Qaraciyər üçün ən faydalı qidalar - Kələm, balıq, avokado

Qaraciyər üçün ən faydalı qidalar - Kələm, balıq, avokadoQaraciyər həzm prosesində, orqanizmin detoksikasiyasında, qanyaratmada və digər həyati vacib funksiyalarda iştirak edir. Onun sağlamlığını qorumaq üçün müəyyən qidaların rasiona daxil edilməsi vacibdir.

Oxu.Az-ın gazeta.ru-ya istinadən verdiyi məlumata görə, bu barədə rusiyalı hepatoloq, qastroenteroloq, tibb elmləri namizədi Yelena Butenko danışıb.

Onun sözlərinə görə, rasiona avokado, yulaf, giləmeyvələr, yaşıl çay, yağlı balıq, qreypfrut, zeytun yağı və brokkoli kimi qidalar daxil edilməlidir.

Avokado

Bu unikal məhsul çoxlu doymamış yağlar ehtiva edir ki, onlar qaraciyərin zədələnmə proseslərini ləngidir və onu bərpa etməyə kömək edir. Avokado, həmçinin kifayət qədər lif, antioksidantlar, vitaminlər və minerallarla zəngindir. Ən əsası isə qlutation (qaraciyəri sərbəst radikalların zədələyici təsirindən qoruyan maddə) istehsalını artırır.

Yulaf yarması

Beta-qlükanlar adlı unikal liflərlə zəngin olan yulaf qaraciyərdə iltihabı azaldır, immun sistemini gücləndirir, qanda şəkərin və qaraciyər hüceyrələrində piyin miqdarını azaldır.

Giləmeyvələr

Giləmeyvələr polifenol tipli antioksidantlarla zəngindir. Onlar qaraciyəri qoruyur və orqanizmi sərbəst radikalların zərərli təsirindən müdafiə edir. Üzümün tərkibindəki resveratrol isə iltihab əleyhinə və xərçəngə qarşı təsirləri ilə tanınır.

Qarpız

Qarpız qaraciyəri toksinlərdən təmizləyən və orqanizmi maye ilə təmin edən ideal meyvədir. Onun yüngül ödqovucu təsiri də var.

Yaşıl çay

Araşdırmalara görə, yaşıl çayın antioksidant tərkibi qaraciyər xərçənginin riskini azaldır, iltihabi və oksidləşdirici prosesləri zəiflədir.

Qreypfrut

Qreypfrutun tərkibindəki naringenin və naringin adlı flavonoidlər qaraciyərin bərpasını dəstəkləyir, fibroz riskini azaldır, həzm prosesini yaxşılaşdırır və piylənmənin qarşısını alır.

Yağlı balıq (qızılbalıq, skumbriya, sardina və s.)

Yağlı balıq "Omega-3" yağ turşularının ən yaxşı mənbələrindən biridir. "Omega-3" qaraciyərdə "zərərli" yağların, xüsusilə də aşağı sıxlıqlı lipoproteinlərin (LDL) və triqliseridlərin yığılmasını azaldır. Bu səbəbdən həftədə ən azı 2 dəfə balıq yemək tövsiyə olunur.

Zeytun yağı

Təravətli (termik emaldan keçməmiş) zeytun yağı qaraciyər üçün olduqca faydalıdır. O, orqanizmdə "yaxşı" xolesterinin (HDL) miqdarını artırır, detoks proseslərini gücləndirir və qaraciyərdə piy yığılmasının qarşısını alır.

Kələm növləri (brokkoli və brüssel kələmi)

Bu xaççiçəklilər (kələm növləri) az karbohidratlı və liflə zəngin olduğuna görə qaraciyərdə piy yığılmasını azaldır. Xüsusilə brokkolinin tərkibindəki sulforafan və indol adlı antioksidantlar qaraciyərin detoks fermentlərini aktivləşdirir və xərçəng riskini azaldır.


Sonxeber.az
Telegramda izləyin
Sağlamlıq   Baxılıb: 1185   Tarix: 05 mart 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Həkimlər niyə çaya şəkər əlavə etməməyi məsləhət görürlər?

Çaya əlavə edilən şəkər gün ərzində qəbul etdiyimiz kalori miqdarını artırır. Xüsusilə bir neçə fincan şirin çay içənlər fərqinə varmadan xeyli şəkər qəbul edə bilərlər. Ölkə.az yerli mətbuata istinadən xəbər verir ki, şəkərli içkilərin həddindən artıq istifadəsi artıq çəki və diş çürüməsi riskini artırır

20 oktyabr
.

Sağlam ürək üçün yumurtanı belə bişirmək lazımdır

"Ürək sağlamlığı üçün yumurtanı bişirməyin ən faydalı üsulu onu suda qaynatmaqdır". "Qafqazinfo" xəbər verir ki, bu barədə kardioloq Kreyq Basman açıqlamasında bildirib. Mütəxəssis izah edib ki, yumurta tamamilə suda bişirildikdə "pis" xolesterinin səviyyəsini qaldıran əlav

7 oktyabr
.

Su qan təzyiqini azaltmağa kömək edir - Gündəlik norma 6-8 stəkan

Gündəlik kifayət qədər su qəbul etmək arterial təzyiqin nəzarətdə saxlanmasına kömək edə bilər. Qaynarinfo xəbər verir ki, "Verywell Health" nəşrinin məlumatına görə, ekspertlər sağlam arterial təzyiq səviyyəsini qorumaq üçün nə qədər su içmək lazım olduğunu və hansı hallarda maye qəbulun

26 oktyabr
.

Hansı su daha faydalıdır: Soyuq, yoxsa otaq temperaturunda?

Bəziləri buzlu su içməyi xoşlayır, digərləri isə limon dilimi əlavə edilmiş ilıq suyun daha faydalı olduğuna inanır. Bəs suyun temperaturu həqiqətən əhəmiyyətlidirmi?. Qaynarinfo xəbər verir ki, bu barədə "Verywell Health" yazıb. Magistr dərəcəsi olan qeydiyyatdan keçmiş diyetoloq-nutritionis

6 oktyabr
.

Təbii enerji mənbəyi: Yorğunluqdan xilas edən 5 meyvə

Günortadan sonra yaranan halsızlıq çoxlarına tanışdır. Belə məqamlarda insanın əli adətən peçenyeyə və ya növbəti fincan qəhvəyə uzanır. Lakin dietoloqlar adi meyvələrə diqqət yetirməyi məsləhət görür. Onlardan bəziləri dərhal enerji verir və bu təsiri daha bir neçə saat qoruyur. Qaynarinfo xəbər veri

7 oktyabr
.

Valideynlərin yol verdiyi təhlükəli səhv: Uşaqların sağlamlığı risk altındadır

Uşaqların sağlamlığını qorumaq üçün valideynlərin gündəlik həyatda yol verdiyi bəzi ehtiyatsızlıqlar ciddi təhlükələr yarada bilər. Xüsusilə, həkim məsləhəti olmadan dərman verilməsi, preparatların yaşa və çəkiyə uyğun olmayan dozada istifadəsi, eləcə də dərman və məişət kimyəvi vasitələrinin uşaqları

23 oktyabr
.

Ürək sağlamlığı üçün yaşıl çayı nə vaxt içmək daha yaxşıdır?

Yaşıl çay qan damarlarını qorumağa və ürək-damar sisteminin sağlamlığını dəstəkləməyə kömək edə bilən antioksidantlar - katexinlərlə zəngindir. Bəzi məlumatlar onun xolesterin səviyyəsinə və arterial təzyiqə cüzi təsir göstərə biləcəyini göstərir. Lakin bununla bağlı sübutlar hələ kifayət qədər deyil

9 oktyabr
.

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

Gecə yuxu zamanı ayaq əzələlərində qəfil və ağrılı qıcolmalar bir çox insanda müşahidə olunur. xəbər verir ki, bu hal bəzən sadə səbəblərlə bağlı olsa da, tez-tez təkrarlanması müəyyən sağlamlıq problemlərinin əlaməti ola bilər. Ayaq qıcolmalarına susuz qalmaq, gün ərzində həddindən artıq fiziki yüklənmə

25 oktyabr
.

3 kiçik vərdiş ömrü 9 il uzada bilər

Sidney Universitetinin alimləri yuxu, fiziki aktivlik və qidalanmada kiçik dəyişikliklərin insan ömrünü 9 ilə qədər uzada biləcəyini müəyyən ediblər. Axşam.az xəbər verir ki, 2026-cı ildə "eClinicalMedicine" jurnalında dərc olunan araşdırma təxminən 60 min insanın 8 il ərzində müşahidəsin

14 oktyabr