"Daşlar yerə yox, başımıza düşür..." - "Kubinka"da təhlükəli vəziyyət - Video
"Kubinka"da "Vialon" MMC sakinlərlə razılaşmadan söküntü işləri aparır.
"Qafqazinfo" xəbər verir ki, Real TV sözügedən ərazidən süjet hazırlayıb.
Əlibəy Hüseynzadə və Ağadadaş Qurbanov küçələrinin kəsişməsində yerləşən binanın sakinləri bildirib ki, şirkətin işçiləri söküntü zamanı təhlükəli vəziyyət yaradır: "Bu şirkətə görə uşaqlarımı həyətə çıxara bilmirəm. Çünki uşaqlar olduğu halda belə daşları 4-cü mərtəbədən aşağı atırlar. Hər yer təhlükəlidir, qəzalı vəziyyətdədir".
Vətəndaşların sözlərinə görə, şirkətin söküntü üçün icazəsi yoxdur: "Onların sənədi, rəsmi icazəsi belə yoxdur. İki ildir buradayam, evimi satmaq fikrim yoxdur. Şirkət bizimlə heç bir razılaşma əldə etməyib".
Məsələ ilə bağlı Nəsimi Rayon İcra Hakimiyyətindən isə bildirilib ki, "Vialon" şirkəti tərəfindən həmin ərazidə məktəb tikintisi nəzərdə tutulub: "Bu işlər vətəndaşlarla qarşılıqlı razılaşma əsasında aparılmalıdır. Tərəfimizdən dəfələrlə sərəncamda göstərilmiş razılaşma şərtlərinə əməl olunması ilə bağlı "Vialon" şirkətinə rəsmi xəbərdarlıqlar edilib. Şirkətə vətəndaşlarla tam razılaşma aparıldıqdan sonra söküntü işlərininin başlanması tövsiyə olunub".
Daha ətraflı videomaterialda:
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 904 Tarix: 07 may 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bakı yenidən qlobal iqlim gündəminin mərkəzində
İqlim diplomatiyasından real fəaliyyətə, yaşıl enerjidən yeni iqtisadi modelə doğru. Dünyanın qarşısında dayanan ən böyük çağırışlardan biri artıq gələcəyin problemi deyil. İqlim dəyişmələri bu gün iqtisadiyyatlara, enerji sistemlərinə, kənd təsərrüfatına, su ehtiyatlarına, şəhər həyatına və insanları
10 sentyabrCekpotdan sonra nə etdilər? - Milyon qazananların ən maraqlı qərarları
Bir gecədə milyonçu olmaq çoxlarının xəyalıdır. Amma böyük cekpotu qazandıqdan sonra daha maraqlı sual ortaya çıxır: bu qədər pulla nə etmək olar?. Dünyanın müxtəlif ölkələrində lotereyada böyük uduş qazanan insanların seçimləri göstərir ki, milyonlarla ölçülən sərvətin taleyi də onun sahibi qədər fərql
10 sentyabr"Bantik"lə bağlı qalmaqal: "Pul vermədi, pəncərələri də sildirirdi"
2024-cü ildə "Bantik" mağazalar şəbəkəsində satıcı kimi çalışdığını deyən gənc qadın 10 günlük əməyinin qarşılığında əməkhaqqı almadığını iddia edib. Axşam.az APA-ya istinadən xəbər verir ki, şikayətçi 18 yaşı tamam olduqdan sonra satıcı vakansiyasına müraciət etdiyini və 7 günlük sınaq müddətind
10 sentyabrŞəfiqə Məmmədova Kinematoqrafçılar İttifaqının sədri seçildi
Xalq artisti Şəfiqə Məmmədova Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri seçilib. Qaynarinfo-nun məlumatına görə, bu, barədə qərar ittifaqın bugünkü konfransında səsvermə nəticəsində qəbul edilib. Xatırladaq ki, Azərbaycan Kinematoqrafçılar İttifaqının keçmiş sədri Xalq artisti Rasim Balayev olub
11 sentyabrYeni təhsil qanununun qəbulu təklif edilir
Azərbaycanda ali təhsil sahəsində indiyədək qaldırılan və əsaslı hesab olunan məsələlərin nəzərə alınması üçün yeni təhsil qanununun hazırlanmasına ehtiyac var. xəbər verir ki, bunu Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Vasif Qafarov komitənin bugünkü iclasında çıxışı zamanı deyib. O bildiri
11 sentyabr