TEMU-ya xəbərdarlıq edildi
Türkiyə bazarında fəaliyyət göstərən xarici e-ticarət platformaları istehlakçıların qorunması məqsədilə bir sıra hüquqi öhdəlikləri yerinə yetirməlidir.
Sonxeber.az banker.az-a istinadən xəbər verir ki, bu çərçivədə, Çin Xalq Respublikasında yerləşən və 2024-cü ilin iyun ayından etibarən Türkiyədə internet üzərindən satışa başlayan TEMU platformasının rəsmiləri Ticarət Nazirliyinə dəvət olunub.
İclasda Ticarət Nazirliyi tərəfindən TEMU-ya "Bazara Nəzarət və Məsafədən Rabitə Vasitələri ilə Bazara Çıxarılan Məhsullara Nəzarət Qaydası"na uyğun olaraq məhsul təhlükəsizliyi və istehlakçı şikayətlərinə dair məsuliyyətləri bir daha xatırladılıb. Qeyd edilib ki, 1 aprel 2024-cü ildən qüvvəyə minmiş yeni tənzimləməyə əsasən, TEMU platforması qanunvericiliyə uyğun addımlar atmalı və müvafiq öhdəlikləri yerinə yetirməlidir.
Nazirlik, TEMU rəsmilərinə satış elanlarında təqdim olunan məlumatların tamlığı, təhlükəli və uyğun olmayan məhsulların platformadan 24 saat ərzində çıxarılması və məhsul təhlükəsizliyi üzrə əlaqə nöqtəsinin daim aktiv saxlanılmasının vacibliyini vurğulayıb. Eyni zamanda bildirilib ki, Türkiyədə təsərrüfat operatorunun xəbəri olmadan məhsulların bazara çıxarılmasına icazə verilməyəcək.
TEMU rəsmiləri isə tələblərə cavab vermək üçün lazımi infrastruktur işlərinin görüldüyünü, məhsul təhlükəsizliyi və istehlakçı məlumatları ilə bağlı məsuliyyətlərini anladıqlarını və bu sahədə ciddi addımlar atdıqlarını bildiriblər. Onlar həmçinin, Türkiyədə nümayəndəlik açmaq üçün təşəbbüs etdiklərini və ölkəyə daxil olan məhsullara görə məsuliyyət daşımağa hazır olduqlarını qeyd ediblər.
Tənzimləməyə əməl olunmaması halında isə ciddi inzibati sanksiyaların tətbiq ediləcəyi bir daha vurğulanıb.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Pensiyaçılar və işsizlər cərimədən azaddırmı? - HÜQUQİ İZAH
17 yaşlı Azərbaycan çempionu qəfil vəfat etdi - Foto
Özəl məktəblərdə qiymətlər dəyişdi: Təhsil haqqı artdı (SİYAHI)
Polis Halloween bayramını qeyd edən sakinləri saxladı
Pensiyaçılara XƏBƏRDARLIQ: 100-200 manat təklif edirlər…
Toyuğu yumazdan əvvəl bu təhlükəni bilin!
Qədim Şuşada gözəllik yaradılır
Noyabrın 6-dan 30-dək davam edəcək - ƏHALİYƏ XƏBƏRDARLIQ
Bağında qızı zorlamaqda ittiham olunan Bəxtiyar Dalinin "milyonluq sarayı"
"Tiktok"da tanış olduğu qadını rayona apardı, gecələmək istəməyəndə onu döydü
Bakıda avtomobil gözəllik salonuna girdi