Tağıyev qəsəbəsində ağaclar kəsildi - Prokurorluq araşdıracaq
Sumqayıt şəhəri, Hacı Zeynalabdin Tağıyev qəsəbəsində ağacların kəsilməsi ilə bağlı 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə daxil olan şikayət yerində araşdırılıb.
Sonxeber.az xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) məlumat yayıb.
İdarənin rəisi Asif Məcidov bildirib ki, aparılan araşdırma zamanı Hacı Zeynalabdin Tağıyev qəsəbəsi, Səttar Bəhlulzadə küçəsində qeyri-yaşayış obyektinin tikintisi aparılan ərazidə tikinti ətrafına çəkilmiş hasarın daxilində 3 ağacın zədələndiyi, eyni zamanda ekoloji ekspertiza rəyinin tələblərinə əməl edilmədiyi müəyyən edilib.
Faktla bağlı tikintiyə cavabdeh şəxs Zamiq Şıxəliyev barəsində İnzibati Xətalar Məcəlləsinin 253.5.1 və 541-ci maddələrinə əsasən inzibati protokol tərtib edilib və o, fiziki şəxs qismində 900 manat məbləğində cərimə olunub.
"Eyni zamanda, hasarın kənarında 15 ağacın kəsildiyi və nəticədə təbiətə 7200 manat məbləğində ziyan dəydiyi müəyyən olunub. Faktla bağlı akt tərtib edilib. Təbiətə dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış materiallar Baş Prokurorluğa göndərilib. Tikinti ətrafında olan ağaclar sayılaraq qeydiyyata alınıb və mühafizəsinin təmin olunması məqsədilə iş icraçısına təhvil verilib", - A.Məcidov vurğulayıb.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 809 Tarix: 23 aprel 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Azərbaycanın şəhərlərində ana ölümü ilə bağlı şok statistika
Azərbaycanda 2025-ci ildə ana ölümü göstəricisi şəhər yerlərində əvvəlki illə müqayisədə 81.1 faiz artıb. Kənd yerlərində isə bu göstərici təxminən 27 faiz azalıb. -a istinadən xəbər verir ki, 2025-ci ildə şəhər yerlərində hər 100 min diri doğulana düşən ana ölümü göstəricisi 22.1 olub. Bu rəqəm 2024-c
3 noyabr"Meduza"dan 3500 qutu markasız tütün çıxdı - Sahibkara cəza verildi
Bakıda fəaliyyət göstərən "Meduza" adlı tütün mağazasında 42 min 763 manat dəyərində aksiz markası olmayan qəlyan tütünləri aşkarlanan sahibkar Quliyev Hüseyn Sabir oğluna hökm oxunub. Qaynarinfo-nun əldə etdiyi məlumata görə, Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Əndəmic kəndind
2 noyabrBakıda EVLƏR SÖKÜLÜR - Ağaclar, zirzəmi, hasarlara da pul verilir
Bakının Binə qəsəbəsində Bakıxanov-Binə-Qala dəmir yolu xəttinin bərpası layihəsi çərçivəsində tikinti ərazisinə düşən yaşayış evlərinin söküntüsü davam edir. Mülkiyyətçilərə kompensasiya ödənildikdən sonra boşaldılan evlər mərhələli şəkildə sökülür. -in məlumatına görə, artıq kompensasiya ödənilmi
2 noyabrHamamda işləyən şəxs özünü başçının adamı kimi təqdim etdi - Həbs olundu
Bakıda tikintiyə icazə alacağına söz verərək vətəndaşdan 50 min manat alan şəxsə hökm oxunub. Qaynarinfo-nun məlumatına görə, 1993-cü il təvəllüdlü Bakı sakini R.Y. Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinib. O, paytaxtda fəaliyyət göstərən "Padişah" hamamında ofisiant işləyib
2 noyabr"Kəmalə-Nərmin" restoranından şikayət (VİDEO)
Kimisi tüstüdən, kimisi qoxudan narahat olduğunu deyir. Görüntülər paytaxtın Binəqədi rayonu 7-ci mikrorayon ərazisindəndir…. Xəzər TV-yə göndərilən videogörüntülərdə vətəndaş iddia edir ki, "Kəmalə-Nərmin" restoranından (Narmin Palace) ətrafa yayılan tüstü nəinki mənzillərdə hiss olunur, hətt
2 noyabr