"Hər bağçada tələb olunan pul, təklif olunan xidmətlərlə adekvat deyil" - AÇIQLAMA

"Hər bağçada tələb olunan pul, təklif olunan xidmətlərlə adekvat deyil" - AÇIQLAMA"Məktəbəqədər təhsil müəssələri ilə bağlı, onların keyfiyyəti ilə əlaqəli danışdıqda, öncə bir az kəmiyyət məsələsinə toxunmaq lazımdır. Çox təəssüf olsun ki, bizdə ölkə üzrə, xüsusən də iri şəhərlərdə məktəbəqədər təhsil müəssisələrinin sayı ürəkaçan dərəcədə çox deyil. Biz hələ keyfiyyətini qoyuruq kənara, çox təəssüf olsun ki, bağça yaşına çatmış hər uşaqdan yalnız biri hazırda bağçaya getmək şansını qazanır, digər uşaqlar isə bağçaya getməli olduqları halda bu şansdan yararlana bilmir. Çünki, artıq sıxlıq, bağçalarda yer olmamağı öz sözünü deyir. Bu, əsasən, aiddir Bakı, Abşeron və Sumqayıta. Burada bağça sayları digər regionlara nisbətdə çox olsa da, uşaq sayının çoxluğu, əhali sıxlığı oradakı təlabatı da artırmış olur".

Bu sözləri Sonxeber.az-a təhsil eksperti Elmin Nuri danışıb.

O, açıqlamasında qeyd edib ki, bir neçə özəl bağça sahibkarları var ki, onlar öz işlərindən o qədər də məmnun deyillər:

"Məsələnin digər tərəfi isə özəl sektor məktəblərdəki təhsil müəssidə seqmentinə çox da güclü təsir göstərə bilmir. Bizdə ötən ilin məlumatına görə 133 özəl bağça var. Bu o qədər də böyük rəqəm deyil. Eləsi var ki, 10-a qədər filalı var, eləsi də var ki heç filalı yoxdur, yalnız bir korpusda fəaliyyət göstərir və olur 133 bağçdan biri. Bu gün özəl bağça sektorunun inkişafı üçün xüsusi, sitimullaşdırıcı addımlar atılmalıdır. Kənardan hər şey gözəl və rahat görsənir. Amma, şəxsən mənim tanıdığım bir neçə özəl bağça sahibkarları var ki, onlar öz işlərindən o qədər də məmnun deyillər. Məsələnin, maddi tərəfi onlar üçün ürəkaçan dərəcədə olmur. Düzdü, biz bəzən əksini fikriləşirik ki, bağçlarda təhsil haqqı həddinən artıq bahadır. Gəlin bunu ümumiləştirməyək. Elə bağça var ki, orada bir o qədər də çox deyil, yəni 200-300 manata da uşaqlarınızı oxutdura biləcəyiniz bağçalar vardır. Amma, təbii ki, 2000-3000 manatdan yuxarı olan məktəbəqədər təhsil müəssisələri də var. Burada qidalanma, müəyyən prosedurlar, dərnəklər, idman məşqləri, tibbi personalın cəlbi, psixoloq, rəqs dərsləri vəs. tədris olunur. Demirəm ki, hər yerdə tələb olunan pul, təklif olunan xidmətlərlə adekvatdır. Bu bağçadan-bağçaya dəyişən haldır. Birində effektli, digərində isə az effektli ola bilər. Amma hər bir halda biz, özəl bağçalarım sayının artırılmasından ötəri, bu istiqamətdə stimullaşdırıcı addımlar atmalıyıq. Bu addımlardan biri atıldı. Belə ki, Elm vəTəhsil Nazirliyi xüsusi Qrant müsabiqəsi həyata keçirtdi. Həmin müsabiqəyə əsasən siyahıya alınmış özəl bağçalarda oxuyacaq uşaq təhsil haqqının müəyyən faizi dövlət tərəfindən ödəniləcək. Bu yaxşı addımdır, amma natamamlıq var. Bağça sayı artırılmalıdır. Bizdə 133 özəl bağça var, onun ən azı 50-i bu layihəyə cəlb olunamalıdır, amma təəssüf ki, 20 özəl bağça bu layihəyə cəlb olunub. Özəl bağçalarla bağlı stimullaşdırıcı addımlar atılsa əmin ola bilərsiniz ki, iş adamları da çox böyük maddiyyat tələbinə getməzlər, çünki bu onlara da sərhv etmir. Eyni zamanda bu hal müştəri itkisi də deməkdir. Heç bir kəs müştərisini asanlıqla itirmək istəməz".

Vüsalə İbrahimli


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1693   Tarix: 01 aprel 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

İrana nüvə bombası atılarsa...- Nazir müavinindən xəbərdarlıq

İran əleyhinə nüvə silahından istifadə etməyə dair rəsmi mövqe olduğu halda onun mənfi nəticələri regionla məhdudlaşmayacaq. İran Xarici İşlər Nazirliyinin məlumatına görə, bunu İran xarici işlər nazirinin hüquq və beynəlxalq məsələlər üzrə müavini Kazım Qəribabadi çərşənbə axşamı (3 noyabr) Tehrand

3 noyabr
.

Şagirdlərin dərs yükü həddindən artıq ağırdır - Uşaqların istirahət hüququ pozulur? - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA

Məktəblilərin gündəlik dərs yükünün həddindən artıq ağır olması uşaqların normal istirahətinə və asudə vaxtına ciddi təsir göstərir. Şagirdlər günün böyük hissəsini məktəbdə keçirir, evə qayıtdıqdan sonra isə çoxsaylı ev tapşırıqlarını yerinə yetirməli olurlar. Bəzi hallarda uşaqlar dərslərini tamamlama

3 noyabr
.

Bakıda dörd nəfərin öldüyü obyektin yaxınlığındakı klub və restoranların icarədarları cəzalandırıldılar - Video

Səbail rayonunda sakinlərin narahatlığına səbəb olan məişət səs-küyü ilə bağlı polis əməkdaşları tərəfindən müvafiq tədbirlər görülüb. -ın əldə etdiyi məlumata görə, adıçəkilən iaşə obyektlərində araşdırma aparılıb. Araşdırma zamanı ictimai asayişin, eləcə də ətraf ərazidə yaşayan sakinlərin dincliyini

2 noyabr
.

Azərbaycançılıq ideyası - milli birlik, dövlətçilik və vətənə sədaqətin ideoloji təməli

"Azərbaycançılıq ideyası xalqımızın milli kimliyini, tarixi yaddaşını, dövlətçilik ənənələrini və mənəvi dəyərlərini özündə birləşdirən fundamental ideoloji konsepsiyadır. Bu ideya yalnız milli mənsubiyyətin ifadəsi deyil, həm də Azərbaycan cəmiyyətinin vahid məqsədlər ətrafında birləşməsinin, dövlə

2 noyabr
.

Astarada evdə dava: Gəlin qayınanasını döyüb üzünü cırdı

Astara rayonunda gəlin qayınanasını döyüb. -a istinadən xəbər verir ki, hadisə rayonun kəndlərindən birində baş verib. Kənd sakini, 1985-ci il təvəllüdlü Mahirə Əsədova (ad və soyad şərtidir - red.) evdə qayınanası ilə mübahisə edib. Mübahisə davaya çevrilib və nəticədə Mahirə qayınanasını şillə və yumru

4 noyabr
.

"Şəki Yaylası"ndakı faciənin səbəbləri açıqlandı - Həbs olunanlar var

Sentyabrın 8-də Şəki rayonu, Baş Kəldək kəndi ərazisində yerləşən "Şəki Yaylası" Ailəvi İstirahət Mərkəzində iki şəxsin hündürlükdən yıxılaraq ölməsi faktı ilə bağlı Şəki rayon prokurorluğunda cinayət işi başlanaraq ibtidai istintaq aparılır. "Qafqazinfo" xəbər verir ki, bu barəd

2 noyabr
.

Cövdətin qızı 1 yaşında - Fotolar

Aktyor Cövdət Şükürovun qızının bir yaşı tamam olub. Axşam.az xəbər verir ki, bu barədə aktyorun həyat yoldaşı, aktrisa Gülçin Qasımova sosial şəbəkə hesabında paylaşım edib. O, ailəvi fotosunu izləyiciləri ilə bölüşərək "Həyat yolun həmişə işıqlı olsun, mənim gözəl balam" deyə, yazıb

2 noyabr
.

Azərbaycanda bu şəxslər üçün ictimai nəqliyyatda birinci gedişhaqqı 1 QƏPİK OLDU

2 noyabr 2026-cı il tarixindən etibarən TəhsilPlus kartı olan təhsil işçiləri həftəiçi hər gün ictimai nəqliyyatda ilk gedişlərini cəmi 1 qəpiyə həyata keçirə biləcəklər. Təqdim olunan kampaniya təhsil işçiləri üçün əlavə güzəşt imkanı yaradacaq. "Azərbaycan müəllimi"nə istinadən xəbər veri

2 noyabr
.

Bakıda avtomobil gözəllik salonuna girdi

Bu gün səhər saatlarında paytaxtın Nəsimi rayonunda yol-nəqliyyat hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, Hüseynbala Əliyev küçəsində - metronun "Memar Əcəmi" stansiyasının yaxınlığında 2 avtomobil toqquşub. Nəticədə, idarəetmədən çıxan "Toyota Aqua" markalı avtomobi

2 noyabr