Öz ayağı ilə getdiyi xəstəxanadan niyə meyiti çıxdı? - Video

Öz ayağı ilə getdiyi xəstəxanadan niyə meyiti çıxdı? - VideoXəbər verdiyimiz kimi, 51 yaşlı Ucar rayon Alpout kənd sakini Vidadi İsgəndərov mayın 5-də Göyçay Rayon Mərkəzi Xəstəxanasında əməliyyatdan sonra vəfat edib.

"Qafqazinfo" xəbər verir ki, "ATV"yə danışan mərhumun ailə üzvlərinin sözlərinə görə, o, lazimi müayinələrdən keçib, ölümünə səbəb isə həkim səhlənkarlığı olub.

Mərhumun qonşusu Qılman Tağıyev deyir ki, səhər onu özləri Göyçaya yola salıblar: "Varikozdan əməliyyata gedirdi. Günorta saat 12-də də xəbər gəldi ki, vəfat edib".

Qardaşı Ağayar İsgəndərov isə bildirir ki, mərhuma narkoz verilib, narkozdan da ayılmayıb: "Bizə dedilər ki, müayinələrdən keçirmişik, ürəyi də, ciyəri də salamatdır. Çıxandan sonra isə soruşdum ki, niyə ona narkoz verdiniz? Dedilər ki, "narkozsuz əməliyyat olmaz".

V. İsgəndərovun həyat yoldaşı Nuranə Hacıyevanın sözlərinə əsasən, evdən sənədi götürüb xəstəxanaya gedənə qədər əri artıq əməliyyata salınıb: "Əməliyyatdan əvvəl sənədləri həkimə verdim. Həkim məndən UZİ kağızını istədi. Qayıdıb evdən götürüb getdim. Gördüm artıq əməliyyata salıblar. 10-15 dəqiqədən sonra həkim çıxıb soruşdu ki, "bunda ürək xəstəliyi var idi?" Mən də bildirdim ki, dəfələrlə müayinələrdən keçib, heç bir problemi olmayıb. Həkim də dedi ki, əməliyyat etmişik. Əməliyyatdan sonra ürəyi dayandı".

Məsələ ilə bağlı Göyçay Rayon Mərkəzi Xəstəxanasından müayinələr zamanı mərhumun ürəyində hər hansı problemin olmadığını təsdiq ediblər. Reanimatoloq-anestezioloq Solmaz Hüseynova onun ölüm səbəbini belə izah edib: "1974-cü il təvəllüdlü kişi "iki tərəfli varikosel" diaqnozu ilə əməliyyata qəbul edilib. Əməliyyat öncəsi xəstə bütün laborator və instrumental müayinələrdən keçirilib və əməliyyat üçün hər hansı əks göstəriş aşkar edilməyib. Həmçinin əməliyyat zamanı həmin şəxsdə heç bir patoloji hal müşahidə olunmayıb. Lakin dəri tikişlərinə başlanılarkən ani ürək dayanması müşahidə edilib. Zəruri tibbi yardımlar və reanimasiya tədbirlərinə baxmayaraq, xəstədə bioloji ölüm baş verib. Ölüm səbəbi kimi "ağciyər arteriyasının trombemboliyası" diaqnozu ehtimal olunur".

Hadisə ilə bağlı araşdırmalara başlanılıb.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1305   Tarix: 07 may 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Pensiyaçılara XƏBƏRDARLIQ: 100-200 manat təklif edirlər…

Son dövrlər yaşlı və pensiyaçı vətəndaşlara müəyyən məbləğdə pul təklif edilərək onların adına bank kartlarının açdırılması halları diqqət çəkir. Bu kartlardan qanunsuz pul dövriyyəsi, dələduzluq və digər maliyyə cinayətlərində istifadə olunması isə kart sahibinin hüquqi məsuliyyəti məsələsini gündəm

3 noyabr
.

Bakıda avtomobil gözəllik salonuna girdi

Bu gün səhər saatlarında paytaxtın Nəsimi rayonunda yol-nəqliyyat hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, Hüseynbala Əliyev küçəsində - metronun "Memar Əcəmi" stansiyasının yaxınlığında 2 avtomobil toqquşub. Nəticədə, idarəetmədən çıxan "Toyota Aqua" markalı avtomobi

2 noyabr
.

"Kəmalə-Nərmin" restoranından şikayət (VİDEO)

Kimisi tüstüdən, kimisi qoxudan narahat olduğunu deyir. Görüntülər paytaxtın Binəqədi rayonu 7-ci mikrorayon ərazisindəndir…. Xəzər TV-yə göndərilən videogörüntülərdə vətəndaş iddia edir ki, "Kəmalə-Nərmin" restoranından (Narmin Palace) ətrafa yayılan tüstü nəinki mənzillərdə hiss olunur, hətt

2 noyabr
.

Azərbaycanda korrupsiyaya qarşı əməliyyat: Saxlanılan var

Gəncədə Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsində korrupsiya əməliyyatı keçirildiyi bildirilir. "Bakupost"a istinadən xəbər verir ki, əməliyyat Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həyata keçirilib. Əməliyyat zamanı idarənin Rüfət adl

2 noyabr
.

Azərbaycançılıq ideyası - milli birlik, dövlətçilik və vətənə sədaqətin ideoloji təməli

"Azərbaycançılıq ideyası xalqımızın milli kimliyini, tarixi yaddaşını, dövlətçilik ənənələrini və mənəvi dəyərlərini özündə birləşdirən fundamental ideoloji konsepsiyadır. Bu ideya yalnız milli mənsubiyyətin ifadəsi deyil, həm də Azərbaycan cəmiyyətinin vahid məqsədlər ətrafında birləşməsinin, dövlə

2 noyabr
.

Bakının bu ərazilərində işıqlar sönəcək - ÜNVANLAR

Bakının bir sıra ərazilərində elektrik enerjisinin verilişində müvəqqəti fasilə yaranacaq. xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb. Bildirilib ki, abonentlərin daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunması məqsədilə noyabrın 2-də Yasamal Rayon Enerji Təchizat

2 noyabr
.

Hamamda işləyən şəxs özünü başçının adamı kimi təqdim etdi - Həbs olundu

Bakıda tikintiyə icazə alacağına söz verərək vətəndaşdan 50 min manat alan şəxsə hökm oxunub. Qaynarinfo-nun məlumatına görə, 1993-cü il təvəllüdlü Bakı sakini R.Y. Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinib. O, paytaxtda fəaliyyət göstərən "Padişah" hamamında ofisiant işləyib

2 noyabr
.

Noyabrda ardıcıl 4 gün iş olmayacaq

Azərbaycanda bu ay ardıcıl 4 gün iş olmayacaq. "Qafqazinfo" xəbər verir ki, ölkəmizdə noyabrın 8-i Zəfər Günü, noyabrın 9-u isə Dövlət Bayrağı Günü qeyd olunur. Bu il Zəfər Günü bazar gününə təsadüf etdiyindən istirahət günü noyabrın 10-na keçirilib. Beləliklə, noyabrın 7-dən 10-dək ardıcı

2 noyabr
.

"Şəki Yaylası"ndakı faciənin səbəbləri açıqlandı - Həbs olunanlar var

Sentyabrın 8-də Şəki rayonu, Baş Kəldək kəndi ərazisində yerləşən "Şəki Yaylası" Ailəvi İstirahət Mərkəzində iki şəxsin hündürlükdən yıxılaraq ölməsi faktı ilə bağlı Şəki rayon prokurorluğunda cinayət işi başlanaraq ibtidai istintaq aparılır. "Qafqazinfo" xəbər verir ki, bu barəd

2 noyabr