"Yazıçılar Birliyində yazıçı və şair adına laiq olmayan yüzlərlə insan var" - AÇIQLAMA
Bir neçə meyxanaçı Azərbaycan Yazıçılar Birliyinə (AYB) üzv olmaq istədiklərini bildirib.
Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri Anar Rzayev bildirib ki, təşkilata üzvlük Birliyin nizamnaməsinə uyğun həyata keçirilir:
"Meyxanaçılar da AYB-yə üzv olmaq istəyirlərsə, həmin nizamnamə ilə tanış olub üzv olmaq istədikləri ilə bağlı ərizə versinlər. Qəbul komissiyası tərəfindən ərizələrinə baxılacaq", - o qeyd edib.
Bəs görəsən meyxanaçıların AYB-yə üzv olması məntiqlidirmi?
Sosioloq Lalə Mehralı mövzu ilə bağlı Sonxeber.az -a danışıb:
"Cəmiyyətdə meyxanaçılara qarşı müəyyən stiqma var. Amma onları sevənlərin sayı da az deyil. Düşünürəm ki, zərərli vərdişləri təbliğ etmədən, ədəbli formada davranırlarsa, stiqmaya məruz qalmaları doğru deyil. Mən meyxana dinləmirəm, amma bu o demək deyil ki, mən onları xor görməliyəm. Bədahətən deyilən şeir, poetik janr onlar tərəfindən yaşadılır. Bu gün hər hansı şairə desək ki, bədahətən şeir de, bacarmayacaq. Çünki, onlar bunun üçün müəyyən qədər düşünürlər, ilham pəriləri gəlir və şeir yazırlar. Meyxanaçılar isə bunu bədahətən edir. Bu, onların istedadlarının göstəricisidir. Bizim onları sevib sevmədiyimizdən asılı olmayaraq istedadlarını xor görməyimiz doğru deyil.
Meyxanaçıların Yazıçılar Birliyinin üzvü olması da normaldır. Deməli, onlar müəyyən kriteriyalara sahibdirlər ki, belə bir qərar verilib. Amma yenə də bu mövzu cəmiyyət tərəfindən müzakirə ediləcək.
Əlbəttə, iki broşür çıxarıb adını şeir kitabı qoyanların Yazıçılar Birliyinə üzv olmasına susuruqsa, müəyyən istedada sahib meyxanaçıların üzvlüyünü niyə istehza ilə qarşılayaq ki? Nəticə etibarı ilə, Yazıçılar Birliyində yazıçı və şair adına laiq olmayan yüzlərlə insan var".
Çiçək Sadatova
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











17 yaşlı Azərbaycan çempionu qəfil vəfat etdi - Foto
Azərbaycanda bu şəxslər üçün ictimai nəqliyyatda birinci gedişhaqqı 1 QƏPİK OLDU
Özəl məktəblərdə qiymətlər dəyişdi: Təhsil haqqı artdı (SİYAHI)
Pensiyaçılara XƏBƏRDARLIQ: 100-200 manat təklif edirlər…
Toyuğu yumazdan əvvəl bu təhlükəni bilin!
Bağında qızı zorlamaqda ittiham olunan Bəxtiyar Dalinin "milyonluq sarayı"
Qədim Şuşada gözəllik yaradılır
Palma yağı süfrələrimizi zəbt edir: İdxal niyə ildən-ilə artır? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA
"Tiktok"da tanış olduğu qadını rayona apardı, gecələmək istəməyəndə onu döydü
Noyabrın 6-dan 30-dək davam edəcək - ƏHALİYƏ XƏBƏRDARLIQ
Bakıda avtomobil gözəllik salonuna girdi
Novxanıdakı "milyonluq saray"ın sahibi həbs edildi
Sabah hava necə olacaq?
Nuhun gəmisi sirri: Alimlər yanmış qalıqlar aşkar etdilər