Xanımı ilə körpəsini doğuşda itirən kişi danışdı - Video
Göygöl Rayon Mərkəzi Xəstəxanasında doğuş zamanı həyatını itirən 35 yaşlı Nuranə Cəbrayılovanın əri Füzuli Cəbrayılov xanımının həkim səhlənkarlığından öldüyünü iddia edir.
"Qafqazinfo"ya açıqlama verən F. Cəbrayılov həyat yoldaşını xəstəxanaya sağlam şəkildə apardığını deyib.
"Hamiləlik dövründə mütəmadi həkim yoxlanışından keçirmişik. Heç bir problem aşkar olunmayıb. Vaxtı tamam olub xəstəxanaya aparılanda da ulltrasəs müayinəsi etdilər. Uşaq 3 kq-dan artıq olub. Həkim bizə ana və uşağın sağlam olduğunu, problem olmadığını dedi. Doğuş şöbəsinə aparılarkən Afət adlı həkim də hər şeyin normal getdiyini söylədi.
Yoldaşım, hətta məndən yemək almağımı istədi. Mən yemək alıb qayıdanda Afət həkim yenidən qabağıma çıxıb dedi ki, "yoldaşının özündən getməsi varmı?" Mən də dedim, xeyr. Həkimlər mənə öldüyünü demədilər. Özüm məcburən qapını açdım və gördüm ki, yoldaşımın ağzında süni nəfəs aparatı
və o artıq dünyasını dəyişib. Ancaq həkimlər yenə də boynuna almadı. Məni çıxardılar. Bir müddət sonra gördüm ki, yoldaşım ölüb, həkim də yoxa çıxıb", - deyə, mərhumun həyat yoldaşı əlavə edib.
Bu, N. Cəbrayılovanın 14 ildən sonra sayca 4-cü hamiləliyi olub. Onun 3 oğul övladı var.
Qeyd edək ki, məsələ ilə bağlı TƏBİB-dən sorğumuza cavab olaraq bildirilib ki, doğuş prosesində qadının vəziyyətində pisləşmə qeyd edilib (huşun itməsi, sianoz, qıcolma), həkim-anestezioloq-reanimatoloqun konsultasiyası ilə müvafiq tibbi yardım göstərildikdən sonra təcili qeysəriyyə kəsiyi əməliyyatı üçün qərar qəbul edilib. Əməliyyat masasında hamilənin vəziyyəti anidən kəskin pisləşdiyi üçün təcili reanimasion tədbirlər icra olunmağa başlanılıb. Aparılmış bütün zəruri tədbirlərə baxmayaraq, hamilədə ölüm faktı baş verib.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Pensiyaçılar və işsizlər cərimədən azaddırmı? - HÜQUQİ İZAH
17 yaşlı Azərbaycan çempionu qəfil vəfat etdi - Foto
Azərbaycanda bu şəxslər üçün ictimai nəqliyyatda birinci gedişhaqqı 1 QƏPİK OLDU
Pensiyaçılara XƏBƏRDARLIQ: 100-200 manat təklif edirlər…
Toyuğu yumazdan əvvəl bu təhlükəni bilin!
Bağında qızı zorlamaqda ittiham olunan Bəxtiyar Dalinin "milyonluq sarayı"
Qədim Şuşada gözəllik yaradılır
"Tiktok"da tanış olduğu qadını rayona apardı, gecələmək istəməyəndə onu döydü
Noyabrın 6-dan 30-dək davam edəcək - ƏHALİYƏ XƏBƏRDARLIQ
Bakıda avtomobil gözəllik salonuna girdi
Novxanıdakı "milyonluq saray"ın sahibi həbs edildi
Sabah hava necə olacaq?
Nuhun gəmisi sirri: Alimlər yanmış qalıqlar aşkar etdilər