Mehriban Vəliyeva: "Təhsilsiz şəxslər insan alverinin qurbanına daha tez çevrilirlər"

Mehriban Vəliyeva: "Təhsilsiz şəxslər insan alverinin qurbanına daha tez çevrilirlər"Azərbaycanda İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Fəaliyyət Planının hazırlanmasının 21 ili, "İnsan Alverinə qarşı Mübarizə Haqqında" qanunun qəbulunun isə 20 ili tamam olur. 2025-2030-cu illər üçün Milli Fəaliyyət planı da hazırlanıb və öz tövsiyələrini vermək üçün aidiyyəti dövlət orqanlarına təqdim olunub.

"Getdikcə qlobal problemə çevrilən, bəşəriyyətin sağlam inkişafına ciddi əngəl olan insan alveri bu gün bütün dünya ölkələri, cəmiyyətlər üçün ciddi başağrısına çevrilib. Azərbaycan da dünyanın bir parçası olduğu üçün insan alveri ilə bağlı cinayətlərdən, onun doğurduğu bəlalardan kənarda qala bilmir. Bütün müstəqil və hüquqi dövlətlərdə olduğu kimi bizim ölkəmizdə də insan alverinə qarşı mübarizə yüksək səviyyədə həyata keçirilir. Dövlətimiz problemin həlli ilə yanaşı, onu yaradan səbəblərin aradan qaldırılması üçün addımlar atır. Xüsusilə də, əhalini maarifləndirmək, hər bir uşağı icbari təhsilə cəlb etmək və onlara müvafiq biliklər vermək yolu ilə insan alveri qurbanlarının sayını minimuma endirmək siyasəti təqdirəlayiqdir. Müşahidələr göstərir ki, insan alverinin qurbanlarına çevrilən şəxslərin böyük əksəriyyəti savadsız və bilgisizdir. Beynəlxalq təşkilatların, dövlətlərin, QHT-lərin hesabatları, statistikaları bunu təsdiqləyir".

Bunu saytımıza açıqlamasında Milli Məclisin deputatı Mehriban Vəliyeva bildirib. Onun sözlərinə görə, təhsilsiz insanlar insan alveri ilə məşğul olan şəbəkələrin toruna daha tez və daha asan düşürlər.

Qanunsuz işədüzəltmə, moda agentlikləri, tanışlıq və nikah haqqında elan saytları insanların bilgisizliyindən, maddi durumlarının çətinliyindən istifadə edərək onları öncə əməkdaşlığa həvəsləndirir, sonra məcburi əməyə cəlb edirlər. Xaricdə təhsil adı altında da gənclərimiz insan alverinin qurbanına çevrilirlər. Təbii ki, təhsildən yayınan gənclərin insan alveri şəbəkəsinin qurbanına çevrilməsi riski daha yüksəkdir. Azərbaycanda Daxili İşilər Nazirliyi, digər dövlət orqanları, QHT-lər insan alverinə qarşı mübarizədə olduqca aktiv və nümunəvi fəaliyyət göstərirlər. Daxili İşlər Nazirliyi ilə Elm və Təhsil Nazirliyi arasında imzalanmış memoranduma uyğun olaraq, peşə və internat məktəblərində, digər təhsil ocaqlarında birgə maarifləndirmə tədbirləri keçirilir. Ötən il ərzində dövlət orqanlarında çalışan yüzlərlə şəxsə insan alveri və məcburi əmək qurbanlarının müəyyənləşdirilməsi və onlar ilə bağlı çoxsaylı ixtisasartırma kursu keçirilmişdir. Həmçinin Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən sosial platformalarda insan hüquqları, uşaqların təhsildən yayınması və baxımsızlığı, uşaq nikahlarının qarşısının alınması və s. istiqamətlər üzrə məlumatlandırıcı posterlər yayımlanmışdır. İnsan alveri qurbanlarının müvəqqəti yaşaması üçün yaradılmış sığınacaqlarda, xüsusi müəssisələrdə bütün xidmətlər ödənişsiz göstərilir. Xüsusi müəssisələrin yaradılması, maliyyələşdirilməsi, fəaliyyəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İnsan alveri qurbanlarının dövlət sığınacaqlarına yerləşdirilməsi, hüquqi yardımın göstərilməsi, onların təhsillərinin davam etdirilməsi, psixoloji, tibbi və peşə reabilitasiyası üçün tədbirlər görülməsi, həmin şəxslərin cəmiyyətə adabtasiya olması və işlə təmin edilməsi istiqamətində xeyli işlər görülüb. Azərbaycan Respublikasının "İnsan alverinə qarşı mübarizə haqqında" Qanununa əsasən, cinayət təqibi orqanının müraciətinə uyğun olaraq dövlət orqanları öz səlahiyyətləri daxilində sığınacaqlar yaradır və Yardım mərkəzləri də öz funksiyaları çərçivəsində insan alveri qurbanlarına yardım göstərirlər. İnsan alverindən zərər çəkmiş şəxslərə reinteqrasiya dövründə qanunvericiliyə müvafiq olaraq dövlət büdcəsi və digər mənbələr hesabına Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi məbləğdə müavinət ödənilir. İnsan alveri qurbanlarının sosial reabilitasiyası həyata keçirilərkən onların hüquqlarının hər hansı formada məhdudlaşdırılmasına, yaxud onların iradəsinə zidd reabilitasiya tədbirlərinin tətbiq edilməsinə yol verilmir". Deputat qeyd etdi ki, Azərbaycan polisi insan alverinin qurbanına çevrilən vətəndaşlarımızın müdafiəsini təmin edir: " İnsan alverindən zərər çəkmiş şəxsin, onun yaxın qohumlarının, habelə insan alverinə qarşı mübarizəyə yardım göstərən şəxslərin həyat və sağlamlığına təhlükə yarada bilən məlumatların gizli saxlanması - konfidensiallığı bütün hallarda təmin edilir. Bu məlumatları qəsdən yayma qanunvericiliklə müəyyən edilmiş məsuliyyətə səbəb olur. Azərbaycan ərazisində insan alverinin qurbanı olan əcnəbi və ya vətəndaşlığı olmayan şəxslərin müdafiəsi də ölkə vətəndaşları ilə bərabər səviyyədə təmin edilir. Bu gün cinayətkar şəbəkələr öz çirkin məqsədlərinə çatmaq üçün ən müxtəlif vasitələrdən - müasir texnologiyaların, sosial şəbəkələrin imkanlarından geniş istifadə edirlər. Ona görə də dünyada insanın istismarına xidmət edən fəaliyyətlərin sırası ildən-ilə genişlənir. Bəzi ölkələrdə insanların alınıb-satılması, oğurlanması, girov götürülməsi, cinsi istismarı, məcburi əmək, məişət köləliyi, insan orqanlarının alveri daha geniş yayılıb.

M.Vəliyeva bildirdi ki, insan alverinə qarşı mübarizəni daha da gücləndirmək üçün maarifləndirmə tədbirlərinin sayını artırmaq lazımdır:

"Mövzu ilə bağlı çoxsaylı filmlər, sosial çarxlar hazırlanmalı və ictimaiyyətə təqdim olunmalıdır. Televiziyaların imkanlarından yararlanmaqla proflaktik tədbirləri gücləndirmək vacibdir. Hər bir ailədə milli dəyərlər aşılanarsa, təlim-tərbiyə işləri vaxtında aparılarsa, gənclərimiz də kriminal ünsürlərdən bir o qədər uzaq olar. Daxili İşlər Nazirliyinin insan alveri, narkomaniya və kibercinayətkarlıqla mübarizəni gücləndirdiyi bir vaxtda ictimaiyyət, valideynlər polislə sıx əməkdaşlıq etməli, öz köməkliklərini göstərməlidirlər. Ən əsası həm insan alverinin qurbanı olan şəxslər, həm də onların yaxınları problemlərlə bağlı vaxtında polisə müraciət etməlidirlər. Təcrübə göstərir ki, polis-cəmiyyət bağlarının güclü olduğu ölkələrdə cinayətkarlığa qarşı daha effektiv mübarizə aparmaq mümkün olur. Azərbaycan polisi də xalqın inamına, etimadına arxalanaraq cinayətkarlıqla uğurlu, barışmaz mübarizə aparır. Məhz bunun nəticəsidir ki, Azərbaycanda kriminal ünsürlər vaxtında zərərsizləşdirilir və ictimai sabitliyik hökm sürür. Bu gün əminlikə demək olar ki,hüquq-mühafizə orqanları və xüsusi ilə də polis əməkdaşları tək insan alverinə qarşı mübarizədə deyil ümumiyyətlə cinayətkarlığın bütün növlərinə qarşı yüksək səviyyədə mübarizə aparır və öz fəaliyyətini ölkə qanunları çərçivəsində, zamanın diktə etdiyi tələblərə uyğun qurur. Son illər bütün dünyada olduğu kimi, ölkəmizdə də kibercinayətkarlığın artması, ona qarşı mübarizənin gücləndirilməsini qaçılmaz edib. DİN kibercinayətkarlığa qarşı həm hüquqi müstəvidə, həm də maarifləndirmə yolu ilə ciddi və hərtərəfli mübarizə aparır. Eyni zamanda ölkəmizdə narkomaniyaya qarşı aparılan mübarizədə hüquq-mühafizə orqanlarının barışmaz mövqeyi bir çox ölkələrə nümunə ola bilər. Bəşəriyyətin bəlası olan narkamaniyaya qarşı mübarizə yalnız DİN-nin işi olmamalıdır. Bu məsələdə vətəndaş mövqeyi, mütəşşəkkil mübarizədə cəmiyyətin sayıqlığı gənclərimizi, ailələrimizi qorumaq üçün çox vacib amil olduğunu unutmamalıyıq.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 880   Tarix: 26 may 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

17 yaşlı Azərbaycan çempionu qəfil vəfat etdi - Foto

Azərbaycanda gənc idmançı - atlet Həvva Yambulatova qəfil vəfat edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə "Shusha Climbers" klubu məlumat yayıb. Klubun üzvü, yeniyetmələr üzrə Azərbaycan çempionu 17 yaşında dünyasını dəyişib. Həvva Yambulatovanın hansı səbəbdən həyatını itirdiy

2 noyabr
.

Azərbaycançılıq ideyası - milli birlik, dövlətçilik və vətənə sədaqətin ideoloji təməli

"Azərbaycançılıq ideyası xalqımızın milli kimliyini, tarixi yaddaşını, dövlətçilik ənənələrini və mənəvi dəyərlərini özündə birləşdirən fundamental ideoloji konsepsiyadır. Bu ideya yalnız milli mənsubiyyətin ifadəsi deyil, həm də Azərbaycan cəmiyyətinin vahid məqsədlər ətrafında birləşməsinin, dövlə

2 noyabr
.

Sabah 23° isti olacaq

Noyabrın 3-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvə

2 noyabr
.

Cövdətin qızı 1 yaşında - Fotolar

Aktyor Cövdət Şükürovun qızının bir yaşı tamam olub. Axşam.az xəbər verir ki, bu barədə aktyorun həyat yoldaşı, aktrisa Gülçin Qasımova sosial şəbəkə hesabında paylaşım edib. O, ailəvi fotosunu izləyiciləri ilə bölüşərək "Həyat yolun həmişə işıqlı olsun, mənim gözəl balam" deyə, yazıb

2 noyabr
.

Noyabrda ardıcıl 4 gün iş olmayacaq

Azərbaycanda bu ay ardıcıl 4 gün iş olmayacaq. "Qafqazinfo" xəbər verir ki, ölkəmizdə noyabrın 8-i Zəfər Günü, noyabrın 9-u isə Dövlət Bayrağı Günü qeyd olunur. Bu il Zəfər Günü bazar gününə təsadüf etdiyindən istirahət günü noyabrın 10-na keçirilib. Beləliklə, noyabrın 7-dən 10-dək ardıcı

2 noyabr
.

Küləkli hava şəraitində çalışanlara şad xəbər: Fasilələr veriləcək və iş dayandırılacaq

Milli Məclis küləkli hava şəraitində işçilərin yeni qaydalarla işlədilməsi haqda tənzimləməni üçüncü oxunuşda qəbul edib. xəbər verir ki, bununla bağlı Əmək Məcəlləsinə təklif edilən dəyişikliklər parlamentin bugünkü plenar iclasında müzakirəyə çıxarılıb. Layihəyə əsasən, işçilər küləkli havada açı

1 noyabr
.

Sabah hava necə olacaq?

Noyabrın 4-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman, az çiskin olacaq. Mülayim cənub-qər

3 noyabr
.

Özəl məktəblərdə qiymətlər dəyişdi: Təhsil haqqı artdı (SİYAHI)

Azərbaycanda ümumi təhsil almaq üçün dövlət məktəbləri ödənişsiz fəaliyyət göstərsə də, bir sıra valideynlər övladlarının təhsili üçün özəl məktəblərə üstünlük verirlər. Bu zaman məktəb seçimi ilə yanaşı, illik təhsil haqqı da əsas məsələlərdən birinə çevrilir. Özəl təhsil müəssisələrində qiymətlər is

3 noyabr
.

Bakıda avtomobil gözəllik salonuna girdi

Bu gün səhər saatlarında paytaxtın Nəsimi rayonunda yol-nəqliyyat hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, Hüseynbala Əliyev küçəsində - metronun "Memar Əcəmi" stansiyasının yaxınlığında 2 avtomobil toqquşub. Nəticədə, idarəetmədən çıxan "Toyota Aqua" markalı avtomobi

2 noyabr