Uşaqda 3 böyrək aşkarlandı
Əməliyyat uğurla keçib və oğlan uşağı cərrahi müdaxilədən sonra tədricən sağalır. İsraildə 6 yaşlı oğlan nadir əməliyyat keçirib.
Lent.az xarici mediaya istinadla məlumat verir ki, İsraildə həkimlər 6 yaşlı oğlan uşağına unikal bir əməliyyat keçiriblər. Uşaq bir neçə il qarın nahiyəsində səbəbi bilinməyən ağrılardan əziyyət çəkib. Əməliyyat zamanı həkimlər tamamilə gözlənilmədən onun bir yox, üç böyrəyinin olduğunu aşkar ediblər - onlardan ikisi bir-birinə bitişik olub. Uşaq kiçik yaşlarından etibarən vaxtaşırı qarın ağrılarından şikayət edib və bu ağrılar hər il daha da şiddətlənirib. Baxmayaraq ki, çoxsaylı tibbi müayinələr aparılıb, xəstəliyin səbəbini müəyyən etmək uzun müddət mümkün olmayıb.
Anası tibb bacısı olduğu üçün əlavə diaqnostikaya - o cümlədən MRT (maqnit-rezonans tomoqrafiyası) müayinəsinə israr edib. Həmin müayinədə böyrək nahiyəsində şübhəli bir törəmə görünüb. Uşaq Petah-Tikva şəhərində yerləşən "Şnayder" Uşaq Xəstəxanasına köçürülüb. Burada urolog David Ben-Meir əməliyyat aparmaq qərarına gəlib. Yalnız əməliyyat zamanı məlum olub ki, şiş kimi görünən törəmə əslində daha bir böyrəkdir - bu böyrək digər böyrəklə bitişmiş vəziyyətdə olub.
Üçüncü isə ayrıca, funksional böyrək olub. Doktor Ben-Meirin sözlərinə görə, bu cür anomaliya çox nadir haldır - dünyada belə hadisələr cəmi bir neçə dəfə qeydə alınıb. Belə bir xüsusiyyəti əməliyyatsız aşkar etmək demək olar ki, mümkün deyil.
Xatırladaq ki, daha əvvəl Meksikada spermanı robotla yeritməklə dünyaya gələn ilk uşaq haqqında xəbər yayılıb.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1375 Tarix: 23 aprel 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Azərbaycanın şəhərlərində ana ölümü ilə bağlı şok statistika
Azərbaycanda 2025-ci ildə ana ölümü göstəricisi şəhər yerlərində əvvəlki illə müqayisədə 81.1 faiz artıb. Kənd yerlərində isə bu göstərici təxminən 27 faiz azalıb. -a istinadən xəbər verir ki, 2025-ci ildə şəhər yerlərində hər 100 min diri doğulana düşən ana ölümü göstəricisi 22.1 olub. Bu rəqəm 2024-c
3 noyabr"Meduza"dan 3500 qutu markasız tütün çıxdı - Sahibkara cəza verildi
Bakıda fəaliyyət göstərən "Meduza" adlı tütün mağazasında 42 min 763 manat dəyərində aksiz markası olmayan qəlyan tütünləri aşkarlanan sahibkar Quliyev Hüseyn Sabir oğluna hökm oxunub. Qaynarinfo-nun əldə etdiyi məlumata görə, Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Əndəmic kəndind
2 noyabrBakıda EVLƏR SÖKÜLÜR - Ağaclar, zirzəmi, hasarlara da pul verilir
Bakının Binə qəsəbəsində Bakıxanov-Binə-Qala dəmir yolu xəttinin bərpası layihəsi çərçivəsində tikinti ərazisinə düşən yaşayış evlərinin söküntüsü davam edir. Mülkiyyətçilərə kompensasiya ödənildikdən sonra boşaldılan evlər mərhələli şəkildə sökülür. -in məlumatına görə, artıq kompensasiya ödənilmi
2 noyabrHamamda işləyən şəxs özünü başçının adamı kimi təqdim etdi - Həbs olundu
Bakıda tikintiyə icazə alacağına söz verərək vətəndaşdan 50 min manat alan şəxsə hökm oxunub. Qaynarinfo-nun məlumatına görə, 1993-cü il təvəllüdlü Bakı sakini R.Y. Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinib. O, paytaxtda fəaliyyət göstərən "Padişah" hamamında ofisiant işləyib
2 noyabr"Kəmalə-Nərmin" restoranından şikayət (VİDEO)
Kimisi tüstüdən, kimisi qoxudan narahat olduğunu deyir. Görüntülər paytaxtın Binəqədi rayonu 7-ci mikrorayon ərazisindəndir…. Xəzər TV-yə göndərilən videogörüntülərdə vətəndaş iddia edir ki, "Kəmalə-Nərmin" restoranından (Narmin Palace) ətrafa yayılan tüstü nəinki mənzillərdə hiss olunur, hətt
2 noyabr