Azərbaycanın D-8-ə üzvlüyünün vəd etdiyi perspektivlər ŞƏRH
Misirin paytaxtı Qahirədə keçirilən inkişaf etməkdə olan səkkiz ölkənin İqtisadi Əməkdaşlıq Təşkilatının (D-8) XI Sammitində Azərbaycan Respublikasının yekdilliklə D-8 təşkilatının üzvü seçilməsi ölkəmizin beynəlxalq diplomatik uğurlarına yeni bir səhifə açdı. Bu hadisə Azərbaycanın müstəqillik tarixində əlamətdar bir an olaraq, ölkəmizin artan nüfuzunu və dünya ictimaiyyətindəki yerini bir daha təsdiqləyib.
Bu fikri açıqlamasında Sonxeber.az-A danışan Milli Məclisin deputatı Şahin Seyidzadə söyləyib.
O qeyd edib ki, D-8 İqtisadi Əməkdaşlıq Təşkilatı 1996-cı ildə Türkiyənin təşəbbüsü ilə yaradılıb və Banqladeş, İndoneziya, İran, Malayziya, Misir, Nigeriya və Pakistan kimi ölkələri birləşdirir. Təşkilatın yaradılmasının məqsədi üzv ölkələr arasında iqtisadi əlaqələri inkişaf etdirmək, ticarət və investisiyaları artırmaq, eyni zamanda, siyasi və mədəni əməkdaşlıq sahələrində dəstəyi gücləndirməkdir.
Deputatın sözlərinə görə, Azərbaycanın D-8-ə üzv olması təşkilatın yarandığı gündən etibarən sıralarının ilk dəfə genişlənməsi kimi əlamətdar bir hadisədir. Bu, Azərbaycanın beynəlxalq aləmdəki mövqeyini daha da gücləndirir və dünya ölkələri ilə əlaqələrinin yeni bir mərhələyə keçməsinə imkan yaradır.
"D-8 üç qitəni əhatə edən və 4 trilyon ABŞ dollardan artıq ÜDM-ə sahib bir təşkilatdır. 130 milyard dollar ticarət dövriyyəsi həyata keçirən bu təşkilat, üzvlərinin əhalisinin sayı ümumilikdə dünya müsəlmanlarının 60 faizini təşkil edir və böyük iqtisadi potensiala malikdir. Azərbaycanın bu təşkilata daxil olması ölkəmizin artan beynəlxalq nüfuzunun və dünya səhnəsindəki mövqeyinin bariz nümunəsidir", - deyən Şahin Seyidzadə hesab edib ki, Azərbaycanın D-8 üzvü seçilməsi həm də Prezident İlham Əliyevin qətiyyətli və uğurlu xarici siyasətinin nəticəsidir. Bu qərar, həmçinin Azərbaycanın sürətlə inkişaf edən, yüksək iqtisadi göstəricilərə malik və beynəlxalq ictimaiyyətin rəğbətini qazanan bir dövlət olduğunu bir daha göstərir.
Deputat vurğulayıb ki, əhalisinin rifahı və dövlətin inkişafı naminə yüksək iqtisadi göstəricilərə nail olmuş Azərbaycan davamlı ictimai-siyasi sabitliyi ilə beynəlxalq arenada diqqət çəkən bir ölkədir. D-8 çərçivəsində bu mövqeyin daha da möhkəmlənməsi və əməkdaşlığın dərinləşdirilməsi gözlənilir. Azərbaycan D-8 təşkilatının təməl prinsiplərinə uyğun olaraq, beynəlxalq hüququn norma və prinsiplərini qorumaq və təşkilat çərçivəsində əməkdaşlığı daha da inkişaf etdirməkdə mühüm rol oynayacaq. Bu, Azərbaycanın müstəqil və praqmatik xarici siyasətinin məntiqi nəticəsidir.
"Təşkilata üzv olan digər ölkələrlə Azərbaycan arasında geniş ticari və iqtisadi əlaqələrin qurulması, regionda sabitliyin və təhlükəsizliyin artırılması, eləcə də qarşılıqlı faydalı əməkdaşlıq perspektivlərinin inkişafı Azərbaycan üçün mühüm əhəmiyyət kəsb edir. Azərbaycanın geosiyasi mövqeyi, geniş iqtisadi potensialı və strateji tranzit məntəqələri onu D-8 üçün əvəzolunmaz tərəfdaşa çevirir. Ölkəmizin üzvlüyü D-8 təşkilatının beynəlxalq təsirini gücləndirəcək və təşkilatın iqtisadi imkanlarının genişlənməsinə təkan verəcək. Eyni zamanda, Azərbaycanın inkişaf etmiş nəqliyyat infrastrukturu və regional mərkəz kimi mövqeyi təşkilatın daha da möhkəmlənməsinə böyük təsir göstərəcək", - deyə Şahin Seyidzadə bildirib.
Onun fikrincə, Azərbaycanın D-8-ə üzv olması yalnız iqtisadi əməkdaşlığı deyil, həm də İslam dünyasında həmrəyliyin gücləndirilməsini təmin edəcək. Tarix boyunca Şərq ilə Qərb arasında körpü rolu oynamış Azərbaycan İslam dünyasının əsas mədəni, dini və sivilizasiya mərkəzlərindən biridir. Bu üzvlük İslam dəyərlərinin təbliği, islamofobiya ilə mübarizə və İslam həmrəyliyinin möhkəmlənməsi istiqamətində mühüm bir addım olacaq.
Ş.Seyidzadə əlavə edib ki, Milli Məclisdə "İnkişaf etməkdə olan səkkiz ölkənin iqtisadi Əməkdaşlıq Təşkilatının Nizamnaməsi"nə qoşulmaq haqqında Azərbaycan Respublikası Qanunun layihəsinə bu gün baxılmışdır.
"Azərbaycanın D-8-ə üzv seçilməsi, ölkəmizin beynəlxalq arenada mövqeyinin güclənməsi və təşkilat çərçivəsindəki əlaqələrin inkişafı baxımından əhəmiyyətli bir hadisədir. Bu addım Azərbaycanın xarici siyasətinin qətiyyətli və uğurlu olduğunun göstəricisidir və ölkəmizin gələcək inkişafına böyük töhfə verəcək. D-8 çərçivəsində iqtisadi və siyasi əməkdaşlığın daha da dərinləşdirilməsi, Azərbaycanın beynəlxalq aləmdəki mövqeyini möhkəmləndirəcək və ölkəmiz üçün yeni imkanlar yaradacaq", - deyən deputat fikirlərini yekunlaşdırıb.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











17 yaşlı Azərbaycan çempionu qəfil vəfat etdi - Foto
Azərbaycanda bu şəxslər üçün ictimai nəqliyyatda birinci gedişhaqqı 1 QƏPİK OLDU
Özəl məktəblərdə qiymətlər dəyişdi: Təhsil haqqı artdı (SİYAHI)
Pensiyaçılara XƏBƏRDARLIQ: 100-200 manat təklif edirlər…
Toyuğu yumazdan əvvəl bu təhlükəni bilin!
Bağında qızı zorlamaqda ittiham olunan Bəxtiyar Dalinin "milyonluq sarayı"
Qədim Şuşada gözəllik yaradılır
Palma yağı süfrələrimizi zəbt edir: İdxal niyə ildən-ilə artır? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA
"Tiktok"da tanış olduğu qadını rayona apardı, gecələmək istəməyəndə onu döydü
Noyabrın 6-dan 30-dək davam edəcək - ƏHALİYƏ XƏBƏRDARLIQ
Bakıda avtomobil gözəllik salonuna girdi
Novxanıdakı "milyonluq saray"ın sahibi həbs edildi
Sabah hava necə olacaq?
Nuhun gəmisi sirri: Alimlər yanmış qalıqlar aşkar etdilər