Qaz və işıqpulunu az ödəmək üçün belə edirlər

Qaz və işıqpulunu az ödəmək üçün belə edirlərAdətən yazın son ayları - aprel və mayda havanın temperaturu artır, istilik cihazlarına ehtiyac azalır. Lakin bu il hava gözlənilənin əksinə olaraq sərin keçir və bir çox insan evində kombini yandırmaq məcburiyyətində qalır. Bu isə həm təbii qaz, həm də elektrik enerjisi sərfiyyatını artırır.

Belə durum aylıq kommunal xərclərə, xüsusilə işıq puluna necə təsir göstərə bilər? Kommunal xərclərin artımın qarşısını almaq üçün nə kimi tədbirlər görülə bilər?

İqtisadçı Toğrul Vəliyev Globalinfo.az-a açıqlamasında Azərbaycanda hər evin istilik təchizatı ilə təmin olunmadığını qeyd edib.

Onun sözlərinə görə, istilik sistemi yaxşı isitmədiyi üçün Bakıda qış aylarında əksəriyyət məcbur qalıb kombidən istifadə edir:

"Yeni tikilən binalarda belə istilik təchizatı əvəzi kombi quraşdırırlar. Bu da avtomatik olaraq orta statistik ailələrin kommunal xərclərini dəfələrlə artırır. Çünki istilik sistemi daha ucuzdur, nəinki kombi. Bilirik ki, təbii qazda və ya elektrik enerjisində limiti keçdikdə qat-qat artıq ödəniş etməli olursan. Nəticə etibarilə də insanların xərcləri əhəmiyyətli dərəcədə çoxalır. Limitlərin keçməsini xüsusi ilə nəzərə almaq lazımdır. Məntiqlə havanın temperaturu aşağı düşdükdə, istilik təchizatının verilməsi davam etdirilməlidir. Əslində, havanın temperaturu çox da aşağı deyil. Sadəcə, tikilən binaların keyfiyyəti bir qədər azdır deyə istiliyə davamiyyəti olmur".

İqtisadçının fikrincə, problem daha çox havaların sərin keçməsi yox, binaların keyfiyyəti ilə bağlıdır:

"Normalda Avropa və digər ölkələrdə son zamanlar binaların istiliksaxlama qabiliyyətinin artırılması istiqamətində addımlar atılır, yeni tələblər qoyulur. Bu, ekoloji cəhətdən də vacibdir. Çünki biz nə qədər elektrik enerjisindən, təbii qazdan az istifadə etsək, o qədər yaxşıdır. Belə bir şey etmək isə binanın istiliksaxlama qabiliyyəti ilə mümkündür. Təəssüf ki, bizdə bu istiqamətdə xüsusi tələblər olmadığı üçün yeni binalarda bunu etmirlər. Gərək, bizdə də addımlar atılsın. Amma havaların qeyri-sabit şəraitdə keçməsi müəyyən xərclərin artımına səbəb olur. Bu baxımdan xərcləri azaltmaq çətin məsələdir".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1029   Tarix: 18 may 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Palma yağı süfrələrimizi zəbt edir: İdxal niyə ildən-ilə artır? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA

Qida sənayesində palma yağından istifadənin getdikcə genişlənməsi istehlakçıların sağlamlığı və ərzaq məhsullarının keyfiyyəti ilə bağlı ciddi suallar yaradır. Marketlərdə satılan şirniyyat, şokolad, süd məhsulları və digər gündəlik istehlak mallarının tərkibində palma yağına daha çox rast gəlinir. Dövlə

3 noyabr
.

Bakının bu ərazilərində işıqlar sönəcək - ÜNVANLAR

Bakının bir sıra ərazilərində elektrik enerjisinin verilişində müvəqqəti fasilə yaranacaq. xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb. Bildirilib ki, abonentlərin daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunması məqsədilə noyabrın 2-də Yasamal Rayon Enerji Təchizat

2 noyabr
.

Bakıda EVLƏR SÖKÜLÜR - Ağaclar, zirzəmi, hasarlara da pul verilir

Bakının Binə qəsəbəsində Bakıxanov-Binə-Qala dəmir yolu xəttinin bərpası layihəsi çərçivəsində tikinti ərazisinə düşən yaşayış evlərinin söküntüsü davam edir. Mülkiyyətçilərə kompensasiya ödənildikdən sonra boşaldılan evlər mərhələli şəkildə sökülür. -in məlumatına görə, artıq kompensasiya ödənilmi

2 noyabr
.

"Etiketlər kağızla deyil, birbaşa qablaşdırmaya vurulmalıdır" - qida eksperti Elşən Cəfərovla MÜSAHİBƏ

"4 il bundan öncə mən marketlərdə tərkibində palma yağı olmayan məhsul tapa bilirdim. Bu gün isə axtarıram tapa bilmirəm. Belə bir məhsul olsa belə mən məcburam ki, marketdə ən azı 40 dəqiqə-1 saat məhsulların bir-bir tərkibini oxuyum". Bu sözləri -a açıqlamasında qida eksperti, "JAFAROV"

2 noyabr
.

Azərbaycanda bu şəxslər üçün ictimai nəqliyyatda birinci gedişhaqqı 1 QƏPİK OLDU

2 noyabr 2026-cı il tarixindən etibarən TəhsilPlus kartı olan təhsil işçiləri həftəiçi hər gün ictimai nəqliyyatda ilk gedişlərini cəmi 1 qəpiyə həyata keçirə biləcəklər. Təqdim olunan kampaniya təhsil işçiləri üçün əlavə güzəşt imkanı yaradacaq. "Azərbaycan müəllimi"nə istinadən xəbər veri

2 noyabr
.

Noyabrda ardıcıl 4 gün iş olmayacaq

Azərbaycanda bu ay ardıcıl 4 gün iş olmayacaq. "Qafqazinfo" xəbər verir ki, ölkəmizdə noyabrın 8-i Zəfər Günü, noyabrın 9-u isə Dövlət Bayrağı Günü qeyd olunur. Bu il Zəfər Günü bazar gününə təsadüf etdiyindən istirahət günü noyabrın 10-na keçirilib. Beləliklə, noyabrın 7-dən 10-dək ardıcı

2 noyabr
.

Maaş naminə təhqirə dözmək: İş yerində psixoloji zorakılıq - PSİXOLOQDAN AÇIQLAMA

İş həyatında hər kəs peşəkar münasibət, hörmət və sağlam kollektiv mühiti gözləyir. Lakin bəzi hallarda rəhbər vəzifələrdə çalışan şəxslər öz səlahiyyətlərindən istifadə edərək əməkdaşlara psixoloji təzyiq göstərir, onları təhqir edir, alçaldır və şəxsiyyətlərinə toxunan ifadələr işlədirlər. İşini v

2 noyabr
.

"Kəmalə-Nərmin" restoranından şikayət (VİDEO)

Kimisi tüstüdən, kimisi qoxudan narahat olduğunu deyir. Görüntülər paytaxtın Binəqədi rayonu 7-ci mikrorayon ərazisindəndir…. Xəzər TV-yə göndərilən videogörüntülərdə vətəndaş iddia edir ki, "Kəmalə-Nərmin" restoranından (Narmin Palace) ətrafa yayılan tüstü nəinki mənzillərdə hiss olunur, hətt

2 noyabr
.

"Biz istəyirik ki, sirk insanlarda sadəcə uşaqlıq xatirələri ilə bağlı bir anlayış kimi qalmasın" - Aygün Hacıyeva ilə MÜSAHİBƏ

"Ulduzlar meydanı" MMC-nin direktoru Aygün Hacıyeva -ın Circus Sea Breeze layihəsinin yaradılma məqsədi, müasir sirk sənətinin inkişaf perspektivləri, beynəlxalq təcrübənin Azərbaycana gətirilməsi, yerli kadrların yetişdirilməsi və layihənin ölkəmizin turizm potensialına verə biləcəyi töhfələ

2 noyabr