Kimlər daha tez pensiyaya çıxa bilər? - Siyahı

Kimlər daha tez pensiyaya çıxa bilər? - Siyahı"Daha tez pensiyaya çıxmaq hüququ yalnız çoxuşaqlı ailələrə deyil, bir sıra digər vətəndaşlarımıza da şamil olunur".

"Qafqazinfo" xəbər verir ki, bu barədə deputat Vüqar Bayramov sosial şəbəkə hesabında bildirib.

V.Bayramov qeyd edib ki, güzəştli şərtlərlə pensiya hüququ "Əmək pensiyaları" haqqında Qanunla təsbit olunub:

"Belə ki, Qanunun 8-ci maddəsi "uşaqlara görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ olan şəxsləri", 9-cu maddəsi isə "güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxsləri" müəyyən edir.

Sözügedən Qanuna əsasən, valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş səkkiz yaşınadək övladlığa və ya qəyyumluğa götürülmüş uşaqlar da daxil olmaqla beş və daha çox uşağı olan və ya əlilliyi olan uşağı olan qadınların və kişilərin, uşaqların səkkiz yaşınadək sağ olması şərtilə yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ var. Bu o deməkdir ki, çoxuşaqlı ailələrdə analar 59, əgər bu hüquqdan atalar istifadə edirsə, o zaman onlar 60 yaşında pensiyaya çıxırlar".

Onun sözlərinə görə, Qanunun 9-cu maddəsində güzəştli şərtlərlə pensiya hüququ qaznan vətəndaşlarımızın siyahısı kifayət qədər genişdir:

"Belə ki, axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin Nazirlər Kabinetinin təsdiq etdiyi siyahıda nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ var.

Bununla yanaşı, hipovizqanizm xəstəliyinə tutulan şəxslərin (liliputların) və fizioloji mütənasibliyi pozulmuş cırtdanboy şəxslərin azı 5 il sığorta stajı olduqda pensiya yaş həddi 20 il azaldılır.

Mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işlə əlaqədar vəzifələrdə çalışanların həmin işlər üzrə azı 25 il, səhhətinə görə uçuş işindən azad olunmuş şəxslərin isə həmin işlər üzrə azı 20 il sığorta stajı olduqda 15 il tez əmək pensiyası ala bilirlər. Eyni zamanda, bir sıra dövlət sektorlarında, o cümlədən prokurorluq, hərbi xidmət, ədliyyə orqanları və s. çalışanların da qulluq müddətindən asılı olaraq daha tez pensiyaya çıxmaq hüquqları var.

Bütün bunlarla yanaşı, daha çox vətəndaşımıza tez pensiyaya çıxmaq hüququnun verilməsi ilə bağlı təkliflərimizi də təqdim edirik. Pensiya islahatların dərinləşməsi pensiya yaşının müəyyənləşdirilməsində kəmiyyət göstəriciləri ilə yanaşı, keyfiyyət göstəricilərindən istifadəni daha da aktuallaşdırır".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 846   Tarix: 26 may 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycan-Türkiyə enerji tərəfdaşlığının yeni mərhələsi: Bakıdan verilən strateji mesaj

Azərbaycan və Türkiyə münasibətləri son illərdə yalnız siyasi və hərbi-strateji müttəfiqlik səviyyəsində deyil, həm də enerji, nəqliyyat və iqtisadi əməkdaşlığın bütün istiqamətlərində yeni mərhələyə daxil olub. Bu baxımdan Bakıda keçirilən Azərbaycan-Türkiyə 5-ci Enerji Forumu iki qardaş ölkənin enerj

11 sentyabr
.

Milli Məclisin Elm və təhsil komitəsinin üzvləri Qarabağ Universitetini ziyarət etmək istəyirlər

Milli Məclisin Elm və təhsil komitəsinin üzvləri Qarabağ Universitetini ziyarət etmək istəyir. xəbər verir ki, bunu komitə sədri Anar İsgəndərov komitənin bugünkü iclasında deyib. O qeyd edib ki, bu məsələni qışa saxlamadan yaxın müddətdə reallaşdırmaq lazımdır: "Mən artıq rektorla da danışmışam"

11 sentyabr
.

"Təhsil kreditlərinin sosial meyarları müəyyən edilərkən ailənin real gəliri nəzərə alınmalıdır" - DEPUTAT

Valideynin işləməsi heç də həmişə ailənin maddi imkanlı olması demək deyil. Təhsil krediti dəyərləndirilərkən bunu nəzərə almaq lazımdır. xəbər verir ki, bunu Milli Məclisin deputatı Elnarə Akimova parlamentin Elm və təhsil komitəsinin bugünkü iclasında deyib. Onun fikrincə, reallığa baxdıqda hər ik

11 sentyabr
.

Yeni təhsil qanununun qəbulu təklif edilir

Azərbaycanda ali təhsil sahəsində indiyədək qaldırılan və əsaslı hesab olunan məsələlərin nəzərə alınması üçün yeni təhsil qanununun hazırlanmasına ehtiyac var. xəbər verir ki, bunu Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Vasif Qafarov komitənin bugünkü iclasında çıxışı zamanı deyib. O bildiri

11 sentyabr
.

Diplomatlar Yuxarı Gövhər Ağa məscidini, Qarabağ küçəsini və "Sadıqcanın evi"ni ziyarət ediblər - FOTO - VİDEO

Qarabağa və Şərqi Zəngəzura səfər edən diplomatik korpus nümayəndələri Şuşa şəhərindəki Yuxarı Gövhər Ağa məscidində olublar. "Report"a istinadən xəbər verir ki, qonaqlara memarlıq abidəsi və onun tarixi barədə məlumat verilib. Müsəlman ölkələrindən olan diplomatlar məsciddə namaz qılıblar

11 sentyabr
.

Ali təhsilin 3 ilə endirilməsi: zamanın tələbi, yoxsa keyfiyyət üçün yeni sınaq?

Ali təhsil sistemində son illər müzakirəyə çıxarılan ən mühüm məsələlərdən biri bakalavr təhsilinin müddətinin üç ilə endirilməsi ideyasıdır. İlk baxışdan bu yanaşma sadə görünür: tələbə universiteti daha qısa müddətdə bitirir, əmək bazarına daha tez daxil olur və həm ailənin, həm də dövlətin təhsi

11 sentyabr
.

Xankəndidə nə qədər insan yaşayır?

Xankəndidə genişmiqyaslı yenidənqurma və tikinti işləri həyata keçirilir, ilk sakinlər artıq Xankəndiyə, eləcə də Kərkicahan kəndinə qayıdırlar. Qaynarinfo xəbər verir ki, bu barədə Xankəndi şəhəri, Xocalı və Ağdərə rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Elçin Yusubov diplomatik korpusu

11 sentyabr
.

Bu atları saxlayanlara 1000 manat veriləcək

"Qarabağ" və "Dilbaz" atlarının saxlanmasına subsidiya veriləcək. "Qafqazinfo" xəbər verir ki, bu barədə Kənd Təsərrüfatı Nazirliyi məlumat yayıb. Milli at cinslərinin qorunması və sayının artırılması məqsədilə qeydiyyata alınmış "Qarabağ" və "Dilbaz"

10 sentyabr
.

Üçillik ali təhsil: Azərbaycan universitetlərində köklü dəyişiklik, yoxsa keyfiyyət üçün təhlükəli eksperiment?

Ali təhsilin müddətinin üç ilə endirilməsi ilə bağlı müzakirələr cəmiyyət üçün yalnız texniki və inzibati məsələ deyil. Bu, Azərbaycanın gələcək kadr potensialına, əmək bazarına, universitetlərin fəaliyyətinə və bütövlükdə təhsilin keyfiyyətinə birbaşa təsir göstərə biləcək ciddi islahat məsələsidir

11 sentyabr