Media nümayəndələri Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksinə baxış keçirdilər

Media nümayəndələri Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksinə baxış keçirdilərAzərbaycan Dövlət Su Ehtiyatları Agentliyi Novruz Bayramı ərəfəsində Su çərşənbəsi, Beynəlxalq Poeziya və Ümumdünya Su Resursları Gününə həsr olunmuş "Su Aydınlıqdır" mövzusunda Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksində tədbir keçirib.

Tədbirdə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin İdarə Heyəti sədrinin müavini Cabbar Cabbarlı, İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin İdarə Heyəti sədrinin müşaviri Çingiz Abdullayev, yazıçı İlqar Fəhmi, xalq şairi Vahid Əziz, Mətbuat Şurasının idarə heyətinin üzvü, professor Qulu Məhərrəmli, AMEA-nın Folklor İnstitutunun aparıcı elmi işçisi İlhamə Qəsəbova və media qurumlarının nümayəndələri iştirak ediblər.

Tədbirin açılışı nitqini İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin İdarə Heyəti sədrinin müşaviri Çingiz Abdullayev söyləyərək, qonaqları salamlayıb. Daha sonra sədr müavini Cabbar Cabbarlı su təsərrüfatı haqqında və Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksinin fəaliyyəti ilə bağlı məlumat verib.

Tarixən suyun əhəmiyyətindən və insan həyatındakı rolundan söz açan şair, yazıçı İlqar Fəhmi və Vahid Əziz isə öz nitqlərini şeirlə tamamlayıblar. Növbəti çıxışda professor Qulu Məhərrəmli su təsərrüfatında media nümayənədələrinin rolunu və su təchizatı sahəsində Xidmətlə daim əməkdaşlığın, sıx kommunikativ əlaqələrin əhəmiyyətini diqqətə çatdırıb. AMEA-nın elmi işçisi İlhamə Qəsəbova isə su anlayışının folklorda təsvirindən və ümumilikdə hər sahədə olduğu kimi ədəbiyyatda da məhz suya ayrılan dəyərdən söz açıb.

Tədbirin rəsmi çıxış hissəsi yekunlaşdıqdan sonra qonaqlar və media nümayəndələri Ceyranbatan Ultrasüzgəcli Su Təmizləyici Qurğular Kompleksinin SCADA otağında Ceyranbatan Su Təchizatı İdarəsinin rəis müavini Oruc Bayramovun müşayiəti ilə kompleksdə suyun ümumi idarəedilmə mexanizmi ilə tanış olublar. Daha sonra idarəetmə sistemi ilə bağlı media qurumlarının suallarını Suyun təhlükəsizliyi və ekologiya şöbəsinin müdiri Cəmil Babayev və İdarə Heyəti sədrinin müşaviri Aydın Abbasov cavablandırıb.

Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksinin fəaliyyəti ilə daha yaxından və əyani şəkildə tanış olmaq üçün qonaqlar və media nüməyəndələri Kompleksin ərazisində gəzintiyə çıxıblar. Burada mövcud olan su təmziləyici qurğular nümayiş etdirilərək hər biri haqqında ayrılıqda məlumat verilib. Ceyranbatan Su Təchizatı İdarəsinin aparıcı mühəndisləri ilə media təmsilçilərinin fikir mübadiləsi aparılıb.
Media nümayəndələri Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksinə baxış keçirdilərMedia nümayəndələri Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksinə baxış keçirdilərMedia nümayəndələri Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksinə baxış keçirdilərMedia nümayəndələri Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksinə baxış keçirdilərMedia nümayəndələri Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksinə baxış keçirdilərMedia nümayəndələri Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksinə baxış keçirdilərMedia nümayəndələri Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksinə baxış keçirdilərMedia nümayəndələri Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksinə baxış keçirdilərMedia nümayəndələri Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksinə baxış keçirdilərMedia nümayəndələri Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksinə baxış keçirdilərMedia nümayəndələri Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksinə baxış keçirdilərMedia nümayəndələri Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksinə baxış keçirdilərMedia nümayəndələri Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksinə baxış keçirdilərMedia nümayəndələri Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksinə baxış keçirdilərMedia nümayəndələri Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksinə baxış keçirdilərMedia nümayəndələri Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksinə baxış keçirdilərMedia nümayəndələri Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksinə baxış keçirdilərMedia nümayəndələri Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksinə baxış keçirdilərMedia nümayəndələri Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksinə baxış keçirdilər


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1292   Tarix: 25 fevral 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

3 yaşınadək uşağı olan bu analara hər ay - 100 manat veriləcək

3 yaşınadək uşağı olan sığortaolunan (işləyən) analara ödənilən aylıq müavinətin məbləğində kəskin artım gözlənilir. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müakirəyə çıxarılan "Azərbaycan Respublikasını

4 noyabr
.

Bakıda dörd nəfərin öldüyü obyektin yaxınlığındakı klub və restoranların icarədarları cəzalandırıldılar - Video

Səbail rayonunda sakinlərin narahatlığına səbəb olan məişət səs-küyü ilə bağlı polis əməkdaşları tərəfindən müvafiq tədbirlər görülüb. -ın əldə etdiyi məlumata görə, adıçəkilən iaşə obyektlərində araşdırma aparılıb. Araşdırma zamanı ictimai asayişin, eləcə də ətraf ərazidə yaşayan sakinlərin dincliyini

2 noyabr
.

İşdən çıxarılan şəxslərin kredit borcunu sığorta ödəyəcək? - Ekspertdən AÇIQLAMA

İşini itirən vətəndaşların kredit öhdəliklərinin sığorta şirkətləri tərəfindən qarşılanmasını nəzərdə tutan mexanizm gözlənilməz gəlir itkisi ilə üzləşən şəxslərin maliyyə yükünün azaldılması baxımından əhəmiyyət daşıyır. Belə bir sistemin tətbiqi bankların kredit siyasətinə, sığorta şirkətlərinin öhdəliklərin

2 noyabr
.

Özəl məktəblərdə qiymətlər dəyişdi: Təhsil haqqı artdı (SİYAHI)

Azərbaycanda ümumi təhsil almaq üçün dövlət məktəbləri ödənişsiz fəaliyyət göstərsə də, bir sıra valideynlər övladlarının təhsili üçün özəl məktəblərə üstünlük verirlər. Bu zaman məktəb seçimi ilə yanaşı, illik təhsil haqqı da əsas məsələlərdən birinə çevrilir. Özəl təhsil müəssisələrində qiymətlər is

3 noyabr
.

Palma yağı süfrələrimizi zəbt edir: İdxal niyə ildən-ilə artır? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA

Qida sənayesində palma yağından istifadənin getdikcə genişlənməsi istehlakçıların sağlamlığı və ərzaq məhsullarının keyfiyyəti ilə bağlı ciddi suallar yaradır. Marketlərdə satılan şirniyyat, şokolad, süd məhsulları və digər gündəlik istehlak mallarının tərkibində palma yağına daha çox rast gəlinir. Dövlə

3 noyabr
.

ADU-da şəhid məzun Elvin İmaməliyevin adına auditoriya açılıb

Azərbaycan Dillər Universitetində (ADU) Vətən Müharibəsində qəhrəmancasına şəhid olmuş, universitetin məzunu Elvin İmaməliyevin əziz xatirəsinə həsr olunmuş auditoriyanın açılış mərasimi keçirilib. Əvvəlcə Vətən uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib

3 noyabr
.

Veysəloğlu Şirkətlər Qrupunun tərəfdaşlığı ilə ADA Məktəbində növbəti xeyriyyə məqsədli "Məhsul bayramı" keçirilib

ADA Universitetinin nəzdində fəaliyyət göstərən ADA Məktəbində hər il ənənəvi olaraq təşkil edilən Payız festivalı - "Məhsul bayramı" baş tutub. Tədbirin əsas məqsədi şagird və tələbələrdə məsuliyyətli vətəndaşlıq duyğusunu formalaşdırmaq, milli-mənəvi dəyərləri təbliğ etmək, xeyriyyəçili

2 noyabr
.

Mobil operatorlara tətbiq ediləcək cərimələr yetərlidirmi? Milyonluq dövriyyə qarşısında 2 min manat - VƏKİLDƏN AÇIQLAMA

Mobil operatorlar və internet provayderləri tərəfindən göstərilən xidmətlərin keyfiyyətinə nəzarətin sərtləşdirilməsi, bu sahədə fəaliyyət göstərən şirkətlərin məsuliyyətinin artırılması gündəmə gəlib. Təklif olunan qanun dəyişikliyinə əsasən, müəyyən edilmiş keyfiyyət göstəricilərinə əməl etməyən telekommunikasiy

4 noyabr
.

"Etiketlər kağızla deyil, birbaşa qablaşdırmaya vurulmalıdır" - qida eksperti Elşən Cəfərovla MÜSAHİBƏ

"4 il bundan öncə mən marketlərdə tərkibində palma yağı olmayan məhsul tapa bilirdim. Bu gün isə axtarıram tapa bilmirəm. Belə bir məhsul olsa belə mən məcburam ki, marketdə ən azı 40 dəqiqə-1 saat məhsulların bir-bir tərkibini oxuyum". Bu sözləri -a açıqlamasında qida eksperti, "JAFAROV"

2 noyabr