Aprel Döyüşləri – Böyük Zəfərə Aparan Yolun Başlanğıcı
2016-cı ilin aprel ayında Ermənistan silahlı qüvvələrinin növbəti dəfə təmas xəttində törətdiyi qəfil və amansız təxribatlara Azərbaycan Ordusu əzm və qəhrəmanlıqla cavab verdi. Bu ədalətli cavab nəticəsində baş verən döyüşlər "Aprel döyüşləri" kimi şanlı səhifəyə çevrildi. Xalqımızın səbir kasasının dolub-daşdığı, haqq-ədalət uğrunda ayağa qalxdığı bir məqam kimi yadda qaldı. Bu döyüşlər Ermənistanın təxribatlarına qarşı Azərbaycan Ordusunun uğurlu əks-həmləsi ilə tarixə yazıldı və düşmənin illərlə möhkəmləndirdiyi məşhur "Ohanyan səddini" qısa bir zamanda yararaq bir sıra strateji yüksəkliklər azad edildi.
Aprel döyüşləri zamanı Azərbaycan Ordusu öz gücünü, texniki hazırlığını və hərbiçilərimizin döyüş ruhunu bütün dünyaya nümayiş etdirdi. Aprel döyüşləri xalqımızda böyük ruh yüksəkliyi yaratmaqla, həm də qələbəyə olan inamı daha da gücləndirdi.
Aprel döyüşləri Azərbaycan torpaqlarının işğalı ilə heç zaman barışmayacaq və haqlı mübarizəsini sona qədər davam etdirəcək mesajını verdi.
Aprel döyüşləri qələbə ilə yadda qaldı. O döyüşlər birlikdə güclü olduğumuzu ortaya qoydu və bu birlik bizi Böyük Zəfərə apardı.
Bu tarixi hadisədən dörd il sonra, 2020-ci ilin sentyabrında başlanan və 44 gün davam edən Vətən müharibəsi, məhz Aprel döyüşlərində göstərilən prezident-xalq-ordu birliyi və milli ruh sayəsində böyük bir Zəfərlə başa çatdı. Ölkə başçısı, Cənab Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, xalqımızın cənab prezidentin ətrafından sıx birləşməyi və ordumuzun qəhrəmanlığı düşmənə sarsıdıcı zərbə vurdu,
torpaqlarımız uğrunda aparılan haqlı və ədalətli mübarizədə qəhrəman Azərbaycan Silahlı qüvvələri torpaqlarımızı azad etdi. Və beləliklə beynəlxalq ictimaiyyətə haqq səsimizi çatdırdıq.
Günay Ağamalı
Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədr müavini
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Pensiyaçılar və işsizlər cərimədən azaddırmı? - HÜQUQİ İZAH
17 yaşlı Azərbaycan çempionu qəfil vəfat etdi - Foto
Özəl məktəblərdə qiymətlər dəyişdi: Təhsil haqqı artdı (SİYAHI)
Polis Halloween bayramını qeyd edən sakinləri saxladı
Pensiyaçılara XƏBƏRDARLIQ: 100-200 manat təklif edirlər…
Toyuğu yumazdan əvvəl bu təhlükəni bilin!
Qədim Şuşada gözəllik yaradılır
Bağında qızı zorlamaqda ittiham olunan Bəxtiyar Dalinin "milyonluq sarayı"
Palma yağı süfrələrimizi zəbt edir: İdxal niyə ildən-ilə artır? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA
"Tiktok"da tanış olduğu qadını rayona apardı, gecələmək istəməyəndə onu döydü
Noyabrın 6-dan 30-dək davam edəcək - ƏHALİYƏ XƏBƏRDARLIQ
Novxanıdakı "milyonluq saray"ın sahibi həbs edildi
Sabah hava necə olacaq?