Abel Məhərrəmovla polkovnik arasındakı torpaq qalmaqlı ilə bağlı yeni xəbər
Bakı Dövlət Universitetinin (BDU) keçmiş rektoru, Milli Məclisin üçüncü və dördüncü çağırış deputatı olmuş Abel Məhərrəmovla Qarabağ qazisi, ehtiyatda olan polkovnik-leytenant Nazim Əmirov arasında torpaq qalmaqalı davam edir.
Qaynarinfo xəbər verir ki, Ali Məhkəmə işi yenidən apellyasiya instansiyasına qaytardıqdan sonra Sumqayıt Apellyasiya Məhkəməsində baxış iclası keçirilib. İclasda tərəflərin sənədləri araşdırılıb və bundan sonra proses qeyri-müəyyən vaxta təxirə salınıb.
Abel Məhərrəmovu məhkəməyə verən Nazim Əmirov xəbəri təsdiqləyib. O, bildirib ki, apellyasiya instansiyasının bu dəfə ədalətli qərar qəbul edəcəyinə inanır.
Nazim Əmirov Abel Məhərrəmovun Altıağac qəsəbəsində ona məxsus torpaq sahəsini zəbt edərək, xanımı Rəhimə Mahmudovanın adına rəsmiləşdirməkdə ittiham edir. Polkovnik-leytenant iddia edir ki, keçmiş rektor ona məxsus torpaq sahəsində özünə dəbdəbəli villa tikib.
Nazim Əmirov bundan xəbər tutduqda məhkəməyə üz tutub. Xızı Rayon Məhkəməsi polkovnik-leytenantın iddiasını təmin etməyib. O, apellyasiya şikayəti verib. Şikayətə Sumqayıt Apellyasiya Məhkəməsində baxılıb və təmin edilməyib. Bundan sonra o, Ali Məhkəməyə kassasiya şikayəti verib. Ali Məhkəmə işə yenidən apellyasiya instansiyasında baxılması barədə qərar qəbul edib.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1579 Tarix: 02 aprel 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
İrana nüvə bombası atılarsa...- Nazir müavinindən xəbərdarlıq
İran əleyhinə nüvə silahından istifadə etməyə dair rəsmi mövqe olduğu halda onun mənfi nəticələri regionla məhdudlaşmayacaq. İran Xarici İşlər Nazirliyinin məlumatına görə, bunu İran xarici işlər nazirinin hüquq və beynəlxalq məsələlər üzrə müavini Kazım Qəribabadi çərşənbə axşamı (3 noyabr) Tehrand
3 noyabrAstarada evdə dava: Gəlin qayınanasını döyüb üzünü cırdı
Astara rayonunda gəlin qayınanasını döyüb. -a istinadən xəbər verir ki, hadisə rayonun kəndlərindən birində baş verib. Kənd sakini, 1985-ci il təvəllüdlü Mahirə Əsədova (ad və soyad şərtidir - red.) evdə qayınanası ilə mübahisə edib. Mübahisə davaya çevrilib və nəticədə Mahirə qayınanasını şillə və yumru
4 noyabr"Şəki Yaylası"ndakı faciənin səbəbləri açıqlandı - Həbs olunanlar var
Sentyabrın 8-də Şəki rayonu, Baş Kəldək kəndi ərazisində yerləşən "Şəki Yaylası" Ailəvi İstirahət Mərkəzində iki şəxsin hündürlükdən yıxılaraq ölməsi faktı ilə bağlı Şəki rayon prokurorluğunda cinayət işi başlanaraq ibtidai istintaq aparılır. "Qafqazinfo" xəbər verir ki, bu barəd
2 noyabrCövdətin qızı 1 yaşında - Fotolar
Aktyor Cövdət Şükürovun qızının bir yaşı tamam olub. Axşam.az xəbər verir ki, bu barədə aktyorun həyat yoldaşı, aktrisa Gülçin Qasımova sosial şəbəkə hesabında paylaşım edib. O, ailəvi fotosunu izləyiciləri ilə bölüşərək "Həyat yolun həmişə işıqlı olsun, mənim gözəl balam" deyə, yazıb
2 noyabrBakıda avtomobil gözəllik salonuna girdi
Bu gün səhər saatlarında paytaxtın Nəsimi rayonunda yol-nəqliyyat hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, Hüseynbala Əliyev küçəsində - metronun "Memar Əcəmi" stansiyasının yaxınlığında 2 avtomobil toqquşub. Nəticədə, idarəetmədən çıxan "Toyota Aqua" markalı avtomobi
2 noyabr