Məleykə Abbaszadədən abituriyentlərə - XƏBƏRDARLIQ
"2025-ci ildə imtahanda iştirak edən orta statistik şagirdin balı 132.33, 2024-cü ildə isə 132.09 olub. Bu mərhələdə toplanıla biləcək maksimal bal 300-dür".
Sonxeber.az qafqazinfo-ya istinadən xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında bildirib.
DİM sədri, həmçinin gələcək imtahan iştirakçılarına davranış qaydalarına xüsusi diqqət yetirmələri ilə bağlı çağırış edib: "Bir daha imtahan iştirakçılarının nəzərinə çatdırırıq ki, qayda pozuntularına yol verən şəxslərin bütün nəticələri ləğv olunur və onlar ali və ya orta ixtisas təhsili müəssisələrinin müsabiqəsində iştirak etmək şanslarını itirirlər. Yəni qayda pozuntusuna yol verənlər qəbul imtahanlarının ikinci cəhdinə də buraxılmırlar, həmçinin onlar birinci mərhələnin (buraxılış imtahanının) nəticəsinə əsasən V ixtisas qrupunun müsabiqəsində iştirak hüququnu itirirlər".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 977 Tarix: 23 may 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Yeni təhsil qanununun qəbulu təklif edilir
Azərbaycanda ali təhsil sahəsində indiyədək qaldırılan və əsaslı hesab olunan məsələlərin nəzərə alınması üçün yeni təhsil qanununun hazırlanmasına ehtiyac var. xəbər verir ki, bunu Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Vasif Qafarov komitənin bugünkü iclasında çıxışı zamanı deyib. O bildiri
11 sentyabrXankəndidə nə qədər insan yaşayır?
Xankəndidə genişmiqyaslı yenidənqurma və tikinti işləri həyata keçirilir, ilk sakinlər artıq Xankəndiyə, eləcə də Kərkicahan kəndinə qayıdırlar. Qaynarinfo xəbər verir ki, bu barədə Xankəndi şəhəri, Xocalı və Ağdərə rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Elçin Yusubov diplomatik korpusu
11 sentyabrBu atları saxlayanlara 1000 manat veriləcək
"Qarabağ" və "Dilbaz" atlarının saxlanmasına subsidiya veriləcək. "Qafqazinfo" xəbər verir ki, bu barədə Kənd Təsərrüfatı Nazirliyi məlumat yayıb. Milli at cinslərinin qorunması və sayının artırılması məqsədilə qeydiyyata alınmış "Qarabağ" və "Dilbaz"
10 sentyabr