"Dövlətin sığınacaqlardan qaz, işıq pulu alması məntiqli deyil" - AÇIQLAMA
Bu gün zorakılığa məruz qalan, ailədə fiziki və ya psixoloji şiddət görən və gedəcək yeri olmayan qadınlarımız sığınacaqlara üz tutmalı olur. Onlara sığınacaqlarda psixoloji və ya hüquqi yardım göstərilir. Türkiyədə qadınlar üçün 1400 sığınacaq evi var. İstanbulda 105 nəfərlik qapalı sığınacaq varkən, bu say İzmirdə 146, Ankarada 148, Konyada 177, Adanada 218-dir. Azərbaycanda isə zorakılığın qurbanlarına dəstək göstərilməsi üçün bir neçə qadın sığınacaqları fəaliyyət göstərir.
Bəs görəsən Azərbaycanda sığınacaqlara dövlət qayğısı hansı səviyyədədir?
Sosioloq Lalə Mehralı mövzu ilə bağlı Sonxeber.az -a açıqlama verib:
"Daxili İşlər Nazirliyinə nə vaxt sığınacaqlardakı vəziyyətlə, hüquqi problemlərlə bağlı müraciətlər olunsa, dərhal problemin həlli üçün tədbir görülür. Dəfələrlə eşitmişəm ki, hətta hüquq mühafizə orqanlarının əməkdaşları belə sığınacaqlardakı uşaqları himayə edir. Onların təhsil, yaşam xərclərini öz üzərlərinə götürürlər. Dövlət tərəfindən sığınacaqlara hansı yardımlar olunur, bu, məlum deyil. Amma bəzi sığınacaqların kommunal borcları və.s ora edilən ianələr hesabına ödənilir. Sığınacağın borclarının ianələr hesabına ödənilməsi doğrudurmu? Bu mübahisəlidir. Dövlətin sığınacaqlardan qaz, işıq pulu alması məntiqli deyil. Sığınacaqlar dövlət hesabına limitsiz işıq və qazla təmin olunmalıdırlar.
Sığınacaqda yaşayan qadın və uşaqların həyatların hər hansı anında dövlətin qayğısına ehtiyacları olursa, düşünürəm ki, dövlət də öz əlini onların üstündən çəkməməlidir".
Çiçək Sadatova
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Pensiyaçılar və işsizlər cərimədən azaddırmı? - HÜQUQİ İZAH
17 yaşlı Azərbaycan çempionu qəfil vəfat etdi - Foto
Azərbaycanda bu şəxslər üçün ictimai nəqliyyatda birinci gedişhaqqı 1 QƏPİK OLDU
Pensiyaçılara XƏBƏRDARLIQ: 100-200 manat təklif edirlər…
Toyuğu yumazdan əvvəl bu təhlükəni bilin!
Bağında qızı zorlamaqda ittiham olunan Bəxtiyar Dalinin "milyonluq sarayı"
Qədim Şuşada gözəllik yaradılır
"Tiktok"da tanış olduğu qadını rayona apardı, gecələmək istəməyəndə onu döydü
Noyabrın 6-dan 30-dək davam edəcək - ƏHALİYƏ XƏBƏRDARLIQ
Bakıda avtomobil gözəllik salonuna girdi
Novxanıdakı "milyonluq saray"ın sahibi həbs edildi
Sabah hava necə olacaq?
Nuhun gəmisi sirri: Alimlər yanmış qalıqlar aşkar etdilər