İmtahan stresi və dəstək mexanizmləri: Psixoloqdan tövsiyələr

İmtahan stresi və dəstək mexanizmləri: Psixoloqdan tövsiyələr"Ali məktəblərə qəbul prosesi hər bir gəncin həyatında dönüş nöqtəsidir və bu dövr, təbii olaraq, həm abituriyentlər, həm də valideynlər üçün psixoloji cəhətdən yüklü keçir. Bu səbəbdən məsələyə həm fərdi, həm də ailə kontekstindən yanaşmaq vacibdir.Abituriyentlər imtahan stresini idarə etmək üçün bir neçə üsuldan istifadə edə bilərlər. Vacib məqamlardan biri düşüncə idarəsi və özünə inamın gücləndirilməsidir. Gənclər bilməlidirlər ki, imtahan həyatın sonu və ya yeganə uğur meyarı deyil. Bu, sadəcə bir mərhələdir və nəticədən asılı olmayaraq onların dəyəri və potensialı dəyişmir. Özlərini yalnız nəticəyə deyil, prosesə fokuslamağa yönəltməlidirlər. "Əlimdən gələnin ən yaxşısını edəcəyəm" düşüncəsi onlarda stresin azalmasına kömək edər. Daha vacib məqam düzgün zaman idarəçiliyi və fasilələrlə öyrənməkdir. Hər gün davamlı oxumaq, fasiləsiz hazırlaşmaq əks effekt verə bilər. Pomodoro metodu (25 dəqiqə fokuslanma, 5 dəqiqə istirahət) kimi texnikalar həm effektiv, həm də enerjiyə qənaətli bir üsuldur".

Bu sözləri Sonxeber.az-a Psixologiya Elmi Tədqiqat İnstitutunun sədri, psixoloq Elnur Rüstəmov danışıb.

İmtahan stresi və dəstək mexanizmləri: Psixoloqdan tövsiyələrElnur Rüstəmov açıqlamasında onu da qeyd edib ki, abituriyentlər tənəffüs və relaksasiya texnikalarından istifadə etsələr daha yaxşı olar:

"Belə ki, dərin nəfəs alma məşqləri, vizualizasiya (özünü uğurla imtahandan çıxmış şəkildə təsəvvür etmək), və ya yüngül fiziki fəaliyyət (gəzinti, idman) stres hormonlarını azaltmağa kömək edir. Eyni zamanda imtahan şəraitini əvvəlcədən simulyasiya etmək, yəni eyni müddət, qaydalar və şəraitdə sınaq keçirmək real imtahanda panikanı azaldır.
Eyni zamanda valideynlər övladlarına bu dövrdə dəstək olmalıdırlar. Belə ki, valideynlər "Yaxşı hazırlaşmısan?", "Neçə bal gözləyirsən?" kimi sualları azaltmalı, əvəzində "Sənin zəhmətin bizim üçün dəyərlidir", "Nə olursa olsun, səni sevirik və səninləyik" kimi ifadələrlə emosional dəstək olmalıdırlar. Valideynlər həmçinin gözləntiləri tarazlaşdırılmalıdırlar.
Bəzən valideynlərin yüksək gözləntiləri uşaqlarda "yetərsizəm" hissi doğurur. Ona görə də valideynlər real, şəxsiyyətə uyğun gözləntilər formalaşdırmalı və imtahan nəticəsini ailə münasibətləri ilə bağlamamalıdır. Eyni zamanda valideynlər nəzərə almalıdırlar ki, yuxu rejiminə nəzarət, düzgün qidalanma və sakit ev mühiti abituriyent üçün vacibdir. Uşağın öz otağında rahat hazırlıq aparması üçün şərait yaradılmalıdır. Həmçinin valideynlər övladlarına izah etməlidirlər ki, bu imtahan sadəcə bir mərhələdir və həyatda uğur qazanmağın çox fərqli yolları var. Hər bir insanın güclü tərəfləri fərqlidir və əsas olan onları tapıb inkişaf etdirməkdir.
Bu səbəbdən də imtahan dönəmi həm emosional, həm də psixoloji baxımdan həssas bir mərhələdir. Bu mərhələdə abituriyentin yanında olmaq, ona güvən vermək və stresə qarşı ortaq strategiyalar qurmaq ailənin ən önəmli vəzifəsidir. Unutmayaq ki, güvən hissi ilə hazırlaşan gənc, yalnız imtahanda deyil, həyatda da daha dayanıqlı olur".

Vüsalə İbrahimli


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1237   Tarix: 26 may 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

17 yaşlı Azərbaycan çempionu qəfil vəfat etdi - Foto

Azərbaycanda gənc idmançı - atlet Həvva Yambulatova qəfil vəfat edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə "Shusha Climbers" klubu məlumat yayıb. Klubun üzvü, yeniyetmələr üzrə Azərbaycan çempionu 17 yaşında dünyasını dəyişib. Həvva Yambulatovanın hansı səbəbdən həyatını itirdiy

2 noyabr
.

Azərbaycançılıq ideyası - milli birlik, dövlətçilik və vətənə sədaqətin ideoloji təməli

"Azərbaycançılıq ideyası xalqımızın milli kimliyini, tarixi yaddaşını, dövlətçilik ənənələrini və mənəvi dəyərlərini özündə birləşdirən fundamental ideoloji konsepsiyadır. Bu ideya yalnız milli mənsubiyyətin ifadəsi deyil, həm də Azərbaycan cəmiyyətinin vahid məqsədlər ətrafında birləşməsinin, dövlə

2 noyabr
.

Sabah 23° isti olacaq

Noyabrın 3-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvə

2 noyabr
.

Cövdətin qızı 1 yaşında - Fotolar

Aktyor Cövdət Şükürovun qızının bir yaşı tamam olub. Axşam.az xəbər verir ki, bu barədə aktyorun həyat yoldaşı, aktrisa Gülçin Qasımova sosial şəbəkə hesabında paylaşım edib. O, ailəvi fotosunu izləyiciləri ilə bölüşərək "Həyat yolun həmişə işıqlı olsun, mənim gözəl balam" deyə, yazıb

2 noyabr
.

Noyabrda ardıcıl 4 gün iş olmayacaq

Azərbaycanda bu ay ardıcıl 4 gün iş olmayacaq. "Qafqazinfo" xəbər verir ki, ölkəmizdə noyabrın 8-i Zəfər Günü, noyabrın 9-u isə Dövlət Bayrağı Günü qeyd olunur. Bu il Zəfər Günü bazar gününə təsadüf etdiyindən istirahət günü noyabrın 10-na keçirilib. Beləliklə, noyabrın 7-dən 10-dək ardıcı

2 noyabr
.

Küləkli hava şəraitində çalışanlara şad xəbər: Fasilələr veriləcək və iş dayandırılacaq

Milli Məclis küləkli hava şəraitində işçilərin yeni qaydalarla işlədilməsi haqda tənzimləməni üçüncü oxunuşda qəbul edib. xəbər verir ki, bununla bağlı Əmək Məcəlləsinə təklif edilən dəyişikliklər parlamentin bugünkü plenar iclasında müzakirəyə çıxarılıb. Layihəyə əsasən, işçilər küləkli havada açı

1 noyabr
.

Sabah hava necə olacaq?

Noyabrın 4-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman, az çiskin olacaq. Mülayim cənub-qər

3 noyabr
.

Özəl məktəblərdə qiymətlər dəyişdi: Təhsil haqqı artdı (SİYAHI)

Azərbaycanda ümumi təhsil almaq üçün dövlət məktəbləri ödənişsiz fəaliyyət göstərsə də, bir sıra valideynlər övladlarının təhsili üçün özəl məktəblərə üstünlük verirlər. Bu zaman məktəb seçimi ilə yanaşı, illik təhsil haqqı da əsas məsələlərdən birinə çevrilir. Özəl təhsil müəssisələrində qiymətlər is

3 noyabr
.

Bakıda avtomobil gözəllik salonuna girdi

Bu gün səhər saatlarında paytaxtın Nəsimi rayonunda yol-nəqliyyat hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, Hüseynbala Əliyev küçəsində - metronun "Memar Əcəmi" stansiyasının yaxınlığında 2 avtomobil toqquşub. Nəticədə, idarəetmədən çıxan "Toyota Aqua" markalı avtomobi

2 noyabr