Verdiyi taksi sifarişi ona 4500 manata başa gəldi
Bakıda maraqlı dələduzluq hadisəsi baş verib.
"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, bir müddət əvvəl N.Məmmədova polisə müraciət edərək təsadüfən tanış olduğu taksi sürücüsünün onu aldadaraq 4500 manat pul aldığını və geri qaytarmadığını deyib.
Şikayətçi bildirib ki, ötən ilin avqustunda "Bolt" tətbiqi vasitəsilə taksi sifariş edib və sifarişi adının sonradan Şəhriyar olduğunu bildiyi şəxs yerinə yetirib. Yolda olarkən onların arasında işlə bağlı söhbət olub və N.Məmmədova işdən çıxmaq istədiyini bildirib.
Şəhriyar özünü "Qızıl Buta" jurnalının əməkdaşı kimi təqdim edərək sərnişinə "iş vəsiqəsi"ni göstərib. O, guya jurnalın rəhbəri olan Cəmilə adlı qadının yüksək vəzifədə təmsil olunan şəxslərdən birinin qohumu olduğunu deyib və N.Məmmədovanı aylıq 2 min manat maaşla həmin jurnala işə götürəcəyinə dair vəd verib. Bu məqsədlə Şəhriyar sükan arxasında Cəmilə kimi təqdim etdiyi şəxsə də "zəng edərək" yeni işə götürüləcək qadınla bağlı məlumat verib.
Bundan sonra sərnişinlə sürücü arasında qarşılıqlı ünsiyyət yaranıb. Şəhriyar 60 min manatının olduğunu və bu pula "Range Rover" markalı avtomobil alacağını bildirib. O, N.Məmmədovaya maşın almaq üçün 4500 manatının çatmadığını deyib və həmin pulu işə düzəltməyə görə verməsini xahiş edib. Taksi sürücüsünün vədlərinə inanan sərnişin də 3500 manat nağd pulu və mağazadan "Iphone" markalı telefonu kreditə götürərək ona verib. Şəhriyar yeni telefonu dərhal başqa mağazada 1850 manata satıb və N.Məmmədovaya onu 1000 manata satdığını deyib.
Lakin bir neçə həftə keçdikdən sonra taksi sürücüsünün yalan danışdığı, vədlərinin həqiqətə uyğun olmadığı üzə çıxıb.
N.Məmmədovanın şikayəti əsasında Şəhriyar Xəlilova Cinayət Məcəlləsinin 178.2.4-cü (Xeyli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə cinayət işi açılıb.
İstintaq dövründə Şəhriyar vurduğu zərərin 3150 manatını geri qaytarıb.
Cinayət işi üzrə Xəzər Rayon Məhkəməsində keçirilən prosesdə N.Məmmədova Şəhriyarın həbs edilməsini istəmədiyini, həbs olunarsa, qalan pulu verməyəcəyini deyib. Şəhriyar da yerdə qalan pulu hissə-hissə ödəməyi boynuna götürüb.
Məhkəmənin hökmü ilə Ş.Xəlilova 3 il azadlığın məhdudlaşdırılması cəzası verilib və ona elektron qolbaq taxılıb.
Onun üzərinə yaşadığı ünvanı saat 23:00-dan 07:00-dək tərk etməməsi, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməməsi, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməməsi, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulub.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1537 Tarix: 06 may 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Pensiyaçılara XƏBƏRDARLIQ: 100-200 manat təklif edirlər…
Son dövrlər yaşlı və pensiyaçı vətəndaşlara müəyyən məbləğdə pul təklif edilərək onların adına bank kartlarının açdırılması halları diqqət çəkir. Bu kartlardan qanunsuz pul dövriyyəsi, dələduzluq və digər maliyyə cinayətlərində istifadə olunması isə kart sahibinin hüquqi məsuliyyəti məsələsini gündəm
3 noyabrBakıda avtomobil gözəllik salonuna girdi
Bu gün səhər saatlarında paytaxtın Nəsimi rayonunda yol-nəqliyyat hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, Hüseynbala Əliyev küçəsində - metronun "Memar Əcəmi" stansiyasının yaxınlığında 2 avtomobil toqquşub. Nəticədə, idarəetmədən çıxan "Toyota Aqua" markalı avtomobi
2 noyabr"Kəmalə-Nərmin" restoranından şikayət (VİDEO)
Kimisi tüstüdən, kimisi qoxudan narahat olduğunu deyir. Görüntülər paytaxtın Binəqədi rayonu 7-ci mikrorayon ərazisindəndir…. Xəzər TV-yə göndərilən videogörüntülərdə vətəndaş iddia edir ki, "Kəmalə-Nərmin" restoranından (Narmin Palace) ətrafa yayılan tüstü nəinki mənzillərdə hiss olunur, hətt
2 noyabrAzərbaycanda korrupsiyaya qarşı əməliyyat: Saxlanılan var
Gəncədə Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsində korrupsiya əməliyyatı keçirildiyi bildirilir. "Bakupost"a istinadən xəbər verir ki, əməliyyat Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həyata keçirilib. Əməliyyat zamanı idarənin Rüfət adl
2 noyabrBakının bu ərazilərində işıqlar sönəcək - ÜNVANLAR
Bakının bir sıra ərazilərində elektrik enerjisinin verilişində müvəqqəti fasilə yaranacaq. xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb. Bildirilib ki, abonentlərin daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunması məqsədilə noyabrın 2-də Yasamal Rayon Enerji Təchizat
2 noyabrHamamda işləyən şəxs özünü başçının adamı kimi təqdim etdi - Həbs olundu
Bakıda tikintiyə icazə alacağına söz verərək vətəndaşdan 50 min manat alan şəxsə hökm oxunub. Qaynarinfo-nun məlumatına görə, 1993-cü il təvəllüdlü Bakı sakini R.Y. Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinib. O, paytaxtda fəaliyyət göstərən "Padişah" hamamında ofisiant işləyib
2 noyabrNoyabrda ardıcıl 4 gün iş olmayacaq
Azərbaycanda bu ay ardıcıl 4 gün iş olmayacaq. "Qafqazinfo" xəbər verir ki, ölkəmizdə noyabrın 8-i Zəfər Günü, noyabrın 9-u isə Dövlət Bayrağı Günü qeyd olunur. Bu il Zəfər Günü bazar gününə təsadüf etdiyindən istirahət günü noyabrın 10-na keçirilib. Beləliklə, noyabrın 7-dən 10-dək ardıcı
2 noyabr"Şəki Yaylası"ndakı faciənin səbəbləri açıqlandı - Həbs olunanlar var
Sentyabrın 8-də Şəki rayonu, Baş Kəldək kəndi ərazisində yerləşən "Şəki Yaylası" Ailəvi İstirahət Mərkəzində iki şəxsin hündürlükdən yıxılaraq ölməsi faktı ilə bağlı Şəki rayon prokurorluğunda cinayət işi başlanaraq ibtidai istintaq aparılır. "Qafqazinfo" xəbər verir ki, bu barəd
2 noyabr