"Siyasət və Rəğbət" kitabını təqdimatı keçirildi
Ceyhun Novruzov Ərani oğlunün "Siyasət və Rəğbət" kitabının təqdimatı keçirildi.
Kitab, Azərbaycanın son 30 ildə keçdiyi yolu – o cümlədən II Qarabağ müharibəsini – fəsillərə bölünmüş şəkildə izah edir. Hər fəsildə ölkəmizin yaşadığı siyasi, ictimai və hərbi mərhələlər, çətinliklər və zəfərlər ardıcıl və axıcı şəkildə təqdim olunur. Müəllif Azərbaycanın işğal dövründən zəfərə gedən yolunu simvolik başlıqlar altında təsvir edərək, xalqın mübarizəsini və liderlərin tarixi rolunu oxucuya çatdırır.
Kitab "Öç" adlı hekayə ilə başlayır. Bu hekayədə Azərbaycanın torpaqlarının işğalından, xalqımızın yox olmaq təhlükəsi ilə üz-üzə qalmasından və onu bu fəlakətdən xilas edərək zəfərə aparan liderlərdən bəhs olunur.
"Xaos" başlığında Azərbaycan SSR dövrü və Sovet imperiyasının dağılmasının səbəbləri əks olunur.
"Qaranlıq" bölməsində 20 Yanvar faciəsi və həmin günlərdə Dənizçilərin göstərdiyi qəhrəmanlıq təsvir edilir.
"Xilaskar" başlığında isə Azərbaycanın yenidən dirçəlməsi, yox olmaqdan son anda xilas edilməsi və Ulu Öndər Heydər Əliyevin xilaskarlıq missiyası geniş şəkildə təqdim olunur.
"30 ilin tənhalığı" bölməsində xalqımızın işğal altında olan torpaqlara olan həsrəti, və bu illər ərzində dünyanın bu ədalətsizliyə susqun qalması ön plana çıxarılır.
"Əsrin sərkərdəsi" başlığında Ali Baş Komandan İlham Əliyevin II Qarabağ müharibəsindəki böyük rolu, həyata keçirilən uğurlu antiterror əməliyyatları və xalqımızın qazandığı şanlı zəfər ətraflı şəkildə əks etdirilir.
Qeyd edək ki, kitabın müəllifi Ceyhun Novruzov Ərani oğlu
Murovdağ yüksəkliyində aparılan döyüşlərdə top komandiri kimi iştirak etmişdir. Xidmətinə görə Ali Baş Komandan İlham Əliyevin sərəncamı ilə "Kəlbəcərin azad olunması" və "Vətən uğrunda" medalları ilə təltif olunmuşdur.

Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Pensiyaçılar və işsizlər cərimədən azaddırmı? - HÜQUQİ İZAH
17 yaşlı Azərbaycan çempionu qəfil vəfat etdi - Foto
Özəl məktəblərdə qiymətlər dəyişdi: Təhsil haqqı artdı (SİYAHI)
Polis Halloween bayramını qeyd edən sakinləri saxladı
Pensiyaçılara XƏBƏRDARLIQ: 100-200 manat təklif edirlər…
Toyuğu yumazdan əvvəl bu təhlükəni bilin!
Qədim Şuşada gözəllik yaradılır
Noyabrın 6-dan 30-dək davam edəcək - ƏHALİYƏ XƏBƏRDARLIQ
Bağında qızı zorlamaqda ittiham olunan Bəxtiyar Dalinin "milyonluq sarayı"
"Tiktok"da tanış olduğu qadını rayona apardı, gecələmək istəməyəndə onu döydü
Bakıda avtomobil gözəllik salonuna girdi