Ramiz Tahirovun oğluna vəzifə VERİLDİ
Azərbaycan ilk dəfə NATO-nun "Dəniz Təhlükəsizlik Mükəmməlliyi" (MARSEC COE) mərkəzinə üzv qəbul edilib. Sözügedən mərkəzin əsas fəaliyyət istiqaməti üzv ölkələrin dəniz təhlükəsizliyinin təmin edilməsi üçün iştirakı, eləcə də digər ölkələrin bu sahədə öhdəliklərə təşviq edilməsi məqsədini daşıyır.
İmzalanmış texniki razılaşma sənədinə əsasən, Azərbaycan Hərbi Dəniz Qüvvələrinin nümayəndəsi həmin mərkəzdə 3 il müddətində ölkəmizi təmsil edəcəkdir.
Sonxeber.az "qafqazinfo"ya istinadən xəbər verir ki, Azərbaycanın Mərkəzdəki nümayəndəsi üçüncü dərəcəli kapitan Kamran Tahirbəyli olacaq.
K.Tahirbəyli müdafiə nazirinin sabiq müavini - Hərbi Hava Qüvvələrinin əvvəlki komandanı general-leytenant Ramiz Tahirovun oğludur. O, həm də Azərbaycanın ABŞ-dəki Səfirliyində hərbi attaşe köməkçisidir.
Qeyd edək ki, Ramiz Tahirov ötən ilin mayında Prezidentin Sərəncamı ilə vəzifəsindən azad olunaraq ehtiyata buraxılıb.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1204 Tarix: 26 fevral 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
3 yaşınadək uşağı olan bu analara hər ay - 100 manat veriləcək
3 yaşınadək uşağı olan sığortaolunan (işləyən) analara ödənilən aylıq müavinətin məbləğində kəskin artım gözlənilir. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müakirəyə çıxarılan "Azərbaycan Respublikasını
4 noyabrİşdən çıxarılan şəxslərin kredit borcunu sığorta ödəyəcək? - Ekspertdən AÇIQLAMA
İşini itirən vətəndaşların kredit öhdəliklərinin sığorta şirkətləri tərəfindən qarşılanmasını nəzərdə tutan mexanizm gözlənilməz gəlir itkisi ilə üzləşən şəxslərin maliyyə yükünün azaldılması baxımından əhəmiyyət daşıyır. Belə bir sistemin tətbiqi bankların kredit siyasətinə, sığorta şirkətlərinin öhdəliklərin
2 noyabrÖzəl məktəblərdə qiymətlər dəyişdi: Təhsil haqqı artdı (SİYAHI)
Azərbaycanda ümumi təhsil almaq üçün dövlət məktəbləri ödənişsiz fəaliyyət göstərsə də, bir sıra valideynlər övladlarının təhsili üçün özəl məktəblərə üstünlük verirlər. Bu zaman məktəb seçimi ilə yanaşı, illik təhsil haqqı da əsas məsələlərdən birinə çevrilir. Özəl təhsil müəssisələrində qiymətlər is
3 noyabrADU-da şəhid məzun Elvin İmaməliyevin adına auditoriya açılıb
Azərbaycan Dillər Universitetində (ADU) Vətən Müharibəsində qəhrəmancasına şəhid olmuş, universitetin məzunu Elvin İmaməliyevin əziz xatirəsinə həsr olunmuş auditoriyanın açılış mərasimi keçirilib. Əvvəlcə Vətən uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib
3 noyabr