Rusiya AZAL-ın təyyarəsinin qəzaya uğraması ilə bağlı Azərbaycanın müraciətlərinə cavab vermir

Rusiya AZAL-ın təyyarəsinin qəzaya uğraması ilə bağlı Azərbaycanın müraciətlərinə cavab vermirBakı-Qroznı reysini həyata keçirməli olan AZAL təyyarəsinin Aktau hava limanı yaxınlığında qəzaya uğramasından beş ay keçsə də, Rusiya hadisə bağlı aparılan istintaq haqqında konkret heç bir məlumat açıqlamır.

Sonxeber.az-ın xəbərinə görə, APA-nın araşdırması nəticəsində məlum olub ki, Azərbaycan tərəfi hər ay bu məsələ ilə bağlı Rusiya tərəfinə müraciət edir. Lakin qarşı tərəf müxtəlif bəhanələrlə istintaqı uzadır, müraciətlərə cavab vermir.

"Bu beş ay ərzində Rusiya tərəfindən heç bir istintaq hərəkətləri aparılmır. Qəzanın baş verməsində günahı və məsuliyyəti olan şəxslərdən heç kim barəsində həbs qətimkan tədbiri seçilməyib", - deyə mənbə qeyd edib.

Mənbə onu da deyib ki, bu yaxınlarda Azərbaycan və Rusiya hüquq-mühafizə orqanları arasında məsələ ilə bağlı növbəti yazışma olub, amma yenə nəticə yoxdur:

"Azərbaycan tərəfi Rusiyadan məsələ ilə bağlı konkret addımlar gözləyir".

Qeyd edək ki, 25 dekabr 2024-cü ildə Bakıdan Qroznıya uçan təyyarə Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Qazaxıstan tərəfinin qəza ilə bağlı açıqladığı ilkin hesabatda qeyd olunur ki, təyyarə Qroznı şəhəri yaxınlığında yerdən açılmış atəş nəticəsində zədələndiyinə görə idarəetmədən çıxıb və qəzaya düşüb. Rusiya tərəfi də hadisə ilə bağlı istintaq qrupu yaratdığını bildirib. Lakin istintaqın nəticəsi barədə heç bir məlumat yoxdur.

Qəzaya uğramış təyyarədə 62 sərnişin və beş ekipaj üzvü olub, 29 nəfər sağ qalıb. Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə qəza zamanı fədakarlıq göstərmiş ekipaj üzvlərindən iki pilot və bir təyyarə bələdçisi "Azərbaycanın Milli Qəhrəmanı" (ölümündən sonra) adı, iki təyyarə bələdçisi isə "Rəşadət" ordeni ilə təltif olunublar.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1315   Tarix: 06 may 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Pensiyaçılara XƏBƏRDARLIQ: 100-200 manat təklif edirlər…

Son dövrlər yaşlı və pensiyaçı vətəndaşlara müəyyən məbləğdə pul təklif edilərək onların adına bank kartlarının açdırılması halları diqqət çəkir. Bu kartlardan qanunsuz pul dövriyyəsi, dələduzluq və digər maliyyə cinayətlərində istifadə olunması isə kart sahibinin hüquqi məsuliyyəti məsələsini gündəm

3 noyabr
.

Bakıda avtomobil gözəllik salonuna girdi

Bu gün səhər saatlarında paytaxtın Nəsimi rayonunda yol-nəqliyyat hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, Hüseynbala Əliyev küçəsində - metronun "Memar Əcəmi" stansiyasının yaxınlığında 2 avtomobil toqquşub. Nəticədə, idarəetmədən çıxan "Toyota Aqua" markalı avtomobi

2 noyabr
.

"Kəmalə-Nərmin" restoranından şikayət (VİDEO)

Kimisi tüstüdən, kimisi qoxudan narahat olduğunu deyir. Görüntülər paytaxtın Binəqədi rayonu 7-ci mikrorayon ərazisindəndir…. Xəzər TV-yə göndərilən videogörüntülərdə vətəndaş iddia edir ki, "Kəmalə-Nərmin" restoranından (Narmin Palace) ətrafa yayılan tüstü nəinki mənzillərdə hiss olunur, hətt

2 noyabr
.

Azərbaycanda korrupsiyaya qarşı əməliyyat: Saxlanılan var

Gəncədə Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsində korrupsiya əməliyyatı keçirildiyi bildirilir. "Bakupost"a istinadən xəbər verir ki, əməliyyat Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həyata keçirilib. Əməliyyat zamanı idarənin Rüfət adl

2 noyabr
.

Azərbaycançılıq ideyası - milli birlik, dövlətçilik və vətənə sədaqətin ideoloji təməli

"Azərbaycançılıq ideyası xalqımızın milli kimliyini, tarixi yaddaşını, dövlətçilik ənənələrini və mənəvi dəyərlərini özündə birləşdirən fundamental ideoloji konsepsiyadır. Bu ideya yalnız milli mənsubiyyətin ifadəsi deyil, həm də Azərbaycan cəmiyyətinin vahid məqsədlər ətrafında birləşməsinin, dövlə

2 noyabr
.

Bakının bu ərazilərində işıqlar sönəcək - ÜNVANLAR

Bakının bir sıra ərazilərində elektrik enerjisinin verilişində müvəqqəti fasilə yaranacaq. xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb. Bildirilib ki, abonentlərin daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunması məqsədilə noyabrın 2-də Yasamal Rayon Enerji Təchizat

2 noyabr
.

Hamamda işləyən şəxs özünü başçının adamı kimi təqdim etdi - Həbs olundu

Bakıda tikintiyə icazə alacağına söz verərək vətəndaşdan 50 min manat alan şəxsə hökm oxunub. Qaynarinfo-nun məlumatına görə, 1993-cü il təvəllüdlü Bakı sakini R.Y. Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinib. O, paytaxtda fəaliyyət göstərən "Padişah" hamamında ofisiant işləyib

2 noyabr
.

Noyabrda ardıcıl 4 gün iş olmayacaq

Azərbaycanda bu ay ardıcıl 4 gün iş olmayacaq. "Qafqazinfo" xəbər verir ki, ölkəmizdə noyabrın 8-i Zəfər Günü, noyabrın 9-u isə Dövlət Bayrağı Günü qeyd olunur. Bu il Zəfər Günü bazar gününə təsadüf etdiyindən istirahət günü noyabrın 10-na keçirilib. Beləliklə, noyabrın 7-dən 10-dək ardıcı

2 noyabr
.

"Şəki Yaylası"ndakı faciənin səbəbləri açıqlandı - Həbs olunanlar var

Sentyabrın 8-də Şəki rayonu, Baş Kəldək kəndi ərazisində yerləşən "Şəki Yaylası" Ailəvi İstirahət Mərkəzində iki şəxsin hündürlükdən yıxılaraq ölməsi faktı ilə bağlı Şəki rayon prokurorluğunda cinayət işi başlanaraq ibtidai istintaq aparılır. "Qafqazinfo" xəbər verir ki, bu barəd

2 noyabr