Bakıda ana uşağına niyə və necə işgəncə verib? - Detallar açıqlandı
"Döyülən uşağın vəziyyəti kafidir, lakin onun bütün bədəni uzun müddətdir verilən işgəncələrin izi ilə doludur".
Bunu Qaynarinfo-ya Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə anası tərəfindən işgəncələrə məruz qalan uşaqdan danışarkən deyib.
Sədr uşağın tibbi ekspertizadan keçirildiyini vurğulayıb:
"Uşağa psixoloji, tibbi, hüquqi yardım göstərilib. Əminəm ki, yaxın zamanlarda ana barəsində həbs qəti imkanı tədbiri seçiləcək".
Sədrin sözlərinə görə, uşağın anası tərəfindən işgəncələrə məruz qalması ilə bağlı videoları ona dayəsi göndərib:
"Uşağı 3 ildir saxlayan dayə bizə zəng edib bildirdi ki, 2024-cü ilin dekabrında anası uşağı bir neçə günlük aparıb. Ondan sonra uşağı dayənin yanına gətirməyib və hər dəfə telefon açıb, uşağa verdiyi işgəncələri göstərib, yaxud da faktla bağlı videolar göndərib. Dayə yalvarıb ki, belə etmə, uşaq yazıqdır, ver mən baxım. Lakin onu eşitməyib. Ana deyib ki, "uşağın məni eşitməməsinə səbəbkar sizlərsiniz". 3 gün bundan əvvəl ana dayəyə zəng edib deyib ki, uşaq sözümə baxmadığına görə, onu kəmərlə döydüm. Onu soyuq havada uşağı küçəyə atıb".
Sədr bütün bunlardan sonra həmin görüntüləri hüquq-mühafizə orqanlarına göndərib:
"Qadın gizlənirdi. Axır ki, hüquq-mühafizə orqanlarının səyi nəticəsində ananın Suraxanı rayonu ərazisində olduğu aşkarlanıb. "Mələk üçün susma" kampaniyası başlatmışıq. Düşünürəm ki, uşaqların müdafiəsi bir quruma şamil olunmalıdır".
Qeyd edək ki, Bakıda ana azyaşlı övladına ağır işgəncələr verib və onu videoya çəkib. Ana sonra həmin videoları uşağın dayəsinə göndərib.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1168 Tarix: 05 mart 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Dəfn pulu da artırılır
Dəfn üçün ödənilən məbləğin artımı gözlənilir. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsində öz əksin
4 noyabrPensiyaçılar və işsizlər cərimədən azaddırmı? - HÜQUQİ İZAH
Azərbaycanda inzibati xətalara görə cərimələrin tətbiqi qanunvericiliklə müəyyən edilmiş qaydada həyata keçirilir. Bununla belə, bəzi hallarda şəxsin yaşı, hüquqi statusu, təqsirinin olub-olmaması və digər hallar inzibati məsuliyyətə cəlb edilməsinə təsir göstərə bilər. Eyni zamanda, qanuni əsaslarl
3 noyabrGöbələyi bişirmək zəhərini öldürür? - Ekspertdən AÇIQLAMA
Qaxda 7 nəfərin göbələkdən zəhərlənməsi təbiətdən toplanan və istehlak edilən göbələklərin təhlükəsizliyi məsələsini yenidən gündəmə gətirir. Zəhərli göbələkləri zahiri görünüşünə görə yeməli növlərdən ayırmaq hər zaman mümkün olmadığından, insanların həm göbələk alarkən, həm də təbiətdən toplayarkə
2 noyabrADU-da şəhid məzun Elvin İmaməliyevin adına auditoriya açılıb
Azərbaycan Dillər Universitetində (ADU) Vətən Müharibəsində qəhrəmancasına şəhid olmuş, universitetin məzunu Elvin İmaməliyevin əziz xatirəsinə həsr olunmuş auditoriyanın açılış mərasimi keçirilib. Əvvəlcə Vətən uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib
3 noyabrAzərbaycanda korrupsiyaya qarşı əməliyyat: Saxlanılan var
Gəncədə Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsində korrupsiya əməliyyatı keçirildiyi bildirilir. "Bakupost"a istinadən xəbər verir ki, əməliyyat Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həyata keçirilib. Əməliyyat zamanı idarənin Rüfət adl
2 noyabr