Dələduzluğa görə həm inzibati, həm də cinayət məsuliyyəti nəzərdə tutulur? - AÇIQLAMA

Dələduzluğa görə həm inzibati, həm də cinayət məsuliyyəti nəzərdə tutulur? - AÇIQLAMA"Əgər vətəndaşlara qarşı dələduzluq əməlinin törədildiyi müəyyən olunarsa, hüquq-mühafizə orqanları məsələ ilə bağlı araşdırma aparır və dəymiş zərərin məbləğindən asılı olaraq təqsirli şəxsin məsuliyyətə cəlb olunmasını təmin edir".

Bu sözləri Sonxeber.az-a vəkil Rəşad Əliyev danışıb.

Dələduzluğa görə həm inzibati, həm də cinayət məsuliyyəti nəzərdə tutulur? - AÇIQLAMAO, açıqlamasında qeyd edib ki, qanunvericiliyə əsasən, dələduzluq – yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgənin əmlakını və ya əmlak hüquqlarını ələ keçirmək – həm inzibati, həm də cinayət məsuliyyəti yaradır:

"Əgər ələ keçirilmiş məbləğ 500 manatdan azdırsa, bu hal inzibati xəta kimi qiymətləndirilir və İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən tədbir görülür.

Əgər dələduzluq yolu ilə ələ keçirilmiş məbləğ 500 manatdan çox olarsa, artıq cinayət məsuliyyəti qüvvəyə minir. Bu halda Cinayət Məcəlləsinin 178-ci maddəsinin müvafiq bəndlərinə əsasən cinayət işi başlanılır.

İstintaq və məhkəmə araşdırması zamanı zərərçəkmiş şəxs mülki iddia qaldıra bilər. Məhkəmə cinayət əməlini törətmiş şəxsə qanunvericiliyə uyğun cəza təyin etməklə yanaşı, dəymiş ziyanın ödənilməsi barədə də qərar qəbul edir.

Qeyd olunur ki, dələduzluq edən şəxs həbs olunsa belə, onun zərəri ödəmək öhdəliyi qüvvədə qalır. Hətta cəzaçəkmə müddəti başa çatdıqdan sonra da bu öhdəlik yerinə yetirilməlidir. Məhkəmə qərarı icra edilmədikdə, bu ayrıca məsuliyyətə səbəb ola bilər.

Qanunvericilik eyni zamanda barışıq imkanını da nəzərdə tutur. Belə ki, istintaq və ya məhkəmə mərhələsində zərərçəkmişə dəymiş zərər ödənilərsə və tərəflər arasında barışıq əldə olunarsa, təqsirləndirilən şəxs məsuliyyətdən azad oluna bilər. Əgər məbləğ xeyli miqdardadırsa, onun 25 faizi, külli miqdardadırsa, 50 faizi dövlət nəfinə ödənilərsə, bu hal da məsuliyyətdən azadolma üçün əsas ola bilər".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 2057   Tarix: 16 may 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Hərbi xidmətdən boyun qaçıran şəxslər məsuliyyətə cəlb olundular

Azərbaycanda hərbi xidmətdən boyun qaçırma faktları üzrə cinayət işləri başlanılıb. Respublika Hərbi Prokurorluğundan -a verilən məlumata görə, çağırış yaşında olan bəzi vətəndaşlar müxtəlif xəstəlikləri, o cümlədən özünə xəsarət yetirib psixi və nevrotik pozuntuları simulyasiya etməklə, hətta tibb

2 noyabr
.

Şagirdlərin dərs yükü həddindən artıq ağırdır - Uşaqların istirahət hüququ pozulur? - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA

Məktəblilərin gündəlik dərs yükünün həddindən artıq ağır olması uşaqların normal istirahətinə və asudə vaxtına ciddi təsir göstərir. Şagirdlər günün böyük hissəsini məktəbdə keçirir, evə qayıtdıqdan sonra isə çoxsaylı ev tapşırıqlarını yerinə yetirməli olurlar. Bəzi hallarda uşaqlar dərslərini tamamlama

3 noyabr
.

Veysəloğlu Şirkətlər Qrupunun tərəfdaşlığı ilə ADA Məktəbində növbəti xeyriyyə məqsədli "Məhsul bayramı" keçirilib

ADA Universitetinin nəzdində fəaliyyət göstərən ADA Məktəbində hər il ənənəvi olaraq təşkil edilən Payız festivalı - "Məhsul bayramı" baş tutub. Tədbirin əsas məqsədi şagird və tələbələrdə məsuliyyətli vətəndaşlıq duyğusunu formalaşdırmaq, milli-mənəvi dəyərləri təbliğ etmək, xeyriyyəçili

2 noyabr
.

Azərbaycanda korrupsiyaya qarşı əməliyyat: Saxlanılan var

Gəncədə Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsində korrupsiya əməliyyatı keçirildiyi bildirilir. "Bakupost"a istinadən xəbər verir ki, əməliyyat Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həyata keçirilib. Əməliyyat zamanı idarənin Rüfət adl

2 noyabr
.

"Biz istəyirik ki, sirk insanlarda sadəcə uşaqlıq xatirələri ilə bağlı bir anlayış kimi qalmasın" - Aygün Hacıyeva ilə MÜSAHİBƏ

"Ulduzlar meydanı" MMC-nin direktoru Aygün Hacıyeva -ın Circus Sea Breeze layihəsinin yaradılma məqsədi, müasir sirk sənətinin inkişaf perspektivləri, beynəlxalq təcrübənin Azərbaycana gətirilməsi, yerli kadrların yetişdirilməsi və layihənin ölkəmizin turizm potensialına verə biləcəyi töhfələ

2 noyabr
.

Anasını döyən bloqer saxlanıldı - Video

Sosial şəbəkələrdə özünü xeyriyyəçi kimi qələmə verərək ehtiyacı olanlara yardım çağırışları edən bloger Namiq Əzizin anasının evinə basqın edib onu döyməsi ilə bağlı görüntülər yayılıb. Axşam.az "Bakupost"a istinadən xəbər verir ki, hadisə oktyabrın 30-da gecə saatlarında Cəlilabadda baş verib

2 noyabr
.

"Şəki Yaylası"ndakı faciənin səbəbləri açıqlandı - Həbs olunanlar var

Sentyabrın 8-də Şəki rayonu, Baş Kəldək kəndi ərazisində yerləşən "Şəki Yaylası" Ailəvi İstirahət Mərkəzində iki şəxsin hündürlükdən yıxılaraq ölməsi faktı ilə bağlı Şəki rayon prokurorluğunda cinayət işi başlanaraq ibtidai istintaq aparılır. "Qafqazinfo" xəbər verir ki, bu barəd

2 noyabr
.

"Kəmalə-Nərmin" restoranından şikayət (VİDEO)

Kimisi tüstüdən, kimisi qoxudan narahat olduğunu deyir. Görüntülər paytaxtın Binəqədi rayonu 7-ci mikrorayon ərazisindəndir…. Xəzər TV-yə göndərilən videogörüntülərdə vətəndaş iddia edir ki, "Kəmalə-Nərmin" restoranından (Narmin Palace) ətrafa yayılan tüstü nəinki mənzillərdə hiss olunur, hətt

2 noyabr
.

Azərbaycanın şəhərlərində ana ölümü ilə bağlı şok statistika

Azərbaycanda 2025-ci ildə ana ölümü göstəricisi şəhər yerlərində əvvəlki illə müqayisədə 81.1 faiz artıb. Kənd yerlərində isə bu göstərici təxminən 27 faiz azalıb. -a istinadən xəbər verir ki, 2025-ci ildə şəhər yerlərində hər 100 min diri doğulana düşən ana ölümü göstəricisi 22.1 olub. Bu rəqəm 2024-c

3 noyabr