İllərlə xəstəliyinə çarə tapılmadı: Yalnız bir üsulla xilas oldu
28 yaşlı Murat Ustutar uzun illər sədəf xəstəliyindən əziyyət çəkib. Müxtəlif müalicə üsullarını sınasa da, xəstəliyinə çarə tapa bilməyib. Fiziki və emosional çətinliklər yaşayaraq, sosial həyatdan uzaqlaşmağa məcbur olub. Bütün bədəninə yayılan sədəf səbəbindən yayda belə uzunqol paltar geyinməli, insanların ona olan qorxulu baxışlarına dözməli olub.
Sonxeber.az e-saglam.az-a istinadən xəbər verir ki, Üstutar illərlə xəstəliyin keçməyəcəyinə inanıb, lakin Dermatologiya Mütəxəssisi Dr. Sena İnal Aptoula ilə görüşdükdən sonra həyatında dönüş nöqtəsi yaşayıb. Düzgün müalicə nəticəsində cəmi bir ay ərzində tam sağalıb. "Özümü sanki çətin bir dağa qalxıb zirvəyə çatmış kimi hiss edirəm. Artıq sədəf xəstəliyindən əsər-əlamət qalmayıb, bədənim tam təmizdir," - deyə sevincini bölüşüb.
Sədəf xəstəliyi yoluxucu deyil!
Dr. Sena İnal Aptoula sədəfin yoluxucu olmadığını, lakin insanların bunu bilmədikləri üçün xəstələri təcrid etdiyini bildirib. O, xəstəliyin həm fiziki, həm də psixoloji yük daşıdığını, bəzi hallarda oynaqlara və daxili orqanlara da təsir göstərə biləcəyini vurğulayıb.
Güclü bioloji müalicə ilə qalıcı həll
Dr. Aptoula xəstənin daha əvvəl müxtəlif kremlər və iynələr istifadə etdiyini, lakin vəziyyətinin pisləşdiyini qeyd edib. O, bioloji müalicə üsulu tətbiq edərək birbaşa xəstəliyə səbəb olan molekulu hədəfə alıb və onu bloklayaraq müalicə edib. "Sədəfə səbəb olan maddələri bədəndə bağlayaraq sağalma əldə edirik. Müalicəni dərhal dayandırmır, bir müddət davam etdirərək xəstəliyi tam nəzarət altına alırıq," - deyə bildirib.
Hazırda Murat Üstutar tam sağalıb və həyatı normal şəkildə davam etdirir. O, xəstəliyin müalicə olunmaz olduğuna dair inanışların yanlış olduğunu və düzgün həkim və müalicə ilə hər şeyin mümkün olduğunu vurğulayıb.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Həkimlər niyə çaya şəkər əlavə etməməyi məsləhət görürlər?
Çaya əlavə edilən şəkər gün ərzində qəbul etdiyimiz kalori miqdarını artırır. Xüsusilə bir neçə fincan şirin çay içənlər fərqinə varmadan xeyli şəkər qəbul edə bilərlər. Ölkə.az yerli mətbuata istinadən xəbər verir ki, şəkərli içkilərin həddindən artıq istifadəsi artıq çəki və diş çürüməsi riskini artırır
20 oktyabrSağlam ürək üçün yumurtanı belə bişirmək lazımdır
"Ürək sağlamlığı üçün yumurtanı bişirməyin ən faydalı üsulu onu suda qaynatmaqdır". "Qafqazinfo" xəbər verir ki, bu barədə kardioloq Kreyq Basman açıqlamasında bildirib. Mütəxəssis izah edib ki, yumurta tamamilə suda bişirildikdə "pis" xolesterinin səviyyəsini qaldıran əlav
7 oktyabrSu qan təzyiqini azaltmağa kömək edir - Gündəlik norma 6-8 stəkan
Gündəlik kifayət qədər su qəbul etmək arterial təzyiqin nəzarətdə saxlanmasına kömək edə bilər. Qaynarinfo xəbər verir ki, "Verywell Health" nəşrinin məlumatına görə, ekspertlər sağlam arterial təzyiq səviyyəsini qorumaq üçün nə qədər su içmək lazım olduğunu və hansı hallarda maye qəbulun
26 oktyabrHansı su daha faydalıdır: Soyuq, yoxsa otaq temperaturunda?
Bəziləri buzlu su içməyi xoşlayır, digərləri isə limon dilimi əlavə edilmiş ilıq suyun daha faydalı olduğuna inanır. Bəs suyun temperaturu həqiqətən əhəmiyyətlidirmi?. Qaynarinfo xəbər verir ki, bu barədə "Verywell Health" yazıb. Magistr dərəcəsi olan qeydiyyatdan keçmiş diyetoloq-nutritionis
6 oktyabrTəbii enerji mənbəyi: Yorğunluqdan xilas edən 5 meyvə
Günortadan sonra yaranan halsızlıq çoxlarına tanışdır. Belə məqamlarda insanın əli adətən peçenyeyə və ya növbəti fincan qəhvəyə uzanır. Lakin dietoloqlar adi meyvələrə diqqət yetirməyi məsləhət görür. Onlardan bəziləri dərhal enerji verir və bu təsiri daha bir neçə saat qoruyur. Qaynarinfo xəbər veri
7 oktyabrValideynlərin yol verdiyi təhlükəli səhv: Uşaqların sağlamlığı risk altındadır
Uşaqların sağlamlığını qorumaq üçün valideynlərin gündəlik həyatda yol verdiyi bəzi ehtiyatsızlıqlar ciddi təhlükələr yarada bilər. Xüsusilə, həkim məsləhəti olmadan dərman verilməsi, preparatların yaşa və çəkiyə uyğun olmayan dozada istifadəsi, eləcə də dərman və məişət kimyəvi vasitələrinin uşaqları
23 oktyabrÜrək sağlamlığı üçün yaşıl çayı nə vaxt içmək daha yaxşıdır?
Yaşıl çay qan damarlarını qorumağa və ürək-damar sisteminin sağlamlığını dəstəkləməyə kömək edə bilən antioksidantlar - katexinlərlə zəngindir. Bəzi məlumatlar onun xolesterin səviyyəsinə və arterial təzyiqə cüzi təsir göstərə biləcəyini göstərir. Lakin bununla bağlı sübutlar hələ kifayət qədər deyil
9 oktyabrGecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri
Gecə yuxu zamanı ayaq əzələlərində qəfil və ağrılı qıcolmalar bir çox insanda müşahidə olunur. xəbər verir ki, bu hal bəzən sadə səbəblərlə bağlı olsa da, tez-tez təkrarlanması müəyyən sağlamlıq problemlərinin əlaməti ola bilər. Ayaq qıcolmalarına susuz qalmaq, gün ərzində həddindən artıq fiziki yüklənmə
25 oktyabr3 kiçik vərdiş ömrü 9 il uzada bilər
Sidney Universitetinin alimləri yuxu, fiziki aktivlik və qidalanmada kiçik dəyişikliklərin insan ömrünü 9 ilə qədər uzada biləcəyini müəyyən ediblər. Axşam.az xəbər verir ki, 2026-cı ildə "eClinicalMedicine" jurnalında dərc olunan araşdırma təxminən 60 min insanın 8 il ərzində müşahidəsin
14 oktyabr