Kursantların vəzifələri, eləcə də gizir, miçman və zabitlərin hüquqları ilə bağlı bir sıra dəyişikliklər son oxunuşda qəbul edilib
Milli Məclis kursantların vəzifələri, eləcə də gizirlər, miçmanlar, zabitlərin hüquqları haqqında bir sıra dəyişiklikləri son oxunuşda qəbul edib.
Sonxeber.az xəbər verir ki, bununla bağlı parlamentin bugünkü plenar iclasında "Azərbaycan Respublikası Silahlı Qüvvələri İntizam nizamnaməsinin təsdiq edilməsi haqqında", "Azərbaycan Respublikası Silahlı Qüvvələri Qarnizon və qarovul xidmətləri nizamnaməsinin təsdiq edilməsi haqqında", "Azərbaycan Respublikası Silahlı Qüvvələri Daxili xidmət nizamnaməsinin təsdiq edilməsi haqqında", "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin təsdiq edilməsi barədə" və "Hərbi vəzifə və hərbi xidmət haqqında" qanunlara dəyişikliklər müzakirəyə çıxarılıb.
Qeyd edilib ki, layihəyə əsasən müddətli həqiqi hərbi xidmət qulluqçuları hesab olunan əsgərlərə (matroslara) münasibətdə şamil olunan bir sıra normalar kursantlara münasibətdə də tətbiq ediləcək. Bununla da, kursant hərbi rütbəsi əsgər (matros) hərbi rütbəsinə bərabər tutulacaq. Belə ki, kursantlar normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələri yerinə yetirəcəklər.
Bununla bərabər, qanuna əlavə edilməsi nəzərdə tutulan 48-1-ci maddəyə görə, "Kursant" hərbi rütbəsi hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrində təhsil alanlara (magistratura və adyunktura səviyyələrinin proqramları üzrə təhsil alanlar istisna olmaqla) həmin təhsil müəssisələrinə daxil olduğu gündən veriləcək.
Həmin maddədə bildirilib ki, hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinə daxil olana qədər "kursant" hərbi rütbəsindən yuxarı hərbi rütbə almış hərbi qulluqçuların və hərbi vəzifəlilərin rütbələri saxlanılacaq və onlar kursantların hüquqlarından istifadə etməklə onların vəzifələrini yerinə yetirə biləcəklər.
Qanun layihəsində o da vurğulanıb ki, normativ hüquqi aktlarda nəzərdə tutulmuş hallarda "kursant" hərbi rütbəsində ehtiyata buraxılmış hərbi qulluqçuların ehtiyatda olma müddətləri əsgər və matroslar üçün müəyyən edilmiş ehtiyatda olmanın yaş hədlərinə uyğun hesablanır.
Digər bir dəyişikliklə nəzərdə tutulub ki, gizirlərə, miçmanlara, zabitlərə və kursantlara intizam tənbehi qaydasında həbs cəzasının tətbiqinə dair normalar ləğv olunur.
Belə ki, hazırda qüvvədə olan qanuna əsasən, rütbəsi böyük olanın yanında kiçik rütbəli hərbi qulluqçu hərbi intizamı, ictimai asayişi, yaxud əsgəri salamvermə qaydasını pozarsa, böyük rütbəli hərbi qulluqçu onu məzəmmət, bu, istənilən nəticəni vermədikdə isə onu həbs edə bilər. Belə hallarda kiçik zabitləri generalların və admiralların, gizirləri və miçmanları generalların, admiralların və baş zabitlərin, əsgərləri, matrosları və çavuşları generalların, admiralların və bütün zabitlərin həbs etmək hüquqları vardır.
Layihəyə əsasən, gizirlər, miçmanlar, zabitlər, eləcə də hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin kursantları bu siyahıdan çıxarılır, həbs edilməyəcəklər. Başqa sözlə, rütbəsi böyük olanın yanında kiçik rütbəli hərbi qulluqçu hərbi intizamı, ictimai asayişi, yaxud əsgəri salamvermə qaydasını pozarsa, böyük rütbəli hərbi qulluqçu onu məzəmmət, bu, istənilən nəticəni vermədikdə isə onu (gizirlər, miçmanlar, zabitlər, eləcə də hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin kursantları istisna olmaqla) həbs edə biləcək. Belə hallarda əsgərləri, matrosları və çavuşları generalların, admiralların və bütün zabitlərin həbs etmək hüquqları olacaq.
Qanun layihəsi müzakirələrdən sonra səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edilib.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Dövlət işçilərinə maaş əlavələri və mükafatlar belə veriləcək - Prezidentdən Fərman
Ləman Ələşrəfqızı bu kanalda aparıcı olacaq
Erkən ölüm riskini azaltmağın sadə yolu tapılıb
12 evdən ibarət kənd pulsuz verilir - Bir şərtlə
500 minə yaxın ev sənədlə təmin edilə BİLƏR - Ekspertdən AÇIQLAMA
Fatma Mahmudova qızının nişanını qaytardığını açıqladı
Yeni "iPhone 18" bu qiymətə satılacaq -Fotolar
Ali Məhkəmənin qərarına baxmayaraq eyni mənzil bir neçə dəfə satılıb - ŞİKAYƏT
Şəkidə faciəli şəkildə ölən Ucalın bacısı: "Qanı yerdə qalmayacaq"
Pensiyalar bu tarixdə ÖDƏNİLƏCƏK
Sevgilisinə internetdən çiçək sifariş vermək istəyən kişi 33 min pul itirdi
Bu adada doğulan hər uşağa görə dövlət 6 min manat ödəyəcək
Ritualla həyatımızı dəyişdirə bilərik? - AÇIQLAMA
"Bantik"lə bağlı qalmaqal: "Pul vermədi, pəncərələri də sildirirdi"
Nikah yaşına çatmayan qızla 31 yaşlı şəxsin toyunun qarşısı alındı