"Havanın insanların əhval-ruhiyyəsinə təsir etməsi tez-tez rastlaşdığımız haldır" - AÇIQLAMA
"Havanın insanların əhval-ruhiyyəsinə təsir etməsi tez-tez rastlaşdığımız haldır", - bunu Sonxeber.az -a açıqlama verən psixoloq Aytən Ələkbərova deyib:
"Adətən yağışlı havalarda bəzi insanlar əhval-ruhiyyələrinə təsir edəcək məqamlarla rastlaşırlar. Bu da özünü müxtəlif şəkildə göstərir, məsələn boğulmalar, ürək titrəmələri, qusmalar və.s kimi. Qapalı havanın bizi pis hiss etdirməsinin səbəblərindən biri də belə havalarda sosial fəaliyyətlərin məhdudlaşmasıdır. İnsanlar soyuq, yağışlı havalarda daha çox evdə qalmağa meyl edir və ya işdən kənar, hansısa sosial məşğuliyyətlərə qarşı istəksiz olur. Bu da insanda təkliyə, motivasiya düşkünlüyünə yol açır. Bu baxımdan gün işığı çox vacib bir mənbədir.
Hətta təcrübəmizdə "Sanki çiskinli hava, palçıqlı su mənim üzərimdədir kimi hiss edirəm" deyən insanlara belə rast gəlmişik. Bu insanlar psixosomatikadan əziyyət çəkirlər. Bu durum onların əhval-ruhiyyələrini idarə etməyə başlayır. Çox yaxşı olar ki, ürəyində problem olan insanlar küləyin əks istiqamətində hərəkət etsinlər. Əhval-ruhiyyələrini artıracaq insanlarla təmasda olsunlar. Yaranacaq mövcud melanxolik durumu süni bir eyforiya ilə aradan qaldırmağa çalışsınlar. Əlbəttə bəzi insanlar tək olaraq bunun öhdəsindən gələ bilmirlər. Onlara mütəxəssis köməyindən istifafə etməyi məsləhət görürəm".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1575 Tarix: 16 aprel 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Nikah yaşına çatmayan qızla 31 yaşlı şəxsin toyunun qarşısı alındı
İmişli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilməsi planlaşdırılan toy mərasiminin qarşısı alınıb. APA-nın məlumatına görə, İmişli rayonunda 31 yaşlı şəxslə nikah yaşına çatmayan qızın keçirilməsi planlaşdırılan toy mərasimi barədə polisə daxil olan məlumat dərhal araşdırılıb və tədbirlə
10 sentyabrBu ərazilərdə sentyabr pensiyaları ödənildi
Bu gün Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə sentyabr ayının pensiyaları ödənilib. xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) məlumat yayıb. Bildirilib ki, Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosia
11 sentyabrUniversitetlərdə 3 illik təhsil sisteminə keçilməsi təklif olunur
Milli Məclisdə universitetlərdə 3 illik təhsil sisteminə keçilməsi müzakirə olunur. xəbər verir ki, bunu Milli Məclisin Elm və təhsil komitəsinin bu gün keçirilən iclasında komitə sədrinin müavini Fariz İsmayılzadə bildirib. "Bu yaxınlarda ilk dəfə olaraq ABŞ-də universitetlərdən biri 3 illik al
11 sentyabrDİM 2027-ci il buraxılış imtahanlarının proqramlarını açıqladı
Dövlət İmtahan Mərkəzi (DİM) 2027-ci ildə keçiriləcək ümumi orta (9 illik) və tam orta (11 illik) təhsil səviyyələri üzrə buraxılış imtahanlarının proqramlarını açıqlayıb. Qaynarinfo xəbər verir ki, proqramlar Azərbaycan və rus dillərində təqdim olunub. Ümumi orta (9 illik) təhsil səviyyəsi üzrə Azərbayca
10 sentyabrSüni intellektlə bağlı ayrıca qanunun qəbul olunması TƏKLİF OLUNUR
"Süni intellektlə bağlı ayrıca qanunun qəbul olunmasına ehtiyac var". xəbər verir ki, bunu deputat Ceyhun Məmmədov Milli Məclisin Elm və təhsil komitəsinin bu gün keçirilən iclasında bildirib. "Bu çox geniş müzakirə olunur. Təbii ki, süni intellektin üstünlüyünü təbliğ edənlər çoxdur
11 sentyabr700 manat beh verib avtomobilini aldılar, qalan məbləği ödəmədilər (VİDEO)
Avtomobilini satmaq istəyən şəxs dələduzluğun qurbanı olub. Paytaxt sakini Aslan Eyvazoğlu iddia edir ki, avtomobilini 10 min manata satışa çıxardıqdan sonra alıcı beh adı ilə onu aldadıb. Aslan Eyvazoğlu iddia edir ki, avtomobilini Zaur Baxşəliyev və Ayaz Məmmədov vasitəsi ilə Sənan İsayevə satıb. Şikayətç
11 sentyabrYeni təhsil qanununun qəbulu təklif edilir
Azərbaycanda ali təhsil sahəsində indiyədək qaldırılan və əsaslı hesab olunan məsələlərin nəzərə alınması üçün yeni təhsil qanununun hazırlanmasına ehtiyac var. xəbər verir ki, bunu Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Vasif Qafarov komitənin bugünkü iclasında çıxışı zamanı deyib. O bildiri
11 sentyabr