Bakıda sakinlər zorla evlərindən çıxarılırlar? - Məşhur MTK-nın rəhbərliyindən ŞİKAYƏT
Bakının Nizami rayonu, Ordubadi küçəsi 7 ünvanında yaşayan sakinlər "Orbita" MTK rəhbərliyindən şikayətçidirlər.
Onlar qanunsuz şəkildə mənzillərindən çıxarıldıqlarını bildiriblər. "Bizə 600 manat kirayə pulu verməlidirlər. Bunlar o pulu verməməyin dərdindən bizi Çobanzadə küçəsində qəzalı binalara göndərirlər. Fövqəladə Hallar Nazirliyi o binalara rəy verib ki, qəzalı vəziyyətdədir. Qəsdimə durmusan, uşaqlarımı, nəvələrimi yığıb o binanı başıma uçurmaq istəyirsən?!", - şikayətçi deyib.
Məsələ ilə bağlı şirkətin köçürmə məsələləri üzrə baş məsləhətçisi Söhrab Əhmədov vətəndaşların evinin məhkəməyə çoxmərtəbəli qəzalı bina kimi təqdim olunmasının və onların yararsız binaya köçürülmə təklifinin həqiqəti əks etdirmədiyini söyləyib.
Nizami Rayon İcra Hakimiyyətindən isə bildirilib ki, müvafiq qurumların icazə sənədləri əsasında sözügedən ərazidə yerləşən, istismar müddətini bitirmiş yaşayış binalarının sökülməsi, sakinlərin köçürülməsi və onların yeni mənzillərlə təmin edilənədək kirayə haqlarının ödənilməsi şərti ilə icarə əsasında "Orbita" MTK-nın istifadəsinə verilib.
Fövqəladə Hallar Nazirliyi (FHN) "Azkommunlayihə" İnstitutunun mütəxəssisləri tərəfindən adıçəkilən küçədə yerləşən yataqxana tipli binaya texniki baxış keçirilib, vəziyyəti qəzalı, yaşayış üçün yararsız kimi qiymətləndirilib. Mənzil sahiblərinə MTK tərəfindən inşa ediləcək yeni çoxmənzilli yaşayış binasında öz mənzillərinin sahəsinə əlavə olaraq fərqə görə vətəndaş tərəfindən ödəniş olunmaqla ümumi sahəsi 36 kvadratmetr olan mənzil verilməsi və ya birbaşa 45000 manat ödəniş olunması, Zabrat qəsəbəsində birmərtəbəli fərdi yaşayış evinin inşa edilib təhvil verilməsi təklifləri edilib.
Qeyd edək ki, sakinlərə sözügedən ərazidəki evlərin aprelin 4-də söküləcəyi bildirilib.
Ətraflı Baku TV-nin süjetində:
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Pensiyaçılar və işsizlər cərimədən azaddırmı? - HÜQUQİ İZAH
17 yaşlı Azərbaycan çempionu qəfil vəfat etdi - Foto
Özəl məktəblərdə qiymətlər dəyişdi: Təhsil haqqı artdı (SİYAHI)
Polis Halloween bayramını qeyd edən sakinləri saxladı
Pensiyaçılara XƏBƏRDARLIQ: 100-200 manat təklif edirlər…
Toyuğu yumazdan əvvəl bu təhlükəni bilin!
Qədim Şuşada gözəllik yaradılır
Bağında qızı zorlamaqda ittiham olunan Bəxtiyar Dalinin "milyonluq sarayı"
Palma yağı süfrələrimizi zəbt edir: İdxal niyə ildən-ilə artır? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA
"Tiktok"da tanış olduğu qadını rayona apardı, gecələmək istəməyəndə onu döydü
Noyabrın 6-dan 30-dək davam edəcək - ƏHALİYƏ XƏBƏRDARLIQ
Novxanıdakı "milyonluq saray"ın sahibi həbs edildi
Sabah hava necə olacaq?