"Azərsun Holdinq" Beynəlxalq Yer Günü ilə bağlı təmizlik aksiyası təşkil edib
"Azərsun Holdinq"in nəzdində fəaliyyət göstərən Lənkəran Konserv Zavodu sosial məsuliyyət prinsiplərinə sadiq qalaraq təmizlik aksiyası keçirib.
22 Aprel – Beynəlxalq Yer Günü münasibətilə ətraf mühitin qorunması naminə Xəzər dənizinin Lənkəran şəhəri sahil zolağı tullantılardan təmizlənib.
Aksiyada təxminən 2,000 kvadrat metr ərazi məişət tullantılarından tamamilə təmizlənərək, sahilin ekoloji tarazlığına mühüm töhfə verilib.
Toplanan tullantılar, ətraf mühitə zərər verməməsi üçün standartlara uyğun şəkildə bərk məişət tullantıları poliqonuna daşınıb və təhlükəsiz utilizasiya olunub.
Bu təşəbbüs, Lənkəran Konserv Zavodunun yalnız yüksək keyfiyyətli məhsullar istehsal etməklə kifayətlənmədiyini, həm də regionun ekoloji sabitliyinə və sosial rifahına töhfə verməyənin sübutudur.
Zavod, bu cür təşəbbüslər vasitəsilə həm ətraf mühitin qorunmasında, həm də gələcək nəsillərə təmiz və sağlam bir dünya qalmasında önəmli rol oynayır.
Bu layihə, "Azərsun Holdinq"in dayanıqlı inkişaf prinsipləri çərçivəsində həyata keçirdiyi layihələrdəndir.
Şirkət, ölkə daxilində və beynəlxalq miqyasda ekoloji layihələrə dəstək olaraq təbiətin qorunmasına və gələcək nəsillərin sağlam mühitdə yaşamasına yardım edir.
Eyni zamanda istehsal sahələrində ətraf mühitin qorunması, tullantıların azaldılması və enerji səmərəliliyinin artırılması istiqamətində də mütəmadi olaraq addımlar atır.



Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 847 Tarix: 25 aprel 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Azərbaycanın şəhərlərində ana ölümü ilə bağlı şok statistika
Azərbaycanda 2025-ci ildə ana ölümü göstəricisi şəhər yerlərində əvvəlki illə müqayisədə 81.1 faiz artıb. Kənd yerlərində isə bu göstərici təxminən 27 faiz azalıb. -a istinadən xəbər verir ki, 2025-ci ildə şəhər yerlərində hər 100 min diri doğulana düşən ana ölümü göstəricisi 22.1 olub. Bu rəqəm 2024-c
3 noyabr"Meduza"dan 3500 qutu markasız tütün çıxdı - Sahibkara cəza verildi
Bakıda fəaliyyət göstərən "Meduza" adlı tütün mağazasında 42 min 763 manat dəyərində aksiz markası olmayan qəlyan tütünləri aşkarlanan sahibkar Quliyev Hüseyn Sabir oğluna hökm oxunub. Qaynarinfo-nun əldə etdiyi məlumata görə, Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Əndəmic kəndind
2 noyabrBakıda EVLƏR SÖKÜLÜR - Ağaclar, zirzəmi, hasarlara da pul verilir
Bakının Binə qəsəbəsində Bakıxanov-Binə-Qala dəmir yolu xəttinin bərpası layihəsi çərçivəsində tikinti ərazisinə düşən yaşayış evlərinin söküntüsü davam edir. Mülkiyyətçilərə kompensasiya ödənildikdən sonra boşaldılan evlər mərhələli şəkildə sökülür. -in məlumatına görə, artıq kompensasiya ödənilmi
2 noyabrHamamda işləyən şəxs özünü başçının adamı kimi təqdim etdi - Həbs olundu
Bakıda tikintiyə icazə alacağına söz verərək vətəndaşdan 50 min manat alan şəxsə hökm oxunub. Qaynarinfo-nun məlumatına görə, 1993-cü il təvəllüdlü Bakı sakini R.Y. Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinib. O, paytaxtda fəaliyyət göstərən "Padişah" hamamında ofisiant işləyib
2 noyabr"Kəmalə-Nərmin" restoranından şikayət (VİDEO)
Kimisi tüstüdən, kimisi qoxudan narahat olduğunu deyir. Görüntülər paytaxtın Binəqədi rayonu 7-ci mikrorayon ərazisindəndir…. Xəzər TV-yə göndərilən videogörüntülərdə vətəndaş iddia edir ki, "Kəmalə-Nərmin" restoranından (Narmin Palace) ətrafa yayılan tüstü nəinki mənzillərdə hiss olunur, hətt
2 noyabr