"Azərbaycan-Pakistan arasındakı qardaşlıq münasibətlərinin və qarşılıqlı dəstəyə söykənən strateji tərəfdaşlığın uzun tarixi var" - DEPUTAT

"Azərbaycan-Pakistan arasındakı qardaşlıq münasibətlərinin və qarşılıqlı dəstəyə söykənən strateji tərəfdaşlığın uzun tarixi var" - DEPUTAT"Azərbaycan-Pakistan münasibətləri qarşılıqlı etimad və dostluq üzərində qurulub. Bu gün iki ölkə arasında əməkdaşlıq bütün sahələrdə uğurla inkişaf etdirilməkdədir".

Bunu Sonxeber.az-a danışan deputat Cavanşir Paşazadə bildirib.

Depuat qeyd ki, Azərbaycan-Pakistan arasındakı qardaşlıq münasibətlərinin və qarşılıqlı dəstəyə söykənən strateji tərəfdaşlığın uzun tarixi var.

"Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifin ölkəmizə rəsmi səfəri ölkələrimiz arasında qardaşlıq əlaqələrini gücləndirəcək. Azərbaycan-Pakistan hər zaman beynəlxalq təsisatlarda bir-birini dəstəkləyib. Ümumiyyətlə Pakistan ilə Azərbaycan arasında bu cür qardaşlıq münasibətləri iki qardaş müsəlman ölkəsi arasında tərəfdaşlığın yaxşı nümunəsidir. İki ölkə arasındakı münasibət siyasi, iqtisadi, hərbi və mədəni-humanitar sahələri əhatə edir. Ölkə başçılarının və digər yüksək vəzifəli şəxslərin səfərləri, imzalanan müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsinə yönəlmiş mühüm sazişlər münasibətlərimizi daha da sarsılmaz edir. Məz buna görə də Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifin son səfəri də ikitərəfli münasibətlərin inkişafı baxımdan xüsusi önəm daşıyır".

Deputat söyləyib ki, cənab prezident İlham Əliyev Pakistanla əlaqələrin inkişafına xüsusi önəm verir:

"Bu, ölkələrimiz arasında ikitərəfli münasibətlərin inkişaf dinamikasına mühüm təkan verir. Ən önəmlisi isə müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsində xüsusi rol oynayır. Bu da təsadüfi deyil, siyasi, hərbi, iqtisadi və mədəni sahələrdə ikitərəfli əlaqələrin möhkəmləndirilməsinə yönəlmiş fəal xarici siyasət yürüdən Azərbaycan Pakistana Cənubi Asiya regionunda özünün əsas strateji tərəfdaşlarından biri kimi baxır Bu gün imzalanmış razılaşmalar yalnız indicə gördüyümüz mərasimlə məhdudlaşmır. Cənab Baş nazirin səfəri zamanı 10-dan çox saziş imzalandı. Əminəm kiz. u sazişlər gələcək əməkdaşlıq üçün yaxşı bünövrə yaradacaq. Sərmayə planlarımız əsasında, ticari dövriyyəmizin də artımını görəcəyik.

Məhəmməd Şahbaz Şərifin səfəri çərçivəsində müdafiə sənayesi məhsullarının birgə istehsalı imkanlarıda müzakirə edildi. Bu Pakistanla əməkdaşlığımızın digər mühüm sektoru olacaq. Bilirik ki, Pakistanın çox inkişaf etmiş müdafiə sənayesi var. Azərbaycan da öz potensialını inkişaf etdirir. Müdafiə sənayesinin məhsullarını artıq 30-dan çox ölkəyə ixrac edirik. Düşünürəm ki, birgə istehsal ilə təchizatımız – ixracyönümlü təchizatımız daha da artacaq. Müzakirə olunan digər mühüm sahə bağlantı və daşımalardır. Beynəlxalq daşımalar dəhlizlərinin ayrılmaz hissəsi olan Azərbaycanın daşımalar infrastrukturunun imkanlarının artırılması məqsədilə cənab Baş nazirə planlarımız, müqavilələr və imzaladığımız razılaşmalar barədə məlumat verdim - istər Şimal-Cənub və ya Şərq-Qərb. Azərbaycan hər ikisində iştirak edir. Əlbəttə ki, bu, bağlantı və daşımaların, iqtisadi inkişafın, o cümlədən siyasi sabitliyin mühüm elementidir. Bir-birinə yaxın yerləşən ölkələr bu cür çoxtərəfli əməkdaşlıq formatında iştirak etdiyi zaman vəziyyət bizim regionlarda daha proqnozlaşdırılan olur. Bu, həmçinin regional sabitliyin mühüm meyarıdır".

Deputat vurğulayıb ki, Pakistan bizim üçün ən yaxın dost və qardaşlardan biridir:

"Bu gün Azərbaycan-Pakistan arasında güclü qardaşlıq əlaqələri mövcuddur. 44 günlük Vətən müharibəsi zamanı küçələrə axışan xalqımız əllərində Azərbaycan, Türkiyə, Pakistan bayrağı ilə qələbə sevincinin xoşbəxtliyini yaşamaqları təsadüfi deyildi. Çünki Pakistan Vətənn müharibəsi zamanı və ondan sonrakı dövrdə Azərbaycanın yanında olaraq öz siyasi və mənəvi dəstəyi ilə bizi böyük Zəfərə ruhlandırdı. Xalqımız bu qardaşlıq dəstəyini heç zaman unutmayacaq".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1272   Tarix: 26 fevral 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

3 yaşınadək uşağı olan bu analara hər ay - 100 manat veriləcək

3 yaşınadək uşağı olan sığortaolunan (işləyən) analara ödənilən aylıq müavinətin məbləğində kəskin artım gözlənilir. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müakirəyə çıxarılan "Azərbaycan Respublikasını

4 noyabr
.

Bakıda dörd nəfərin öldüyü obyektin yaxınlığındakı klub və restoranların icarədarları cəzalandırıldılar - Video

Səbail rayonunda sakinlərin narahatlığına səbəb olan məişət səs-küyü ilə bağlı polis əməkdaşları tərəfindən müvafiq tədbirlər görülüb. -ın əldə etdiyi məlumata görə, adıçəkilən iaşə obyektlərində araşdırma aparılıb. Araşdırma zamanı ictimai asayişin, eləcə də ətraf ərazidə yaşayan sakinlərin dincliyini

2 noyabr
.

İşdən çıxarılan şəxslərin kredit borcunu sığorta ödəyəcək? - Ekspertdən AÇIQLAMA

İşini itirən vətəndaşların kredit öhdəliklərinin sığorta şirkətləri tərəfindən qarşılanmasını nəzərdə tutan mexanizm gözlənilməz gəlir itkisi ilə üzləşən şəxslərin maliyyə yükünün azaldılması baxımından əhəmiyyət daşıyır. Belə bir sistemin tətbiqi bankların kredit siyasətinə, sığorta şirkətlərinin öhdəliklərin

2 noyabr
.

Özəl məktəblərdə qiymətlər dəyişdi: Təhsil haqqı artdı (SİYAHI)

Azərbaycanda ümumi təhsil almaq üçün dövlət məktəbləri ödənişsiz fəaliyyət göstərsə də, bir sıra valideynlər övladlarının təhsili üçün özəl məktəblərə üstünlük verirlər. Bu zaman məktəb seçimi ilə yanaşı, illik təhsil haqqı da əsas məsələlərdən birinə çevrilir. Özəl təhsil müəssisələrində qiymətlər is

3 noyabr
.

Palma yağı süfrələrimizi zəbt edir: İdxal niyə ildən-ilə artır? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA

Qida sənayesində palma yağından istifadənin getdikcə genişlənməsi istehlakçıların sağlamlığı və ərzaq məhsullarının keyfiyyəti ilə bağlı ciddi suallar yaradır. Marketlərdə satılan şirniyyat, şokolad, süd məhsulları və digər gündəlik istehlak mallarının tərkibində palma yağına daha çox rast gəlinir. Dövlə

3 noyabr
.

ADU-da şəhid məzun Elvin İmaməliyevin adına auditoriya açılıb

Azərbaycan Dillər Universitetində (ADU) Vətən Müharibəsində qəhrəmancasına şəhid olmuş, universitetin məzunu Elvin İmaməliyevin əziz xatirəsinə həsr olunmuş auditoriyanın açılış mərasimi keçirilib. Əvvəlcə Vətən uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib

3 noyabr
.

Veysəloğlu Şirkətlər Qrupunun tərəfdaşlığı ilə ADA Məktəbində növbəti xeyriyyə məqsədli "Məhsul bayramı" keçirilib

ADA Universitetinin nəzdində fəaliyyət göstərən ADA Məktəbində hər il ənənəvi olaraq təşkil edilən Payız festivalı - "Məhsul bayramı" baş tutub. Tədbirin əsas məqsədi şagird və tələbələrdə məsuliyyətli vətəndaşlıq duyğusunu formalaşdırmaq, milli-mənəvi dəyərləri təbliğ etmək, xeyriyyəçili

2 noyabr
.

Mobil operatorlara tətbiq ediləcək cərimələr yetərlidirmi? Milyonluq dövriyyə qarşısında 2 min manat - VƏKİLDƏN AÇIQLAMA

Mobil operatorlar və internet provayderləri tərəfindən göstərilən xidmətlərin keyfiyyətinə nəzarətin sərtləşdirilməsi, bu sahədə fəaliyyət göstərən şirkətlərin məsuliyyətinin artırılması gündəmə gəlib. Təklif olunan qanun dəyişikliyinə əsasən, müəyyən edilmiş keyfiyyət göstəricilərinə əməl etməyən telekommunikasiy

4 noyabr
.

"Etiketlər kağızla deyil, birbaşa qablaşdırmaya vurulmalıdır" - qida eksperti Elşən Cəfərovla MÜSAHİBƏ

"4 il bundan öncə mən marketlərdə tərkibində palma yağı olmayan məhsul tapa bilirdim. Bu gün isə axtarıram tapa bilmirəm. Belə bir məhsul olsa belə mən məcburam ki, marketdə ən azı 40 dəqiqə-1 saat məhsulların bir-bir tərkibini oxuyum". Bu sözləri -a açıqlamasında qida eksperti, "JAFAROV"

2 noyabr