"Frank-Valter Ştaynmayerin səfəri Azərbaycan və Almaniya arasındakı münasibətlərə yeni müsbət təkan verəcək" - DEPUTAT

"Frank-Valter Ştaynmayerin səfəri Azərbaycan və Almaniya arasındakı münasibətlərə yeni müsbət təkan verəcək" - DEPUTAT"Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayerin ölkəmizə səfəri Azərbaycan və Almaniya arasındakı münasibətlərə yeni müsbət təkan verəcək. Həm təkbətək görüşlərdə, həm də nümayəndə heyətləri ilə aparılan danışıqlarda iki ölkə arasındakı əlaqələrin gələcək inkişafı müzakirə olunub. Xüsusilə iqtisadi sahədə ticarət dövriyyəsinin üç dəfə artması və bərpa olunan enerji sahəsində əməkdaşlıq imkanları diqqət mərkəzində olub".

Bunu Sonxeber.az-a danışan deputat Pərvanə Vəliyeva bildirib.

Deputat qeyd edib ki, Azərbaycanın ev sahibliyi etdiyi COP29 beynəlxalq iqlim konfransı uğurlu nəticələr verib:

"197 ölkədən 77 mindən çox iştirakçının qatıldığı tədbirdə Almaniya ilə sıx əməkdaşlıq qurulub. Konfransdan öncə "kiçik COP" adlanan Almaniyanın Bon şəhərində Konvensiyaya tərəf ölkələrin yardımçı qurumlarının (subsidiary body 60) 60-cı sessiyası keçirilmiş, Azərbaycan nümayəndə heyəti konfransda geniş tərkibdə iştirak etmişdi.

Cənab prezident, həmçinin, qeyd etdi ki, Ermənistanın bu konfransa qatılmaması təəssüf doğurur, xüsusilə Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdığı bir dövrdə bu addım başa düşülən deyildi. Ermənistan konfransı siyasi səbəblərlə boykot edən və iştirak etməyən yeganə tərəf ölkə oldu. Bununla o, həm də, ətraf mühit və iqlim dəyişmələri məsələlərinə biganə və məsuliyyətsiz yanaşdığını göstərdi.

Görüşdə Prezident İlham Əliyev Azərbaycanın 30 il ərzində erməni işğalından zərər çəkməsini qeyd edərək, işğal nəticəsində 1 milyona yaxın insanın məcburi köçkün vəziyyətinə düşdüyünü bildirdi. Azərbaycan Ermənistanın təcavüzündən və işğalından əziyyət çəkib. Bu dövrdə ölkəmiz həm humanitar, həm iqtisadi, həm də ekoloji baxımdan ciddi zərərlərə məruz qalıb. BMT Təhlükəsizlik Şurası 1993-cü ildə 4 qətnamə (822, 853, 874, 884) qəbul edərək Ermənistan qoşunlarının Azərbaycan torpaqlarından dərhal çıxmasını tələb etdi. Buna baxmayaraq, Ermənistan qətnamələri icra etmədi, işğal rejimini davam etdirdi. ATƏT-in Minsk Qrupu vasitəsilə danışıqlar aparılsa da, Ermənistan illərlə sülh prosesini pozaraq status-kvonu qorumağa çalışdı. Beynəlxalq təşkilatlar bu məsələyə ciddi müdaxilə etməsə də, Azərbaycan münaqişəni siyasi və hərbi yollarla həll edib".

Deputat vurğulayıb ki, bu tarixi qələbə sülh prosesinə yol açıb və hazırda iki ölkə arasında sülh sazişi istiqamətində müsbət irəliləyişlər var:

"Dövlət başçısı görüşdə Ermənistanla sülhün şərtlərini də açıqladı. Ermənistan Konstitusiyasına dəyişiklik edilməsi vacibdir, çünki bu sənəddə Azərbaycana qarşı ərazi iddiaları mövcuddur. Eyni dərəcədə labüddür ki, Ermənistan ATƏT-in fəaliyyətsiz Minsk qrupunun ləğvi istiqamətində əməli addımlar atsın. Ermənistanın bu öhdəlikləri bir-bir yerinə yetirməsi bizi sülhə yaxınlaşdıracaq.

Qeyd edim ki, Almaniya 12 yanvar 1992-ci ildə Azərbaycanın müstəqilliyini tanıyıb. İki ölkə arasında diplomatik münasibətlər 20 fevral 1992-ci ildə qurulub. Səfirliklər 1992-ci ilin sentyabrında açılıb. Azərbaycan və Almaniya arasında davamlı siyasi dialoq mövcuddur".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1102   Tarix: 03 aprel 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

İrana nüvə bombası atılarsa...- Nazir müavinindən xəbərdarlıq

İran əleyhinə nüvə silahından istifadə etməyə dair rəsmi mövqe olduğu halda onun mənfi nəticələri regionla məhdudlaşmayacaq. İran Xarici İşlər Nazirliyinin məlumatına görə, bunu İran xarici işlər nazirinin hüquq və beynəlxalq məsələlər üzrə müavini Kazım Qəribabadi çərşənbə axşamı (3 noyabr) Tehrand

3 noyabr
.

Şagirdlərin dərs yükü həddindən artıq ağırdır - Uşaqların istirahət hüququ pozulur? - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA

Məktəblilərin gündəlik dərs yükünün həddindən artıq ağır olması uşaqların normal istirahətinə və asudə vaxtına ciddi təsir göstərir. Şagirdlər günün böyük hissəsini məktəbdə keçirir, evə qayıtdıqdan sonra isə çoxsaylı ev tapşırıqlarını yerinə yetirməli olurlar. Bəzi hallarda uşaqlar dərslərini tamamlama

3 noyabr
.

Bakıda dörd nəfərin öldüyü obyektin yaxınlığındakı klub və restoranların icarədarları cəzalandırıldılar - Video

Səbail rayonunda sakinlərin narahatlığına səbəb olan məişət səs-küyü ilə bağlı polis əməkdaşları tərəfindən müvafiq tədbirlər görülüb. -ın əldə etdiyi məlumata görə, adıçəkilən iaşə obyektlərində araşdırma aparılıb. Araşdırma zamanı ictimai asayişin, eləcə də ətraf ərazidə yaşayan sakinlərin dincliyini

2 noyabr
.

Azərbaycançılıq ideyası - milli birlik, dövlətçilik və vətənə sədaqətin ideoloji təməli

"Azərbaycançılıq ideyası xalqımızın milli kimliyini, tarixi yaddaşını, dövlətçilik ənənələrini və mənəvi dəyərlərini özündə birləşdirən fundamental ideoloji konsepsiyadır. Bu ideya yalnız milli mənsubiyyətin ifadəsi deyil, həm də Azərbaycan cəmiyyətinin vahid məqsədlər ətrafında birləşməsinin, dövlə

2 noyabr
.

Astarada evdə dava: Gəlin qayınanasını döyüb üzünü cırdı

Astara rayonunda gəlin qayınanasını döyüb. -a istinadən xəbər verir ki, hadisə rayonun kəndlərindən birində baş verib. Kənd sakini, 1985-ci il təvəllüdlü Mahirə Əsədova (ad və soyad şərtidir - red.) evdə qayınanası ilə mübahisə edib. Mübahisə davaya çevrilib və nəticədə Mahirə qayınanasını şillə və yumru

4 noyabr
.

"Şəki Yaylası"ndakı faciənin səbəbləri açıqlandı - Həbs olunanlar var

Sentyabrın 8-də Şəki rayonu, Baş Kəldək kəndi ərazisində yerləşən "Şəki Yaylası" Ailəvi İstirahət Mərkəzində iki şəxsin hündürlükdən yıxılaraq ölməsi faktı ilə bağlı Şəki rayon prokurorluğunda cinayət işi başlanaraq ibtidai istintaq aparılır. "Qafqazinfo" xəbər verir ki, bu barəd

2 noyabr
.

Cövdətin qızı 1 yaşında - Fotolar

Aktyor Cövdət Şükürovun qızının bir yaşı tamam olub. Axşam.az xəbər verir ki, bu barədə aktyorun həyat yoldaşı, aktrisa Gülçin Qasımova sosial şəbəkə hesabında paylaşım edib. O, ailəvi fotosunu izləyiciləri ilə bölüşərək "Həyat yolun həmişə işıqlı olsun, mənim gözəl balam" deyə, yazıb

2 noyabr
.

Azərbaycanda bu şəxslər üçün ictimai nəqliyyatda birinci gedişhaqqı 1 QƏPİK OLDU

2 noyabr 2026-cı il tarixindən etibarən TəhsilPlus kartı olan təhsil işçiləri həftəiçi hər gün ictimai nəqliyyatda ilk gedişlərini cəmi 1 qəpiyə həyata keçirə biləcəklər. Təqdim olunan kampaniya təhsil işçiləri üçün əlavə güzəşt imkanı yaradacaq. "Azərbaycan müəllimi"nə istinadən xəbər veri

2 noyabr
.

Bakıda avtomobil gözəllik salonuna girdi

Bu gün səhər saatlarında paytaxtın Nəsimi rayonunda yol-nəqliyyat hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, Hüseynbala Əliyev küçəsində - metronun "Memar Əcəmi" stansiyasının yaxınlığında 2 avtomobil toqquşub. Nəticədə, idarəetmədən çıxan "Toyota Aqua" markalı avtomobi

2 noyabr