Siyahıda olmayan plastik cərrahlar məhkəməyə üz tutacaq?

Siyahıda olmayan plastik cərrahlar məhkəməyə üz tutacaq?Azərbaycanda uzun müddətdir plastik cərrahların fəaliyyəti ilə bağlı aparılan rəsmi araşdırma ötən həftə yekunlaşıb. Rəsmi məlumatda bildirilir ki, praktik tibb fəaliyyəti ilə məşğul olan plastik cərrahların peşə fəaliyyətinin qanuni əsaslarının kompleks şəkildə yoxlanılması məqsədilə Səhiyyə Nazirliyi, Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Elm və Təhsil Nazirliyinin nümayəndələrindən ibarət Xüsusi Təftiş Komissiyası yaradılıb. Araşdırmanın nəticəsində yalnız 42 nəfər plastik cərrahın fəaliyyətinə rəsmi icazə verilib.

Bu açıqlama plastik cərrahiyyə sahəsində çalışanların sayının əhəmiyyətli dərəcədə azaldığını göstərir. Mütəxəssislər bildirir ki, bu qərar həm pasiyentlərin təhlükəsizliyi baxımından müsbət addımdır, həm də qeyri-leqal və savadsız müdaxilələrin qarşısını almağa yönəlib.

Rəsmi açıqlamada bildirilib ki, Siyahıya adları daxil edilməyən həkim-mütəxəssislər praktik tibb fəaliyyəti ilə yalnız ali ixtisas tibb təhsili sənədinə uyğun onlara verilmiş ixtisaslar üzrə məşğul ola bilərlər. Bu mütəxəssislər plastik cərrahiyyə ixtisası üzrə qanunvericiliklə nəzərdə tutulmuş qaydada rezidentura təhsili almadan həmin sahədə praktik tibb faəliyyəti ilə məşğul ola bilməzlər. Sözügedən həkim-mütəxəssislər Komissiyanın qərarlarından narazı olduqları halda məhkəməyə müraciət etmək hüququndan istifadə edə bilərlər.

Modern.az-a açıqlamasında Azərbaycan Plastik Cərrahlar Assosiasiyasının sədri Vaqif Qələndərli bildirib ki, Təftiş Komissiyası çox nüansları yoxlayıb, hansı meyarlar lazım idisə onlar dəqiqləşdirilib.

"Adı siyahıda olmayan şəxslərin məhkəməyə müraciət edəcəyi ilə bağlı xəbərlərdən məlumatlı deyiləm. Təftiş Komissiyasına daxil olan qurumlardan biri də Elm və Təhsil Nazirliyidir. ETN tərəfindən cərrahların təhsil aldığı təhsil müəssisələrinin qeydləri istənildi. Həmin şəxslərin neçə il, necə təhsil alması ilə bağlı ətraflı məlumat əldə edildi. Digər qurumlar tərəfindən də fəaliyyətləri yoxlanıldı. Bütün bunlardan sonra qərara gəlindi ki, bu sahənin 42 nəfər mütəxəssissi var. Səhiyyə Nazirliyinin səhifəsində də müvafiq açıqlama verilib. Mən də daxil olmaqla bütün plastik cərrahlar yoxlanıldı. Bu prosesdən narazı qalanlar da var. Amma hər kəs öz içində bilir ki, bu sahədə mütəxəssisdir, yoxsa yox. Ona görə də inanmıram ki, kimsə məhkəməyə müraciət etsin. Çünki bu yoxlamalar yüksək səviyyədə aparıldı" - V.Qələndərli qeyd edib.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 887   Tarix: 27 aprel 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Ağır qəzada həlak olan hərbçimiz yeni ata olubmuş - Detallar

Şəki rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı həlak olan hərbçimizin yaxın vaxtlarda ata olduğu məlum olub. Ölkə.az-a istinadən xəbər verir ki, 24 yaşlı Səbuhi Ağazadə bir il əvvəl ailə qurubmuş. Onun ilk övladı isə bu yaxınlarda dünyaya gəlib. Məlumata görə, ailə əslən Laçın rayonunu

3 noyabr
.

İrana nüvə bombası atılarsa...- Nazir müavinindən xəbərdarlıq

İran əleyhinə nüvə silahından istifadə etməyə dair rəsmi mövqe olduğu halda onun mənfi nəticələri regionla məhdudlaşmayacaq. İran Xarici İşlər Nazirliyinin məlumatına görə, bunu İran xarici işlər nazirinin hüquq və beynəlxalq məsələlər üzrə müavini Kazım Qəribabadi çərşənbə axşamı (3 noyabr) Tehrand

3 noyabr
.

Bakının bu ərazilərində işıqlar sönəcək - ÜNVANLAR

Bakının bir sıra ərazilərində elektrik enerjisinin verilişində müvəqqəti fasilə yaranacaq. xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb. Bildirilib ki, abonentlərin daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunması məqsədilə noyabrın 2-də Yasamal Rayon Enerji Təchizat

2 noyabr
.

Pensiyaçılar və işsizlər cərimədən azaddırmı? - HÜQUQİ İZAH

Azərbaycanda inzibati xətalara görə cərimələrin tətbiqi qanunvericiliklə müəyyən edilmiş qaydada həyata keçirilir. Bununla belə, bəzi hallarda şəxsin yaşı, hüquqi statusu, təqsirinin olub-olmaması və digər hallar inzibati məsuliyyətə cəlb edilməsinə təsir göstərə bilər. Eyni zamanda, qanuni əsaslarl

3 noyabr
.

Küləkli hava şəraitində çalışanlara şad xəbər: Fasilələr veriləcək və iş dayandırılacaq

Milli Məclis küləkli hava şəraitində işçilərin yeni qaydalarla işlədilməsi haqda tənzimləməni üçüncü oxunuşda qəbul edib. xəbər verir ki, bununla bağlı Əmək Məcəlləsinə təklif edilən dəyişikliklər parlamentin bugünkü plenar iclasında müzakirəyə çıxarılıb. Layihəyə əsasən, işçilər küləkli havada açı

1 noyabr
.

Özəl məktəblərdə qiymətlər dəyişdi: Təhsil haqqı artdı (SİYAHI)

Azərbaycanda ümumi təhsil almaq üçün dövlət məktəbləri ödənişsiz fəaliyyət göstərsə də, bir sıra valideynlər övladlarının təhsili üçün özəl məktəblərə üstünlük verirlər. Bu zaman məktəb seçimi ilə yanaşı, illik təhsil haqqı da əsas məsələlərdən birinə çevrilir. Özəl təhsil müəssisələrində qiymətlər is

3 noyabr
.

"Biz istəyirik ki, sirk insanlarda sadəcə uşaqlıq xatirələri ilə bağlı bir anlayış kimi qalmasın" - Aygün Hacıyeva ilə MÜSAHİBƏ

"Ulduzlar meydanı" MMC-nin direktoru Aygün Hacıyeva -ın Circus Sea Breeze layihəsinin yaradılma məqsədi, müasir sirk sənətinin inkişaf perspektivləri, beynəlxalq təcrübənin Azərbaycana gətirilməsi, yerli kadrların yetişdirilməsi və layihənin ölkəmizin turizm potensialına verə biləcəyi töhfələ

2 noyabr
.

"Meduza"dan 3500 qutu markasız tütün çıxdı - Sahibkara cəza verildi

Bakıda fəaliyyət göstərən "Meduza" adlı tütün mağazasında 42 min 763 manat dəyərində aksiz markası olmayan qəlyan tütünləri aşkarlanan sahibkar Quliyev Hüseyn Sabir oğluna hökm oxunub. Qaynarinfo-nun əldə etdiyi məlumata görə, Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Əndəmic kəndind

2 noyabr
.

Göbələyi bişirmək zəhərini öldürür? - Ekspertdən AÇIQLAMA

Qaxda 7 nəfərin göbələkdən zəhərlənməsi təbiətdən toplanan və istehlak edilən göbələklərin təhlükəsizliyi məsələsini yenidən gündəmə gətirir. Zəhərli göbələkləri zahiri görünüşünə görə yeməli növlərdən ayırmaq hər zaman mümkün olmadığından, insanların həm göbələk alarkən, həm də təbiətdən toplayarkə

2 noyabr