"Narkozu çoxmu veriblər, necə ediblər, bilmirəm…" - Video
Gəncədə əməliyyat vaxtı vəfat edən 24 yaşlı Türkan Balakişizadənin ölümünün təfərrüatı məlum olub.
"Qafqazinfo" xəbər verir ki, bu barədə onun anası Əzizə Rəhimova İTV-yə danışıb.
Onun sözlərinə görə, qızı əməliyyat başlamadan əvvəl aldığı narkozdan şoka düşüb: "Əlinin üstündə yumru formada nəsə var idi. Həkim MRT-yə göndərdi, sonra Bakıya onkoloji müayinəyə göndərdilər. Dedilər elə-belə şeydir. Qızım isə dedi ki, məzuniyyətə çıxmışam, qayıdaq Gəncəyə, orada əməliyyat etdirərəm. Fevralın 10-u deyə-gülə əməliyyata apardıq, saat 11-də içəri girdi. 11:40-da həkim gəldi ki, uşağı az qala itirmişdik. Güclə qaytardıq, aparata qoşmuşuq. Hələ əməliyyat başlamamış şoka düşüb. Aparatda 14 gün qaldı. Narkoz çoxmu verilib, necə ediblər, bilmirəm..."
Ə. Rəhimova qeyd edib ki, övladı vəfat edən gün vəzifəsi artırılıbmış: "İnstitutu, magistraturanı bitirib, özü imtahan verib işə düzəlmişdi. Bir ildən sonra vəzifəsini artırdılar. Ölən günü də vəzifəsini təsdiqlədilər. "ASAN xidmət" mərkəzində xəzinədar işləyirdi…"
Xatırladaq ki, hadisə Gəncə Beynəlxalq Xəstəxanasında baş verib. Nişanlı olan Türkan Balakişizadə Gəncə regional "ASAN xidmət" mərkəzində yerləşən Azərbaycan Beynəlxalq Bankının əməkdaşı olub.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 2627 Tarix: 26 fevral 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
3 yaşınadək uşağı olan bu analara hər ay - 100 manat veriləcək
3 yaşınadək uşağı olan sığortaolunan (işləyən) analara ödənilən aylıq müavinətin məbləğində kəskin artım gözlənilir. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müakirəyə çıxarılan "Azərbaycan Respublikasını
4 noyabrİşdən çıxarılan şəxslərin kredit borcunu sığorta ödəyəcək? - Ekspertdən AÇIQLAMA
İşini itirən vətəndaşların kredit öhdəliklərinin sığorta şirkətləri tərəfindən qarşılanmasını nəzərdə tutan mexanizm gözlənilməz gəlir itkisi ilə üzləşən şəxslərin maliyyə yükünün azaldılması baxımından əhəmiyyət daşıyır. Belə bir sistemin tətbiqi bankların kredit siyasətinə, sığorta şirkətlərinin öhdəliklərin
2 noyabrÖzəl məktəblərdə qiymətlər dəyişdi: Təhsil haqqı artdı (SİYAHI)
Azərbaycanda ümumi təhsil almaq üçün dövlət məktəbləri ödənişsiz fəaliyyət göstərsə də, bir sıra valideynlər övladlarının təhsili üçün özəl məktəblərə üstünlük verirlər. Bu zaman məktəb seçimi ilə yanaşı, illik təhsil haqqı da əsas məsələlərdən birinə çevrilir. Özəl təhsil müəssisələrində qiymətlər is
3 noyabrADU-da şəhid məzun Elvin İmaməliyevin adına auditoriya açılıb
Azərbaycan Dillər Universitetində (ADU) Vətən Müharibəsində qəhrəmancasına şəhid olmuş, universitetin məzunu Elvin İmaməliyevin əziz xatirəsinə həsr olunmuş auditoriyanın açılış mərasimi keçirilib. Əvvəlcə Vətən uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib
3 noyabr