə də, bir sıra valideynlər övladlarının təhsili üçün özəl məktəblərə üstünlük verirlər. Bu zaman məktəb seçimi ilə yanaşı, illik təhsil haqqı da əsas məsələlərdən birinə çevrilir. Özəl təhsil müəssisələrində qiymətlər is
3 noyabrADU-da şəhid məzun Elvin İmaməliyevin adına auditoriya açılıb
Azərbaycan Dillər Universitetində (ADU) Vətən Müharibəsində qəhrəmancasına şəhid olmuş, universitetin məzunu Elvin İmaməliyevin əziz xatirəsinə həsr olunmuş auditoriyanın açılış mərasimi keçirilib. Əvvəlcə Vətən uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib
3 noyabr