"Ermənistan transsərhəd çaylarını çirkləndirməklə bütövlükdə Cənubi Qafqazın ekosisteminə zərbə vurur" - DEPUTAT

"Ermənistan transsərhəd çaylarını çirkləndirməklə bütövlükdə Cənubi Qafqazın ekosisteminə zərbə vurur" - DEPUTATEnvironmental Protection First (EPF) Koalisiyası Pəmbək (Debed) çayı ətrafında yaranmış ekoloji fəlakətlə əlaqədar bəyanat yayıb. Bəyanatda qeyd edilir ki, bu günlərdə "epress.am" informasiya saytının Ermənistanın Axtala və Alaverdi mədənlərinin sənaye fəaliyyəti nəticəsində Pəmbək (Debed) çayı ətrafında zəhərli tullantı sularının toplandığı hövzələrin meydana gəlməsi barədə yaydığı foto və video materiallar növbəti həyəcan siqnalıdır. Təsvirlər ərazidə ekoloji normaların gözlənilməməsi, rekultivasiya tədbirlərinin görülməməsi barədə aydın təsəvvür yaradır. İctimailəşmiş faktlar bir daha göstərir ki, Ermənistanın dağ-mədən sənayesi fəaliyyəti bütün bölgəni təhlükəyə atır.

Bununla bağlı Sonxeber.az-a danışan deputat Cavanşir Paşazadə bildirib ki, bəyanatda qeyd edilən faktlar Ermənistanın dağ-mədən sənayesi fəaliyyəti bütün bölgəni təhlükəyə atır:

" Ermənistanın "İcma Müqaviməti və Töhfə Mərkəzi" QHT-sinin Axtala və Alaverdi mədənləri ilə əlaqədar qaldırdığı məsələni, ətraf mühitin və ərazidə yerləşən yaşayış məntəqələrində insanların sağlamlığının qorunması üçün təşəbbüsləri təqdirə layiqdir. Alaverdi mədəni ətrafındakı tərkibində arsen olan böyük ərazini əhatə edən tullantı poliqonu Ermənistanda dövlətə məxsus olsa da, bu ərazidə bu günə qədər heç bir tədbir görülməyib. Bu da öz növbəsində digər məsələlərdə olduğu kimi buna laqeyd yanaşmasının sübutudur. Mövcud problemlərlə bağlı yayılan video və şəkillərə baxanda aydın olur ki, Ermənistan hakimiyyəti kobud ekoloji pozuntularla müşayiət olunan dağ-mədən sənayesi fəaliyyətini dayandırmaq niyyətində deyil. Bu da bir daha Ermənistan rəhbərliyi üçün daha çox maddiyyatın önəmli olduğunun göstəricisidir. Ətraf mühitin qorunması ilə məşğul olan beynəlxalq təşkilatları, qeyri hökumət təşkilatlarını "İcma Müqaviməti və Töhfə Mərkəzi" QHT-sinə dəstək verməyə səsləyirik".

Deputat vurğulayıb ki, Ermənistan ekologiya və ətraf mühitə olan vandal münasibəti işğaldan azad olunmuş ərazilərə nəzər salanda məlum olur:

"Ermənistan işğal edilmiş ərazilərimizdə təbii resurslarımız kortəbii şəkildə istismar etməsi nəticəsində ekoloji tarazlıq pozulub, 30 ildə Zəngilanda, Cəbrayılda, Ağdamda qiymətli ağaclarla zəngin meşələr qırılıb. Ermənistanın transsərhəd çaylarına qarşı ekoloji terroru son illər daha da intensivləşib. Öz iqtisadi maraqlarını öndə tutaraq regionun ekosistemini təhlükə altına atan Ermənistan dağ-mədən sənayesinin inkişafına sərmayə qoyuluşunu artırıb. Ermənistan transsərhəd çaylarını çirkləndirməklə bütövlükdə Cənubi Qafqazın ekosisteminə zərbə vurur. Bununla da Ermənistan beynəlxalq konvensiyaları kobud şəkildə pozur. Ən önəmlisi isə Ermənistan bu ekoloji cinayətləri törətməklə, təmiz, sağlam və davamlı ətraf mühiti əsas insan hüququ kimi tanıyan BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin tamamilə əleyhinə çıxış edir".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 608   Tarix: 05 may 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Pensiyaçılara XƏBƏRDARLIQ: 100-200 manat təklif edirlər…

Son dövrlər yaşlı və pensiyaçı vətəndaşlara müəyyən məbləğdə pul təklif edilərək onların adına bank kartlarının açdırılması halları diqqət çəkir. Bu kartlardan qanunsuz pul dövriyyəsi, dələduzluq və digər maliyyə cinayətlərində istifadə olunması isə kart sahibinin hüquqi məsuliyyəti məsələsini gündəm

3 noyabr
.

Bakıda avtomobil gözəllik salonuna girdi

Bu gün səhər saatlarında paytaxtın Nəsimi rayonunda yol-nəqliyyat hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, Hüseynbala Əliyev küçəsində - metronun "Memar Əcəmi" stansiyasının yaxınlığında 2 avtomobil toqquşub. Nəticədə, idarəetmədən çıxan "Toyota Aqua" markalı avtomobi

2 noyabr
.

"Kəmalə-Nərmin" restoranından şikayət (VİDEO)

Kimisi tüstüdən, kimisi qoxudan narahat olduğunu deyir. Görüntülər paytaxtın Binəqədi rayonu 7-ci mikrorayon ərazisindəndir…. Xəzər TV-yə göndərilən videogörüntülərdə vətəndaş iddia edir ki, "Kəmalə-Nərmin" restoranından (Narmin Palace) ətrafa yayılan tüstü nəinki mənzillərdə hiss olunur, hətt

2 noyabr
.

Azərbaycanda korrupsiyaya qarşı əməliyyat: Saxlanılan var

Gəncədə Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsində korrupsiya əməliyyatı keçirildiyi bildirilir. "Bakupost"a istinadən xəbər verir ki, əməliyyat Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həyata keçirilib. Əməliyyat zamanı idarənin Rüfət adl

2 noyabr
.

Azərbaycançılıq ideyası - milli birlik, dövlətçilik və vətənə sədaqətin ideoloji təməli

"Azərbaycançılıq ideyası xalqımızın milli kimliyini, tarixi yaddaşını, dövlətçilik ənənələrini və mənəvi dəyərlərini özündə birləşdirən fundamental ideoloji konsepsiyadır. Bu ideya yalnız milli mənsubiyyətin ifadəsi deyil, həm də Azərbaycan cəmiyyətinin vahid məqsədlər ətrafında birləşməsinin, dövlə

2 noyabr
.

Bakının bu ərazilərində işıqlar sönəcək - ÜNVANLAR

Bakının bir sıra ərazilərində elektrik enerjisinin verilişində müvəqqəti fasilə yaranacaq. xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb. Bildirilib ki, abonentlərin daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunması məqsədilə noyabrın 2-də Yasamal Rayon Enerji Təchizat

2 noyabr
.

Hamamda işləyən şəxs özünü başçının adamı kimi təqdim etdi - Həbs olundu

Bakıda tikintiyə icazə alacağına söz verərək vətəndaşdan 50 min manat alan şəxsə hökm oxunub. Qaynarinfo-nun məlumatına görə, 1993-cü il təvəllüdlü Bakı sakini R.Y. Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinib. O, paytaxtda fəaliyyət göstərən "Padişah" hamamında ofisiant işləyib

2 noyabr
.

Noyabrda ardıcıl 4 gün iş olmayacaq

Azərbaycanda bu ay ardıcıl 4 gün iş olmayacaq. "Qafqazinfo" xəbər verir ki, ölkəmizdə noyabrın 8-i Zəfər Günü, noyabrın 9-u isə Dövlət Bayrağı Günü qeyd olunur. Bu il Zəfər Günü bazar gününə təsadüf etdiyindən istirahət günü noyabrın 10-na keçirilib. Beləliklə, noyabrın 7-dən 10-dək ardıcı

2 noyabr
.

"Şəki Yaylası"ndakı faciənin səbəbləri açıqlandı - Həbs olunanlar var

Sentyabrın 8-də Şəki rayonu, Baş Kəldək kəndi ərazisində yerləşən "Şəki Yaylası" Ailəvi İstirahət Mərkəzində iki şəxsin hündürlükdən yıxılaraq ölməsi faktı ilə bağlı Şəki rayon prokurorluğunda cinayət işi başlanaraq ibtidai istintaq aparılır. "Qafqazinfo" xəbər verir ki, bu barəd

2 noyabr