Bələdiyyə sədri özünü niyə sakin kimi təqdim edib? - Video
Bakının Qaradağ rayonunda göl qanunsuz şəkildə qumla doldurularaq tikinti işləri aparılır.
"Qafqazinfo" xəbər verir ki, AzTV həmin ərazidən süjet hazırlayıb.
Vətəndaşların sözlərinə görə, gölü doldurub üzərində ev tikdikləri üçün indi evlər suyun üstündədir: "Bu, xəstəlikdir. Burada gölü qurudaraq torpaq satırlar. Bizə deyirlər ki, bu, qanunidir. Bələdiyyədən bildirilib ki, gölün üzərində ev tikməyə icazə var".
Ərazidəki bələdiyyə işçisi isə özünü sakin kimi təqdim edərək orada bəndvurma işləri apardıqlarını söyləyib. Bundan sonra AzTV-nin əməkdaşı Lökbatan bələdiyyəsinə üz tutub. Bildirilib ki, bələdiyyə sədri hazırda ərazidədir. Sədrlə əlaqə saxladıqda isə o, ərazidə olmadığını deyib.
Lökbatan gölünün ətrafında yaşayan sakinlər isə iddia edib ki, burada torpağı, hətta, gölü də satın almaq mümkündür: "Qohumumuz 5-6 il əvvəl göl olan ərazini aldı. 4 sotuna 5 min manat pul vermişdi. Sonra doldurdu və ev tikdi".
Məsələ ilə bağlı Qaradağ Rayon İcra Hakimiyyətindən bildirilib ki, bu problemin qarşısı alınıb: "Sözügedən evlər 90-cı illərin əvvəllərində tikilib, sonradan sənədləşdirilib. Son zamanlar göldə heç bir tikintidən söhbət gedə bilməz. Cəhdlər olur, amma bunun qarşısı qətiyyətlə alınır. Bundan sonra da alınacaq. Gölün evlərə yaxın görünməsinə səbəb, gölün səviyyəsinin qalmasıdır".
Daha ətraflı videomaterialda:
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1007 Tarix: 25 aprel 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Azərbaycanın şəhərlərində ana ölümü ilə bağlı şok statistika
Azərbaycanda 2025-ci ildə ana ölümü göstəricisi şəhər yerlərində əvvəlki illə müqayisədə 81.1 faiz artıb. Kənd yerlərində isə bu göstərici təxminən 27 faiz azalıb. -a istinadən xəbər verir ki, 2025-ci ildə şəhər yerlərində hər 100 min diri doğulana düşən ana ölümü göstəricisi 22.1 olub. Bu rəqəm 2024-c
3 noyabr"Meduza"dan 3500 qutu markasız tütün çıxdı - Sahibkara cəza verildi
Bakıda fəaliyyət göstərən "Meduza" adlı tütün mağazasında 42 min 763 manat dəyərində aksiz markası olmayan qəlyan tütünləri aşkarlanan sahibkar Quliyev Hüseyn Sabir oğluna hökm oxunub. Qaynarinfo-nun əldə etdiyi məlumata görə, Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Əndəmic kəndind
2 noyabrBakıda EVLƏR SÖKÜLÜR - Ağaclar, zirzəmi, hasarlara da pul verilir
Bakının Binə qəsəbəsində Bakıxanov-Binə-Qala dəmir yolu xəttinin bərpası layihəsi çərçivəsində tikinti ərazisinə düşən yaşayış evlərinin söküntüsü davam edir. Mülkiyyətçilərə kompensasiya ödənildikdən sonra boşaldılan evlər mərhələli şəkildə sökülür. -in məlumatına görə, artıq kompensasiya ödənilmi
2 noyabrHamamda işləyən şəxs özünü başçının adamı kimi təqdim etdi - Həbs olundu
Bakıda tikintiyə icazə alacağına söz verərək vətəndaşdan 50 min manat alan şəxsə hökm oxunub. Qaynarinfo-nun məlumatına görə, 1993-cü il təvəllüdlü Bakı sakini R.Y. Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinib. O, paytaxtda fəaliyyət göstərən "Padişah" hamamında ofisiant işləyib
2 noyabr"Kəmalə-Nərmin" restoranından şikayət (VİDEO)
Kimisi tüstüdən, kimisi qoxudan narahat olduğunu deyir. Görüntülər paytaxtın Binəqədi rayonu 7-ci mikrorayon ərazisindəndir…. Xəzər TV-yə göndərilən videogörüntülərdə vətəndaş iddia edir ki, "Kəmalə-Nərmin" restoranından (Narmin Palace) ətrafa yayılan tüstü nəinki mənzillərdə hiss olunur, hətt
2 noyabr