"O yazıq qızı rahat buraxın..." - Mirşahin Ağayev
"Bir telekanalın aparıcısı ehtiyatsız ifadəyə yol verib. Audiovizual Şura da, çalışdığı kanal da tədbir görüb. Əslində söhbət bağlanmalı idi… Amma yox… Linç tam sürətlə davam edir".
"Qafqazinfo" xəbər verir ki, bu sözləri Real TV-nin baş direktoru Mirşahin Ağayev feysbuk hesabında yazıb.
"Bilən də, bilməyən də, başı çıxan da, çıxmayan da bir insanı gözümüzün qabağında mənəvi terrora məruz qoymaqdadır! Hamısı cəsarətli çıxıb! Belə həssassınızsa, dəyər qədri bilənsinizsə, hər gün milləti təhqir edən antigigiyenik Sevinc Osmanqızı, Tural Sadiqli, Qənimət Zahid, Məhəmməd Mirzəli, soyadını unutduğum Qabil, Manaf və s. kimi əsl ictimai məzəmmətə, linçə layiq olan zir-zibil topasının üzərinə gedin! Niyə susurdunuz? Niyə susursunuz? Cəsarətiniz varsa, onlarla vuruşun! Onları linç edin! Bu zir-zibil "tv"lərin xalqımızı hər gün təhqir etməsinə susan dırnaqiçi "ziyalılar", özünüzü dırnaq içindən çıxarın! O yazıq qızı da rahat buraxın! Yığışdırın bu düşük boşboğazlığı!", - deyə, M. Ağayev bildirib.
Xatırladaq ki, bir neçə gün öncə "Kanal S"in aparıcısı Nigar Fərhadın efirdə işlətdiyi "Mənim oğlum olsa, mən ona atası olmayan qızı ala bilmərəm" açıqlaması cəmiyyətdə ciddi rezonans doğurub. Bu gündən onun aparıcılığını etdiyi "Sözün bitdiyi an" verilişinin yayımı dayandırılır.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1451 Tarix: 02 aprel 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
İrana nüvə bombası atılarsa...- Nazir müavinindən xəbərdarlıq
İran əleyhinə nüvə silahından istifadə etməyə dair rəsmi mövqe olduğu halda onun mənfi nəticələri regionla məhdudlaşmayacaq. İran Xarici İşlər Nazirliyinin məlumatına görə, bunu İran xarici işlər nazirinin hüquq və beynəlxalq məsələlər üzrə müavini Kazım Qəribabadi çərşənbə axşamı (3 noyabr) Tehrand
3 noyabrAstarada evdə dava: Gəlin qayınanasını döyüb üzünü cırdı
Astara rayonunda gəlin qayınanasını döyüb. -a istinadən xəbər verir ki, hadisə rayonun kəndlərindən birində baş verib. Kənd sakini, 1985-ci il təvəllüdlü Mahirə Əsədova (ad və soyad şərtidir - red.) evdə qayınanası ilə mübahisə edib. Mübahisə davaya çevrilib və nəticədə Mahirə qayınanasını şillə və yumru
4 noyabr"Şəki Yaylası"ndakı faciənin səbəbləri açıqlandı - Həbs olunanlar var
Sentyabrın 8-də Şəki rayonu, Baş Kəldək kəndi ərazisində yerləşən "Şəki Yaylası" Ailəvi İstirahət Mərkəzində iki şəxsin hündürlükdən yıxılaraq ölməsi faktı ilə bağlı Şəki rayon prokurorluğunda cinayət işi başlanaraq ibtidai istintaq aparılır. "Qafqazinfo" xəbər verir ki, bu barəd
2 noyabrCövdətin qızı 1 yaşında - Fotolar
Aktyor Cövdət Şükürovun qızının bir yaşı tamam olub. Axşam.az xəbər verir ki, bu barədə aktyorun həyat yoldaşı, aktrisa Gülçin Qasımova sosial şəbəkə hesabında paylaşım edib. O, ailəvi fotosunu izləyiciləri ilə bölüşərək "Həyat yolun həmişə işıqlı olsun, mənim gözəl balam" deyə, yazıb
2 noyabrBakıda avtomobil gözəllik salonuna girdi
Bu gün səhər saatlarında paytaxtın Nəsimi rayonunda yol-nəqliyyat hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, Hüseynbala Əliyev küçəsində - metronun "Memar Əcəmi" stansiyasının yaxınlığında 2 avtomobil toqquşub. Nəticədə, idarəetmədən çıxan "Toyota Aqua" markalı avtomobi
2 noyabr