Hər ay 100 manat pul alırlar…

Hər ay 100 manat pul alırlar…Dəmiryol xəttinin Binə qəsəbəsi ərazisindən keçən hissəsi bərbad vəziyyətdədir. Ərazidə fəaliyyət göstərən obyektlərin tullantıları dəmiryolunun yaxınlığına atılır. Üst-üstə qalaqlanmış daş, taxta, məişət tullantıları xoşagəlməz mənzərə yaradır. Ötən il Binə qəsəbəsinin sakinlərini sevindirəcək bir xəbər yayıldı. 2027-cı ilədək dəmiryol sərnişin stansiyasının inşasına başlanacağı bildirdi. Ötən ildən bəri ərazidə hər hansı abadlıq işləri aparılmayıb. Ətrafı kol-kos basıb, hazırda yük qatarlarının keçdiyi dəmiryolunun ətrafı iaşə obyektlərinin tullantı məskəninə çevrilib.

Hər ay 100 manat pul alırlar…Digər bir problem isə dəmiryol xəttinin ətrafında fəaliyyət göstərən obyektlərdən qeyri-qanuni "haqq" alınması ilə bağlıdır.

XALQ.AZ xəbər verir ki,sitat.info-nun əldə etdiyi məlumata görə, dəmiryolunun bir addımlığında fəaliyyət göstərən daş bazarı, kafe və sairə iaşə obyektlərinin əksəriyyəti ADY əməkdaşlarına "hesab" verirlər. Bildirilir ki, bu ətrafda fəaliyyət göstərən obyektlər dəmiryolunun ərazisinə düşür. Yəni dəmiryol xəttinin 50 metr radiusunda olan ərazi idarənin tabeliyindədir.

Hər ay 100 manat pul alırlar…Adının çəkilməsini istəməyən şəxs daş bazarında ondan aylıq 100 manat tələb edildiyini bildirdi: "2020-ci ildən Binə qəsəbəsində, (Əli İsazadə küçəsi) dəmiryolunun keçdiyi bu ərazidə daş bazarı fəaliyyət göstərir. 18 nəfər yük maşını sürücüsü burada işləyirik. Əvvəllər adambaşına aylıq 5 manat ödəyirdik. Pulu yığıb, dəmioryol idarəsinin işçisinə verirdik. Sonradan qiyməti qaldırdılar, aylıq 100 manat ödəməyə başladıq. Bildirdilər ki, 2023-cü ilə qədər qanunla hər kvadratmetr üçün 88 qəpik göstərilsə də, heç bir səbəb göstərmədən 4 manata qaldırıblar. Son 2024-cü ildən kvadratı 4 manatdan hesabladılar. 1 il iki aydır ki, adambaşına 100 manatdan ödəyirik. 18-20 daş nəfərin çörəyi daşdan çıxır. Çox əziyyətli işdir. Elə ay olur iki maşın daş sata bilirik. Həftələrlə alıcı olmur. Ancaq məcburi şəkildə 100 manatı ödəməliyik. Satdığımız hər yük maşınından 20-30 manat qazanırıq. Boş torpaqda bir daş kamaz daş satmaq üçün bu qədər pul almaq nə dərəcədə doğrudur?".

Ərazidə olduğumuz zaman öyrəndik ki, daş maşınlarının dayandığı ərazini bir sahibkar icarəyə götürüb, icarənin pulunu isə daş maşınlarının sahiblərindən alır, özü də artıqlaması ilə…

"18 nəfərdən hər ay 100 manat alır. Bunun qarşılığında heç bir ödəniş qəbzi almırıq. Biz icarə verməyə hazırıq, ancaq bu qədər yox… Buranı zibilləyən, ərazini zəbt edən bir nəfər sahibkardır, öz icarəsini də bizim cibimizdən ödəyir.
Məsələ ilə bağlı Azərbaycan Dəmir Yolları QSC-yə şikayət etmişik. Hələlik 2 aydır ki, aylıq ödəniş məsələsi dayanıb. Bu 1il ərazində bilmədiyimiz şəxsə pul yığıb veririk, hara çatdığını da bilmirik. Elə deyirlər lazım olan yerə çatır…".

Məsələ ilə bağlı aidiyyatı qurumların mövqeyini dərc edəcəyik.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1272   Tarix: 08 may 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Noyabrın 6-dan 30-dək davam edəcək - ƏHALİYƏ XƏBƏRDARLIQ

Noyabrın 6-dan 30-dək Leonid meteor yağışı müşahidə ediləcək. Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından -a verilən xəbərə görə, meteor yağışının maksimumu noyabrın 18-də Bakı vaxtı ilə saat 03:45-də gözlənilir. Bu zaman saatda təxminən 15 meteorun müşahidə olunacağ

2 noyabr
.

"Biz istəyirik ki, sirk insanlarda sadəcə uşaqlıq xatirələri ilə bağlı bir anlayış kimi qalmasın" - Aygün Hacıyeva ilə MÜSAHİBƏ

"Ulduzlar meydanı" MMC-nin direktoru Aygün Hacıyeva -ın Circus Sea Breeze layihəsinin yaradılma məqsədi, müasir sirk sənətinin inkişaf perspektivləri, beynəlxalq təcrübənin Azərbaycana gətirilməsi, yerli kadrların yetişdirilməsi və layihənin ölkəmizin turizm potensialına verə biləcəyi töhfələ

2 noyabr
.

Ağır qəzada həlak olan hərbçimiz yeni ata olubmuş - Detallar

Şəki rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı həlak olan hərbçimizin yaxın vaxtlarda ata olduğu məlum olub. Ölkə.az-a istinadən xəbər verir ki, 24 yaşlı Səbuhi Ağazadə bir il əvvəl ailə qurubmuş. Onun ilk övladı isə bu yaxınlarda dünyaya gəlib. Məlumata görə, ailə əslən Laçın rayonunu

3 noyabr
.

"Kəmalə-Nərmin" restoranından şikayət (VİDEO)

Kimisi tüstüdən, kimisi qoxudan narahat olduğunu deyir. Görüntülər paytaxtın Binəqədi rayonu 7-ci mikrorayon ərazisindəndir…. Xəzər TV-yə göndərilən videogörüntülərdə vətəndaş iddia edir ki, "Kəmalə-Nərmin" restoranından (Narmin Palace) ətrafa yayılan tüstü nəinki mənzillərdə hiss olunur, hətt

2 noyabr
.

Pensiyaçılara XƏBƏRDARLIQ: 100-200 manat təklif edirlər…

Son dövrlər yaşlı və pensiyaçı vətəndaşlara müəyyən məbləğdə pul təklif edilərək onların adına bank kartlarının açdırılması halları diqqət çəkir. Bu kartlardan qanunsuz pul dövriyyəsi, dələduzluq və digər maliyyə cinayətlərində istifadə olunması isə kart sahibinin hüquqi məsuliyyəti məsələsini gündəm

3 noyabr
.

Bakıda EVLƏR SÖKÜLÜR - Ağaclar, zirzəmi, hasarlara da pul verilir

Bakının Binə qəsəbəsində Bakıxanov-Binə-Qala dəmir yolu xəttinin bərpası layihəsi çərçivəsində tikinti ərazisinə düşən yaşayış evlərinin söküntüsü davam edir. Mülkiyyətçilərə kompensasiya ödənildikdən sonra boşaldılan evlər mərhələli şəkildə sökülür. -in məlumatına görə, artıq kompensasiya ödənilmi

2 noyabr
.

Şagirdlərin dərs yükü həddindən artıq ağırdır - Uşaqların istirahət hüququ pozulur? - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA

Məktəblilərin gündəlik dərs yükünün həddindən artıq ağır olması uşaqların normal istirahətinə və asudə vaxtına ciddi təsir göstərir. Şagirdlər günün böyük hissəsini məktəbdə keçirir, evə qayıtdıqdan sonra isə çoxsaylı ev tapşırıqlarını yerinə yetirməli olurlar. Bəzi hallarda uşaqlar dərslərini tamamlama

3 noyabr
.

Azərbaycanın şəhərlərində ana ölümü ilə bağlı şok statistika

Azərbaycanda 2025-ci ildə ana ölümü göstəricisi şəhər yerlərində əvvəlki illə müqayisədə 81.1 faiz artıb. Kənd yerlərində isə bu göstərici təxminən 27 faiz azalıb. -a istinadən xəbər verir ki, 2025-ci ildə şəhər yerlərində hər 100 min diri doğulana düşən ana ölümü göstəricisi 22.1 olub. Bu rəqəm 2024-c

3 noyabr
.

Hamamda işləyən şəxs özünü başçının adamı kimi təqdim etdi - Həbs olundu

Bakıda tikintiyə icazə alacağına söz verərək vətəndaşdan 50 min manat alan şəxsə hökm oxunub. Qaynarinfo-nun məlumatına görə, 1993-cü il təvəllüdlü Bakı sakini R.Y. Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinib. O, paytaxtda fəaliyyət göstərən "Padişah" hamamında ofisiant işləyib

2 noyabr