"Səhərə qədər meşədə qaldım" - İtkin düşən şəhid atası
"Yolu azdım, səhərə qədər meşədə qaldım".
Sonxeber.az xəbər verir ki, bu sözləri "Unikal"a Daşkəsəndə meşədə itkin düşən şəhid atası, Kəlbəcər rayon sakini Kamil Abdullayev bildirib.
Vətən müharibəsi şəhidi Şəhriyar Abdullayevin atası necə itkin düşməsindən danışıb:
"Hava dumanlı idi, yolu azdım evə gedə bilmədim. Dünən səhər saat 8-də Bayan kəndinin yaxınlığında olan meşədən çaşır yığmağa getdim. Birdən duman gəldi. Saat 5-də qızımla danışdım, dedim, gəlirəm. Qarşıma 5-6 dənə çaşır çıxdı. Dedim, bunu da yığım, sora gedim evə. Anidən duman gəldi, güclü yağış yağdı. Mən də bilmədim hansı tərəfə gedim. Telefonumda da enerji az idi deyə söndürdüm. Həm də telefonda şəbəkə tutmurdu ki, kiməsə zəng edim. Səhərə qədər meşədə qaldım. O qədər aşağı-yuxarı yol getdim, yoruldum. Yol tapa bilmirdim ki, bir tərəfə çıxım. Bu gün tezdən 5-in yarısı idi. Duman çəkiləndən sonra yola davam elədim. Meşə ilə bir qədər gedəndən sonra Göygöl rayonunun Danayeri kəndinə gedib çıxdım. Burada da Daşkəsən və Göygöl Rayon Polis Şöbələrinin əməkdaşları məni tapdılar. Sağ-salamat ailəmə təhvil verdilər".
Şəhid atası Kamil Abdullayev qeyd edib ki, hazırda səhətində heç bir problem yoxdur.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1565 Tarix: 05 may 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Pensiyaçılara XƏBƏRDARLIQ: 100-200 manat təklif edirlər…
Son dövrlər yaşlı və pensiyaçı vətəndaşlara müəyyən məbləğdə pul təklif edilərək onların adına bank kartlarının açdırılması halları diqqət çəkir. Bu kartlardan qanunsuz pul dövriyyəsi, dələduzluq və digər maliyyə cinayətlərində istifadə olunması isə kart sahibinin hüquqi məsuliyyəti məsələsini gündəm
3 noyabrBakıda avtomobil gözəllik salonuna girdi
Bu gün səhər saatlarında paytaxtın Nəsimi rayonunda yol-nəqliyyat hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, Hüseynbala Əliyev küçəsində - metronun "Memar Əcəmi" stansiyasının yaxınlığında 2 avtomobil toqquşub. Nəticədə, idarəetmədən çıxan "Toyota Aqua" markalı avtomobi
2 noyabr"Kəmalə-Nərmin" restoranından şikayət (VİDEO)
Kimisi tüstüdən, kimisi qoxudan narahat olduğunu deyir. Görüntülər paytaxtın Binəqədi rayonu 7-ci mikrorayon ərazisindəndir…. Xəzər TV-yə göndərilən videogörüntülərdə vətəndaş iddia edir ki, "Kəmalə-Nərmin" restoranından (Narmin Palace) ətrafa yayılan tüstü nəinki mənzillərdə hiss olunur, hətt
2 noyabrAzərbaycanda korrupsiyaya qarşı əməliyyat: Saxlanılan var
Gəncədə Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsində korrupsiya əməliyyatı keçirildiyi bildirilir. "Bakupost"a istinadən xəbər verir ki, əməliyyat Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həyata keçirilib. Əməliyyat zamanı idarənin Rüfət adl
2 noyabrBakının bu ərazilərində işıqlar sönəcək - ÜNVANLAR
Bakının bir sıra ərazilərində elektrik enerjisinin verilişində müvəqqəti fasilə yaranacaq. xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb. Bildirilib ki, abonentlərin daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunması məqsədilə noyabrın 2-də Yasamal Rayon Enerji Təchizat
2 noyabrHamamda işləyən şəxs özünü başçının adamı kimi təqdim etdi - Həbs olundu
Bakıda tikintiyə icazə alacağına söz verərək vətəndaşdan 50 min manat alan şəxsə hökm oxunub. Qaynarinfo-nun məlumatına görə, 1993-cü il təvəllüdlü Bakı sakini R.Y. Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinib. O, paytaxtda fəaliyyət göstərən "Padişah" hamamında ofisiant işləyib
2 noyabrNoyabrda ardıcıl 4 gün iş olmayacaq
Azərbaycanda bu ay ardıcıl 4 gün iş olmayacaq. "Qafqazinfo" xəbər verir ki, ölkəmizdə noyabrın 8-i Zəfər Günü, noyabrın 9-u isə Dövlət Bayrağı Günü qeyd olunur. Bu il Zəfər Günü bazar gününə təsadüf etdiyindən istirahət günü noyabrın 10-na keçirilib. Beləliklə, noyabrın 7-dən 10-dək ardıcı
2 noyabr"Şəki Yaylası"ndakı faciənin səbəbləri açıqlandı - Həbs olunanlar var
Sentyabrın 8-də Şəki rayonu, Baş Kəldək kəndi ərazisində yerləşən "Şəki Yaylası" Ailəvi İstirahət Mərkəzində iki şəxsin hündürlükdən yıxılaraq ölməsi faktı ilə bağlı Şəki rayon prokurorluğunda cinayət işi başlanaraq ibtidai istintaq aparılır. "Qafqazinfo" xəbər verir ki, bu barəd
2 noyabr