Hərf tanımayan iş adamı amerikalı milyarderlə müqayisə olundu
"Şərur MTK"-nın sahibi İsfəndiyar Axundovun son çıxışı gündəm olub. Hərfləri tanımadığını, yazı yaza bilmədiyini deyən iş adamının fikirləri birmənalı qarşılanmayıb.
Sitat: "Getdim "İnturist"ə bir otaq götürdüm. On nəfər çox savadlı adamları işə aldım. Onlara yanımda işləməyi təklif etdim. Mən oturmuşam, çoban. Amma alimlər işləyir, pullar da gəlir".
Bu sözlər sosial şəbəkələrdə insanları iki yerə bölüb. Bir qisim deyir ki, iş adamı oxumasa belə, savadlı şəxslərə dəyər verir. Digərləri isə hərf tanımayan birinin gəlirlərini sorğulayır. Xüsusilə bəzi gənclər təhsilin önəmli olmadığını vurğulayaraq, "İsfəndiyar nümunəsi"ni misal çəkməyə başlayıblar.
Globalinfo.az-a danışan təhsil eksperti Elçin Əfəndi deyib ki, Şərurlu İsfəndiyarın fikirləri həm mənfi, həm də müsbət qəbul edilə bilər:
"Adam hərf tanımasa, təhsil almasa belə, yaşamaq uğrunda mübarizə aparıb və bu problemi həll edə bilib. Nəticədə, yenə də möhtac olduğu şəxslər ali təhsilli olub. Ətrafında bir komanda formalaşdıraraq qurduğu biznesdən gəlir əldə edib. Əlbəttə, bu, məsələnin müsbət tərəfidir. Lakin Şərurlu İsfəndiyarın cəmiyyətə ötürdüyü sosial mesajın bir qədər fərqli qarşılanması mümkündür. Yəni gənclər düşünə bilərlər ki, oxumadan belə imkanlara sahib olmaq olursa, təhsil hər zaman lazım deyil. Bu yanaşma isə yanlışdır".
Ekspert bildirib ki, istisna hallarda təhsili olmayanlar uğurlu iş adamı, sahibkar və sair olur:
"Amma onların hər birinin mütləq ali təhsilli şəxslərə ehtiyacı var. Xüsusi istedad, bacarıq da önəmlidir. Ola bilər ki, şəxs hər hansı istiqamət üzrə ali təhsil almadan praktiki şəraitdə bilik qazansın və tətbiq etsin. Peşəkar mütəxəssisləri cəlb edərək onlara yüksək əməkhaqqı vədi versin. Şərurlu İsfəndiyar da buna yaxın obrazdır. Ən azı adamın etirafı müsbət dəyərləndirilməlidir. "Microsoft"un həmtəsisçisi Bill Qeyts aşağı, qrup yoldaşı isə yüksək qiymətlər aldığı halda, bu gün o, şirkət qurucusudur, digər şəxs isə işçilərdən biri... Həyatda belə nümunələr var. Təhsilsiz adamların həmişə uğurlu olacağını da deyə bilmərik".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Pensiyaçılar və işsizlər cərimədən azaddırmı? - HÜQUQİ İZAH
17 yaşlı Azərbaycan çempionu qəfil vəfat etdi - Foto
Özəl məktəblərdə qiymətlər dəyişdi: Təhsil haqqı artdı (SİYAHI)
Polis Halloween bayramını qeyd edən sakinləri saxladı
Pensiyaçılara XƏBƏRDARLIQ: 100-200 manat təklif edirlər…
Toyuğu yumazdan əvvəl bu təhlükəni bilin!
Qədim Şuşada gözəllik yaradılır
Bağında qızı zorlamaqda ittiham olunan Bəxtiyar Dalinin "milyonluq sarayı"
Palma yağı süfrələrimizi zəbt edir: İdxal niyə ildən-ilə artır? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA
"Tiktok"da tanış olduğu qadını rayona apardı, gecələmək istəməyəndə onu döydü
Noyabrın 6-dan 30-dək davam edəcək - ƏHALİYƏ XƏBƏRDARLIQ
Novxanıdakı "milyonluq saray"ın sahibi həbs edildi
Sabah hava necə olacaq?