Daşkəsən İcra Hakimiyyəti 250 min manatı neyləyib?
Daşkəsən İcra Hakimiyyəti 2024-cü ildə bir neçə tender elan edərək, rayonda bəzi yenidənqurma və abadlıq işləri həyata keçirəcəyini elan etmişdi.
XALQ.AZ xəbər verir ki, həmin tenderlərin qalibləri və ayrılacaq vəsaitlər də bəllidir.
Lakin məlum olub ki, bağlanılmış müqavilələrə əsasən Daşkəsəndə qeyd edilən işlərin heç bir görülməyib. Belə ki, "Nur General Suppler" MMC ilə mal və materialların alınması üçün dekabrın 11-də 17783 manatlıq satınalma müqaviləsi imzalanıb. Bundan əvvəl isə, yəni ötən ilin noyabrında "Star Təmir Construction" MMC ilə Daşkəsən şəhərində mənzil fonunun əsaslı təmiri məqaəsdi ilə razılaşma əldə olunub. Bunun üçün 43478 manatlıq müqavilə də imzalanıb.
Həmin şirkətlə ötən ilin dekabrında Daşkəsəndə yolların əsaslı təmiri üçün də iki müqavilə bağlanılıb. Birinci tender üzrə şirkətə 85 min 819 manat, ikinci tender üzər isə 74589 manat pul ayrılıb.
Maraqlıdır ki, parallel olaraq Daşkəsən İcra Hakimiyyətə "Rəz" MMC ilə də mal və materialların alınmasına dair anlaşıb. 22 min 831 manatlıq satınalma müqaviləsi bağlanılıb.
Maraqlıdır ki, sözügedən İcra Hakimiyyəti bu ilin aprelin əvvəlində Daşkəsəndə abadlıq işlərinin həyata keçirilməsi üçün layihə-smeta sənədlərinin hazırlanması barədə tenderə yekun vurub. "Az-Arxitektura" MMC-yə bu məqsədlə 7 min manatdan bir qədər çox pul ayrılıb.
İşin qəribə tərəfi odur ki, Daşkəsən İcra Hakimiyyəti ötən il görülməli olan işlərin heç birini reallaşdırmayıb. Bu azmış kimi, ötən ilə aid olan işlər üçün layihə-smeta sənədlərini bu il hazırlatdırıb.
Xatırladaq ki, Daşkəsənin icra başçısı Orxan İrşad oğlu Abbasovdur. O, bu vəzifəyə 15 iyul 2024-cü ilə təyin edilib.Tribunainfo.az




Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 3458 Tarix: 23 aprel 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Azərbaycanın şəhərlərində ana ölümü ilə bağlı şok statistika
Azərbaycanda 2025-ci ildə ana ölümü göstəricisi şəhər yerlərində əvvəlki illə müqayisədə 81.1 faiz artıb. Kənd yerlərində isə bu göstərici təxminən 27 faiz azalıb. -a istinadən xəbər verir ki, 2025-ci ildə şəhər yerlərində hər 100 min diri doğulana düşən ana ölümü göstəricisi 22.1 olub. Bu rəqəm 2024-c
3 noyabr"Meduza"dan 3500 qutu markasız tütün çıxdı - Sahibkara cəza verildi
Bakıda fəaliyyət göstərən "Meduza" adlı tütün mağazasında 42 min 763 manat dəyərində aksiz markası olmayan qəlyan tütünləri aşkarlanan sahibkar Quliyev Hüseyn Sabir oğluna hökm oxunub. Qaynarinfo-nun əldə etdiyi məlumata görə, Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Əndəmic kəndind
2 noyabrBakıda EVLƏR SÖKÜLÜR - Ağaclar, zirzəmi, hasarlara da pul verilir
Bakının Binə qəsəbəsində Bakıxanov-Binə-Qala dəmir yolu xəttinin bərpası layihəsi çərçivəsində tikinti ərazisinə düşən yaşayış evlərinin söküntüsü davam edir. Mülkiyyətçilərə kompensasiya ödənildikdən sonra boşaldılan evlər mərhələli şəkildə sökülür. -in məlumatına görə, artıq kompensasiya ödənilmi
2 noyabrHamamda işləyən şəxs özünü başçının adamı kimi təqdim etdi - Həbs olundu
Bakıda tikintiyə icazə alacağına söz verərək vətəndaşdan 50 min manat alan şəxsə hökm oxunub. Qaynarinfo-nun məlumatına görə, 1993-cü il təvəllüdlü Bakı sakini R.Y. Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinib. O, paytaxtda fəaliyyət göstərən "Padişah" hamamında ofisiant işləyib
2 noyabr"Kəmalə-Nərmin" restoranından şikayət (VİDEO)
Kimisi tüstüdən, kimisi qoxudan narahat olduğunu deyir. Görüntülər paytaxtın Binəqədi rayonu 7-ci mikrorayon ərazisindəndir…. Xəzər TV-yə göndərilən videogörüntülərdə vətəndaş iddia edir ki, "Kəmalə-Nərmin" restoranından (Narmin Palace) ətrafa yayılan tüstü nəinki mənzillərdə hiss olunur, hətt
2 noyabr