Baş Prokurorluq və DİN Elgün İbrahimovun ölümü ilə bağlı məlumat yaydı
Baş Prokurorluq və DİN Gəncədə məktəblinin ölümü ilə bağlı birgə məlumat yayıb.
Sonxeber.az xəbər verir ki, birgə məlumatda mayın 12-də 2007-ci il təvəllüdlü Elgün İbrahimovun Gəncə şəhərində müalicə aldığı xəstəxanada ölməsi faktı ilə bağlı şəhər prokurorluğunda cinayət işinin başlandığı və intensiv ibtidai istintaq tədbirlərinin aparıldığı qeyd olunub.
Hazırda iş üzrə daxili işlər orqanları ilə birgə zəruri və təxirəsalınmaz istintaq və əməliyyat axtarış tədbirləri həyata keçirilir, habelə hadisənin bütün halları, səbəbləri və mexanizmi tam, hərtərəfli və obyektiv şəkildə araşdırılması məqsədilə zəruri ekspertizalar təyin edilib.
Bununla belə, təəssüf hissi ilə qeyd olunur ki, bəzi sosial şəbəkə istifadəçiləri tərəfindən hadisənin təfərrüatlarına dair istintaq orqanı ilə dəqiqləşdirilməmiş, istintaqın hazırkı mərhələsində müəyyən edilmiş hallarla ziddiyyət təşkil edən, o cümlədən zərərçəkmiş şəxsin bədənində aşkar edilmiş xəsarət izlərinin yeri, sayı, xarakteri və mənşəyi, o cümlədən bu xəsarətlərin hansı şəraitdə baş verdiyinə dair reallığı əks etdirməyən məlumatlar yer alır.
Bu cür əsassız və dəqiqləşdirilməmiş məlumatların tirajlanması, ictimaiyyətin obyektiv və doğru informasiya ilə təmin olunmasına xələl gətirməklə yanaşı, ictimaiyyətdə süni ajiotaja səbəb olur.
Bildiririk ki, qeyd olunan cinayət işi üzrə hadisə yerinin baxışı və əldə edilmiş ilkin sübutlar əsasında bütün mümkün versiyalar, o cümlədən intihar, ehtiyatsızlıqdan ölümə səbəb olma, habelə şəxsin yıxılması və ya ona ağır bədən xəsarəti yetirilməsi nəticəsində ölümün baş verməsi yoxlanılır.
Baş Prokurorluq və Daxili İşlər Nazirliyi bir daha xatırladır ki, istintaq aparılan dövrdə cinayət işləri üzrə məlumatların yayılması yalnız rəsmi dövlət qurumlarının təsdiqlədiyi informasiyalar əsasında aparılmalı, xüsusilə cəmiyyətin həssaslıqla yanaşdığı məsələlərdə məsuliyyətli və qanunauyğun davranılmalıdır.
Odur ki, sosial şəbəkə istifadəçilərindən və ictimai fəallardan bu məsələdə yüksək həssaslıq göstərmələri, istintaqın gedişinə mane ola biləcək və cəmiyyətdə çaşqınlıq yarada biləcək informasiyaların yayılmaması xahiş olunur.İbtidai istintaqın nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Dövlət işçilərinə maaş əlavələri və mükafatlar belə veriləcək - Prezidentdən Fərman
Ləman Ələşrəfqızı bu kanalda aparıcı olacaq
Erkən ölüm riskini azaltmağın sadə yolu tapılıb
12 evdən ibarət kənd pulsuz verilir - Bir şərtlə
500 minə yaxın ev sənədlə təmin edilə BİLƏR - Ekspertdən AÇIQLAMA
Fatma Mahmudova qızının nişanını qaytardığını açıqladı
Yeni "iPhone 18" bu qiymətə satılacaq -Fotolar
Ali Məhkəmənin qərarına baxmayaraq eyni mənzil bir neçə dəfə satılıb - ŞİKAYƏT
Şəkidə faciəli şəkildə ölən Ucalın bacısı: "Qanı yerdə qalmayacaq"
Sevgilisinə internetdən çiçək sifariş vermək istəyən kişi 33 min pul itirdi
Bu adada doğulan hər uşağa görə dövlət 6 min manat ödəyəcək
Ritualla həyatımızı dəyişdirə bilərik? - AÇIQLAMA
Nikah yaşına çatmayan qızla 31 yaşlı şəxsin toyunun qarşısı alındı