Qubaya getmək istəyirdilər, parkda yatdılar - Nişanlı cütlüyün başına iş gəldi
Bakıda parkda skamyada yan-yana əyləşərək yuxuya gedən nişanlı cütlüyün bel çantası oğurlanıb. Hadisəni törədən şəxs saxlanılıb.
Qaynarinfo-nun məlumatına görə, hadisə Bakı şəhəri, Nizami rayonu, C. Naxçıvanski küçəsində yerləşən parkda baş verib.
A.B. və A.S. adlı cütlük səhər saat 05:30 radələrində ortaq tanışları ilə birgə Quba rayonuna gəzintiyə getməyi planlaşdırıb. Gözləmə zamanı parkda vaxt keçirməyə qərar verən cütlük boş skamyaların birində əyləşib və bir müddət sonra yuxuya gedib.
Yuxudan ayılandan sonra çantanın oğurlandığını görüblər. Qara rəngli, 25 manat dəyərində olan bel çantasının içərisində şəxsiyyət vəsiqələri, bank kartları, 12 manatlıq pul kisəsi, 15 manat dəyərində kosmetik əşyalar, 150 manatlıq 128 GB yaddaşa malik mobil telefon, hər biri 2 manat olan 5 ədəd ev açarı və 35 manat nağd pul olub.
Hadisəni törədən 2002-ci il təvəllüdlü Cavid Alişanov (şərti ad) oğurladığı bank kartları ilə müxtəlif marketlərdə alış-veriş edərək onlara ümumilikdə 724 manat 13 qəpik məbləğində maddi ziyan vurub.
Məhkəmənin qərarı ilə Cavid Alişanov Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə təqsirli bilinib və ona 2 il 7 ay 2 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası verilib. O, bu müddət ərzində elektron qolbaqla nəzarətdə saxlanılacaq.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1039 Tarix: 15 may 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Vəzifəli şəxslər küçə itlərinin yempulunu da mənimsəyiblər
Masallı Rayon Mənzil Kommunal Təsərrüfat İstehsalat Birliyinin (MKTİB) yeyintidə ittiham olunan vəzifəli şəxslərinin cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsində hökm oxunub. İş üzrə üç nəfər - MKTİB rəisi Məhərrə
10 iyunNazirlikdən vətəndaşlara XƏBƏRDARLIQ! Bu ərazilərə səyahət etməyin
Mövcud beynəlxalq təhlükəsizlik mühitində daha da artan gərginlik, müxtəlif regionlarda, o cümlədən Ukrayna və Yaxın Şərqdə davam edən silahlı münaqişələr beynəlxalq sülh və təhlükəsizlik üçün ciddi təhdid olaraq qalmaqdadır. xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb. Bildirili
9 iyunAlınan məhsul qüsurlu çıxarsa, istehlakçının hansı hüquqları var? - AÇIQLAMA
Gündəlik həyatda istehlakçıların ən çox qarşılaşdığı problemlərdən biri aldıqları məhsulun qüsurlu və ya yararsız çıxmasıdır. Bəzən vətəndaşlar belə hallarda öz hüquqlarını bilmədikləri üçün məhsulu geri qaytara və ya dəymiş zərərin əvəzini tələb edə bilmirlər. Bəs Azərbaycan qanunvericiliyinə görə qüsurl
9 iyun33 dərəcə isti olacaq
Bakıda və Abşeron yarımadasında iyunun 10-da hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, şimal-şərq küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 17-19 isti, gündüz 27-32 ist
9 iyunBu ərazidə qaz OLMAYACAQ
Sabah paytaxtın Nəsimi rayonunun bir sıra küçələrinin qaz təchizatında fasilə yaranacaq. Bu barədə "Azəriqaz"a istinadən xəbər verir. Məlumata görə, təmir-quraşdırma işlərinin aparılması ilə əlaqədar 11.06.2026-cı il tarixində saat 10:00-dan işlər yekunlaşanadək Nəsimi rayonunun Azadlıq prospektinin
10 iyunBakıda 78 nəfər XII sinfi bitirir
2025-2026-cı tədris ilində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrinin IX siniflərini 50 219, XI siniflərini 37 22, XII siniflərini isə (əyani-qiyabi tam orta məktəb və qiyabi sinifləri) 78 nəfər bitirir. xəbər verir ki, bu barədə BŞTİ məlumat yayıb. Bildirili
9 iyunTuranın axtarışları davam edir - Foto
Xəbər verdiyimiz kimi, ötən gün İmişli rayonunda yeniyetmə Araz çayında batıb. "Qafqazinfo"nun məlumatına görə, 11-ci sinif şagirdi Turan Mirişov naməlum şəraitdə Araz çayının rayonun Rəsullu və Məhəmmədli kəndləri ərazisindən keçən hissəsinə düşüb. Hazırda məktəblinin axtarış-xilasetmə tədbirlər
8 iyunAzərbaycanda baş müəllim VƏFAT ETDİ
Lənkəran Dövlət Universitetinin (LDU) baş müəllimi Eldar Əsəd oğlu Məmmədov vəfat edib. -ın məlumatına görə, o, universitetin Tarix və onun tədrisi metodikası kafedrasında çalışıb. E.Məmmədov 67 yaşında dünyasını dəyişib
9 iyun