Cibi də yandırır, evi də: Bu lampalardan istifadə edin ki...

Cibi də yandırır, evi də: Bu lampalardan istifadə edin ki...Son illərdə bir çox ölkələrdə, o cümlədən Azərbaycanda ənənəvi közərmə lampalarının istifadəsinə məhdudiyyətlərin tətbiq edilməsi və onların tədricən bazardan çıxarılması gündəmdədir. Mütəxəssislər bildirirlər ki, közərmə lampaları cibi də yandırır, evi də...

Həm enerji sərfiyyatı, həm də ətraf mühitə vurduğu ziyanı nəzərə alaraq ölkəmizdə 60 Vt və yuxarı gücə malik olan közərmə lampalarının idxalı, istehsalı və satışı qadağan edilir. Bu, "Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında" qanuna təklif edilən dəyişiklikdə əksini tapıb. Layihəyə əsasən, istehsal proseslərində və əsas məqsədi işıqlandırma olmayan məhsullarda xüsusi istifadəsi nəzərdə tutulan közərmə lampaları istisna olmaqla, dəyişən cərəyan dövrəsində işıqlandırma məqsədilə istifadə edilə bilən 60 Vt və yuxarı gücə malik olan közərmə lampalarının 2026-cı il yanvarın 1-dən, 25 Vt-dan (25 Vt daxil olmaqla) 60 Vt-a qədər gücə malik olan közərmə lampalarının isə 2026-cı il iyulun 1-dən satışı qadağan ediləcək.

Energetika nazirinin müavini Elnur Soltanov Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin ictimai müzakirəsində bildirib ki, bir led lampasının istifadə müddətində 10-dan çox közərmə lampası xarab olur. Vətəndaş lampanın qiymətinə aldanır, amma uzunmüddətli hesablamada, əslində, xərclədiyindən daha çox ziyana getdiyinin fərqinə varır: "7 Vt-lıq bir led lampası altı manatdır, bir közərmə lampası isə 60 qəpikdir. Amma vətəndaş qısamüddətli hesablama ilə közərmə lampası alır. Hesablamalarımıza görə, bir ildə bir milyon lampanın satışa çıxarılmasından söhbət gedirsə, bu, 30 milyon kub metr qaza qənaət deməkdir".

Bu qadağanın əsas səbəbi közərmə lampalarının aşağı enerji effektivliyinə malik olması və nəticədə böyük enerji sərfiyyatına səbəb olmasıdır. LED və CFL lampaları ilə müqayisədə közərmə lampaları daha çox enerji istehlak edir və daha qısa ömürlüdür. Məsələn, 15 min saat işləmə müddəti olan bir LED lampa, min saatlıq ömrü olan 17 közərmə lampasını əvəz edə bilər ki, bu da xərcdə iki dəfə, elektrik enerjisi xərcində isə səkkiz dəfədən çox qənaət deməkdir.

Qanun layihəsinə əsasən, qadağaya əməl etməyən vəzifəli şəxslər və hüquqi şəxslər üçün müvafiq cərimələr nəzərdə tutulub. Belə ki, inzibati xətanın bilavasitə obyekti olan elektrik közərmə lampaları müsadirə edilməklə, vəzifəli şəxslər min manatdan min beş yüz manata qədər, hüquqi şəxslər isə üç min manatdan dörd min manata qədər cərimə ediləcək.

"Lampa o qədər qızır ki..."

Elektrik mütəxəssisi Azad Qeybullayev deyir ki, közərmə lampaları işıqlandırma ilə yanaşı güclü şəkildə istilik yayır: "Hətta isti rayonlarda yay aylarında bəzi insanlar işığı söndürürdü ki, otaqda istilik az olsun. Közərmə lampaları elektrik enerjisinin təxminən 5%-ni işığa çevirir, qalan 95%-i isə istilik şəklində itirilir. Lampa o qədər qızır ki, hətta əl ilə açmaq mümkün olmur. Çünki közərmə lampaları 1300 C-dək qızır. Qızma enerji israfına gətirib çıxarır. Bununla yanaşı, həm patronu sıradan çıxarır, həm də çilçırağı".

"Led lampalar çox işıq verir, az istilik yayır"

Mütəxəssis bildirir ki, bu lampalardan istifadə olunan evlərdə qısaqapanma riski həmişə güclü olur: "Közərmə lampaları yanğın baxımından da ciddi təhlükə yaradır. Ən böyük mənfi cəhətlərindən biri də tez sıradan çıxması və faydalı iş əmsalının aşağı olmasıdır. Düzdür, qiymət baxımından közərmə lampaları çox ucuzdur. Bir led lampanın qiymətinə üç közərmə lampası almaq olar. Amma sərfiyyat baxımından ucuz aldığını düşünən insan onun istifadəsinə dəfələrlə artıq pul ödəyir. Led lampalar isə özünü doğruldur. Led lampalar eyni miqdarda işıq vermək üçün 90% daha az enerji sərf edir və daha az istilik yayır".

Mütəxəssis vurğulayır ki, LED lampaların ilkin qiyməti daha yüksək olsa da, onların uzunömürlü olması və az enerji sərf etməsi elektrik xərclərində əhəmiyyətli qənaətə səbəb olur: "Közərmə lampaları texnologiya baxımından artıq köhnəlmiş sayılır".

Yuxarıda qeyd etdiyimiz kimi, közərmə lampalarının yüksək enerji sərfiyyatı, elektrik enerjisinin istehsalında istifadə olunan təbii resursların daha çox istismarına gətirib çıxarır. Bu isə karbon qazı emissiyalarının artmasına səbəb olur. Əvəzində LED lampalar daha ekoloji təmiz hesab olunur və bu keçid iqlim dəyişikliyi ilə mübarizədə mühüm rol oynayır. "Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında" qanuna edilən dəyişiklik layihəsində qeyd olunub ki, bir il ərzində istifadə olunan bir milyon közərmə lampaları 131.4 mln. kVt.st elektrik enerjisi istehlak edir və bu həcmdə enerjinin istehsalı üçün 33.23 min ton şərti yanacaq (29.1 mln. m3 təbii qaz) istehlak olunur. Bu isə nəticədə 63.6 min ton karbon emissiyası deməkdir. Həmin közərmə lampaları LED lampaları ilə əvəz olunduğu halda tələb olunan elektrik enerjisinin istehsalı, ona sərf edilən yanacaq və emissiyanın miqdarı 8.6 dəfə azalacaq.

Közərmə lampalarının mərhələli şəkildə ləğvini həyata keçirən ilk ölkə Avstraliya olub. Avropa İttifaqı 2009-cu ildən başlayaraq közərmə lampalarının mərhələli şəkildə ləğvinə başlayıb və 2012-ci ilə qədər bu proses tamamlanıb. ABŞ-də 2023-cü ilin avqust ayından etibarən yeni enerji səmərəliliyi standartlarına cavab verməyən közərmə lampalarının satışı qadağan edilib. Filippin 2008-ci ildə qəbul etdiyi qanunla 2011-ci ildən etibarən közərmə lampalarının istehsalı, idxalı və satışını qadağan edib. ("Kaspi" qəzeti)


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1054   Tarix: 17 may 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Fond: Yüksək faizli qorunmayan əmanətlər birbaşa risk yaratmır

Yüksək faizli qorunmayan əmanətlər Əmanətlərin Sığortalanması Fondu üçün birbaşa risk yaratmır. "Report" xəbər verir ki, bunu Fondun Sığorta və risklərin idarə edilməsi departamentinin Maliyyə bazarlarının təhlili vərisklərin modelləşdirilməsi şöbəsinin müdiri Lalə Cəfərli Milli Mətbuat Gün

26 iyul
.

Ana dilimiz milli kimliyimizin və milli varlığımızın ən mühüm göstəricilərindən biridir

Ana dilimiz milli kimliyimizin, milli varlığımızın ən mühüm göstəricilərindən biridir. Eyni zamanda, dilimiz milli birliyimizi gücləndirən əsas amillər sırasındadır. Bu baxımdan, Ulu Öndərimiz Heydər Əliyevin ana dilimizin qorunması və inkişafı istiqamətində fəaliyyəti xüsusi vurğulanmalıdır. Ümummill

27 iyul
.

Pensiya almaq istəyənlərin DİQQƏTİNƏ: HƏR KƏS BUNU BİLMİR...

Minlərlə Azərbaycan vətəndaşı müxtəlif ölkələrdə rəsmi şəkildə çalışaraq sosial sığorta haqları ödəyir. Bəs həmin ölkələrdə qazanılan əmək stajı Azərbaycanda pensiya təyin edilərkən nəzərə alınırmı?. Mövzu ilə bağlı -a danışan beynəlxalq idarəetmə sistemləri üzrə mütəxəssisi Asif İbrahimov bildirib ki

26 iyul
.

""Arzum" gecələr yatmır, təcili yardım çağırdıq"

Xəbər verdiyimiz kimi, 20 gün əvvəl həbs edilən tiktoker İlduzə Hacıyeva (Arzum) ev dustaqlığına buraxılıb. Axşam.az-ın məlumatına görə, ona sosial şəbəkəyə girmək, telefondan istifadə etmək qadağası qoyulub. Tiktokerin köməkçisi sosial şəbəkədə canlı yayımda onun durumunu açıqlayıb. O bildirib ki, "Arzum"

27 iyul
.

Milli Yaylaq Festivalında bir araya gəldilər - Fotolar

Göygöldə V Milli Yaylaq Festivalı davam edir. Axşam.az xəbər verir ki, festivalının açılış mərasimində Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov, Azərbaycan Respublikasının gənclər və idman naziri Fərid Qayıbov, Milli Məclisin deputatı Kamran Bayramov, Türkiyə Respublikasının Gəncə şəhərindək

27 iyul
.

Bakı havasındakı tozun səbəbi - Açıqlandı

"Avtomatik stansiyalardan əldə edilən məlumata əsasən, Bakıda və Abşeron yarımadasında tozlu hava şəraiti müşahidə olunur. Hazırda havada tozun miqdarı normadan 1.4-1.7 dəfə artıqdır". xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin rəsmisi Gülnarə Abbasova bildirib. "Havada müşahid

27 iyul
.

Sürücülər şikayətçidir: Skuterlər hərəkətə mane olur

Bakının müxtəlif ərazilərində mikromobillik imkanlarının artırılması məqsədilə velosiped və skuter istifadəçiləri üçün xüsusi zolaqlar və parklanma sahələri yaradılıb. xəbər verir ki, lakin bəzi istifadəçilər skuterləri nəzərdə tutulan dayanacaq yerlərində saxlamaq əvəzinə, onları səkilərdə, yol kənarlarınd

25 iyul
.

65 yaşdan sonra işləyənlərə ŞAD XƏBƏR: Pensiya arta bilər...

Azərbaycanda pensiya yaşına çatdıqdan sonra da rəsmi əmək müqaviləsi olmadan çalışmağa davam edənlərin sayı az deyil. Lakin bu şəxslərin adına sosial sığorta haqlarının ödənilməməsi gələcəkdə pensiyalarının yenidən hesablanması və ya əlavə pensiya hüquqlarının yaranması ilə bağlı suallar doğurur. Bə

26 iyul
.

Dərmanlarla bağlı qərar: Qiymətlər artacaq, yoxsa ucuzlaşacaq?

Azərbaycanda bir sıra dərman vasitələri üzrə qiymətlər müəyyənləşdirilib. Tarif Şurasının iclasında qəbul edilən qərara əsasən, 143 dərman vasitəsinin qiymətinin yuxarı həddi Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq olunmuş qaydalara və Şuranın 2015-ci il 21 iyul tarixli Qərarı ilə təsdiq edilmi

25 iyul