Qohumla evlilik qadağası gəlir, nikah idarələrinə axın var

Qohumla evlilik qadağası gəlir, nikah idarələrinə axın varİyulun 1-dən qanuna dəyişiklik qüvvəyə minəcək deyə ailələr "öz içində gəlin" axtarır

"Azərbaycanda qohum evliliklərini qadağan edən qanun qəbul ediləndən sonra qohum evliliyi edən şəxslər bunu sürətləndirib".

"Yeni Müsavat" bildirir ki, bunu deputat Adil Vəliyev deyib. O qeyd edib ki, belə faktlar insanların heç də hamısının bu dəyişikliyə hazır olmadığını göstərir: "Qeyri-rəsmi nikah hallarının olması faktları da var. Bu faktlar məişət zorakılığı zəminində cinayət hadisəsi törədiləndə yayılır. Sabirabadda gənc qızın qeyri-rəsmi nikahda olduğu şəxs tərəfindən öldürülüb Kür çayına atılması ilə bağlı dəhşətli fakt oldu. O qız 15 yaşından qeyri-rəsmi nikahda yaşayıb, 16 yaşında isə həyata vida etdi. Çox təəssüfedici haldır ki, valideynlər deyirlər ki, ailədə hər şey baş verə bilər. Lakin əsas məqama toxunmurlar ki, qanuna 1 ilə yaxındır belə bir dəyişiklik olunub, amma 15 yaşında qız qeyri-rəsmi nikahda olub. "Şüurda inqilab" məsələsi deyilən anlayış var. Düşünürəm ki, bizim mental dəyərlərimizdə problem var".

Deputat təklif edib ki, qohum evliliklərinin qadağan olunması haqqında qanun iyulun 1-də qüvvəyə minəndən sonra intensiv monitorinqlərin həyata keçirilməsi üçün yeni mexanizmləri tətbiq edilsin: "Yeni monitorinqlərin nəticələri gələn ilin hesabatında yer almalıdır. Biz nəticəyə baxaq ki, Milli Məclisin əziyyəti heçəmi gedəcək, yoxsa qohum evliliklərində azalma olacaq? Əgər azalma tendensiyası olmasa, biz növbəti dəfə Cinayət Məcəlləsində daha sərt sanksiyaların qəbulu məsələsinə baxmalıyıq. Başa düşürəm ki, Cinayət Məcəlləsi liberallaşdırılması bizim dövlət siyasətidir. Amma qanuna dəyişikliklər statistikada effekt verməyəcəksə, Cinayət Məcəlləsində daha ağır sanksiyaların qəbulu məsələsinə baxmalıyıq".

Qeyd edək ki, yaxın qohumlar arasında evliliyi qadağan edən qanun qəbul edilsə də, 2025-ci il iyulun 1-dən qüvvəyə minəcək. Qanuna əsasən, xalaqızı-xalaoğlu, bibiqızı-bibioğlu, dayıqızı-dayıoğlu kimi qohumlar arasında nikaha girən şəxslər inzibati məsuliyyətə cəlb olunacaq.

Qohum evlilikləri ilə bağlı dəqiq statistik məlumatlar ictimaiyyətə hər zaman açıq şəkildə təqdim olunmasa da, ekspertlər bu nikahların daha çox Azərbaycanın cənub və qərb bölgələrində, xüsusilə Lənkəran, Masallı, Cəlilabad, Gədəbəy, Tovuz, Şəmkir, Qazax və Gəncə ətrafı ərazilərdə daha geniş yayıldığını bildirirlər. Bu bölgələrdə qohum evlilikləri bəzən adət-ənənə, bəzən də "etibar edilən ailədən gəlin alma" düşüncəsi ilə əsaslandırılır.

Niyə qohum evlilikləri təhlükəlidir?

Mütəxəssislər bildirir ki, təkrar olunan qohum nikahları nəticəsində irsi xəstəliklərin yayılma ehtimalı xeyli artır. Genetik tədqiqatlar göstərir ki, yaxın qohumlar arasında bağlanan nikahlar nəticəsində doğulan uşaqlarda anadangəlmə xəstəliklərə tutulma riski əhəmiyyətli dərəcədə yüksəlir. Bundan əlavə, bu cür nikahlar psixoloji travmalar, ailədaxili zorakılıq və sosial izolyasiya kimi problemləri də dərinləşdirir.

Sosioloqlar və psixoloqlar vurğulayırlar ki, qanunvericilik dəyişiklikləri yalnız formal yanaşmalarla məhdudlaşmamalı, ictimai şüurda dəyişikliklərə nail olmaq üçün maarifləndirmə kampaniyaları aparılmalıdır. Bu kampaniyalar təkcə hüquqi məlumatlar deyil, həm də tibbi və psixoloji baxımdan riskləri əhatə etməlidir.

Beləliklə, qohum evliliklərinə qadağa cəmiyyətin genetik sağlamlığının qorunması, ailə institutunun möhkəmləndirilməsi və qadınların hüquqlarının müdafiəsi baxımından mühüm addımdır. Amma bu addımın uğurlu olması üçün tək qanunvericilik deyil, ictimai şüurda da dəyişikliklər baş verməlidir. Cəmiyyətin hazır olmadığı bir dəyişiklik yalnız rəqəmlərdə yox, real həyatda da nəticə verməyə bilər.

Elçin Əfəndi: "Məktəblərdə dini dərslərin tədris olunması yolverilməzdir" - Mektebgushesi

Sosioloq Elçin Əfəndi mövzu ilə bağlı "Yeni Müsavat"a açıqlamasında bildirib: "Cəmiyyətimizdə hələ də mental qaydalar, mental təfəkkür öz hökmranlığını saxlayır. Ailələrin, xüsusilə də bu mövzuda daha həssas olmaları, əlbəttə ki, qohum evliliyinə gətirib çıxarır. Yəni yekunda hər bir valideyn istəyir ki, övladına tanıdığı ailənin və yaxud uzun müddət gördüyü şəxsin övladına üstünlük versin. Belə hallar mental yanaşmanın nəticəsidir. Hələ də cəmiyyət yad insanlara qarşı münasibətdə yüksək səviyyəyə çatmayıb. Bunun üçün biz müəyyən dövr ərzində beyinlərdə inqilab etməliyik ki, insanlar təkcə qohumluq evliliklərinə deyil, əlavə münasibətlərdə də müvafiq ünsiyyət və kommunikasiya qurmağı bacarsınlar ki, belə problemlər qarşıdakı dövrlərdə formalaşmasın".

Sosioloq qeyd edib ki, hazırda qanunvericiliyin tələbinə uyğun olaraq, məhz qohum evlilikləri ilə bağlı qərar qəbul olunub və iyul ayının 1-dən etibarən xalaqızı-xalaoğlu, bibiqızı-bibioğlu, dayıqızı-dayıoğlu kimi qohumluq münasibətləri əsasında ailə quranlar qanunvericiliyin tələbinə uyğun olaraq cərimələnəcəklər: "Lakin cəmiyyətimiz hələ də buna tam hazır deyil. Əksəriyyət də 1 iyul tarixinə qədər bu cür nikaha girməyə çalışır. Yaxşı olardı ki, insanlarımız tədricən bu cür düşüncədən uzaqlaşsınlar. Qanun qüvvəyə mindikdən sonra, əlbəttə ki, bu nikahların sayı azalacaq, lakin kəskin azalacağını proqnozlaşdırmaq mümkün deyil. Çünki müəyyən müddət proses davam edəcək. Yəqin ki, kəskin azalma yalnız qanun qüvvəyə mindikdən 5-6 il sonra müşahidə ediləcək".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1276   Tarix: 25 may 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

17 yaşlı Azərbaycan çempionu qəfil vəfat etdi - Foto

Azərbaycanda gənc idmançı - atlet Həvva Yambulatova qəfil vəfat edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə "Shusha Climbers" klubu məlumat yayıb. Klubun üzvü, yeniyetmələr üzrə Azərbaycan çempionu 17 yaşında dünyasını dəyişib. Həvva Yambulatovanın hansı səbəbdən həyatını itirdiy

2 noyabr
.

Azərbaycançılıq ideyası - milli birlik, dövlətçilik və vətənə sədaqətin ideoloji təməli

"Azərbaycançılıq ideyası xalqımızın milli kimliyini, tarixi yaddaşını, dövlətçilik ənənələrini və mənəvi dəyərlərini özündə birləşdirən fundamental ideoloji konsepsiyadır. Bu ideya yalnız milli mənsubiyyətin ifadəsi deyil, həm də Azərbaycan cəmiyyətinin vahid məqsədlər ətrafında birləşməsinin, dövlə

2 noyabr
.

Sabah 23° isti olacaq

Noyabrın 3-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvə

2 noyabr
.

Cövdətin qızı 1 yaşında - Fotolar

Aktyor Cövdət Şükürovun qızının bir yaşı tamam olub. Axşam.az xəbər verir ki, bu barədə aktyorun həyat yoldaşı, aktrisa Gülçin Qasımova sosial şəbəkə hesabında paylaşım edib. O, ailəvi fotosunu izləyiciləri ilə bölüşərək "Həyat yolun həmişə işıqlı olsun, mənim gözəl balam" deyə, yazıb

2 noyabr
.

Noyabrda ardıcıl 4 gün iş olmayacaq

Azərbaycanda bu ay ardıcıl 4 gün iş olmayacaq. "Qafqazinfo" xəbər verir ki, ölkəmizdə noyabrın 8-i Zəfər Günü, noyabrın 9-u isə Dövlət Bayrağı Günü qeyd olunur. Bu il Zəfər Günü bazar gününə təsadüf etdiyindən istirahət günü noyabrın 10-na keçirilib. Beləliklə, noyabrın 7-dən 10-dək ardıcı

2 noyabr
.

Küləkli hava şəraitində çalışanlara şad xəbər: Fasilələr veriləcək və iş dayandırılacaq

Milli Məclis küləkli hava şəraitində işçilərin yeni qaydalarla işlədilməsi haqda tənzimləməni üçüncü oxunuşda qəbul edib. xəbər verir ki, bununla bağlı Əmək Məcəlləsinə təklif edilən dəyişikliklər parlamentin bugünkü plenar iclasında müzakirəyə çıxarılıb. Layihəyə əsasən, işçilər küləkli havada açı

1 noyabr
.

Sabah hava necə olacaq?

Noyabrın 4-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman, az çiskin olacaq. Mülayim cənub-qər

3 noyabr
.

Özəl məktəblərdə qiymətlər dəyişdi: Təhsil haqqı artdı (SİYAHI)

Azərbaycanda ümumi təhsil almaq üçün dövlət məktəbləri ödənişsiz fəaliyyət göstərsə də, bir sıra valideynlər övladlarının təhsili üçün özəl məktəblərə üstünlük verirlər. Bu zaman məktəb seçimi ilə yanaşı, illik təhsil haqqı da əsas məsələlərdən birinə çevrilir. Özəl təhsil müəssisələrində qiymətlər is

3 noyabr
.

Bakıda avtomobil gözəllik salonuna girdi

Bu gün səhər saatlarında paytaxtın Nəsimi rayonunda yol-nəqliyyat hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, Hüseynbala Əliyev küçəsində - metronun "Memar Əcəmi" stansiyasının yaxınlığında 2 avtomobil toqquşub. Nəticədə, idarəetmədən çıxan "Toyota Aqua" markalı avtomobi

2 noyabr