Ev şəraitində hazırlanan qidalar: Alarkən nələrə diqqət edilməlidir? - AÇIQLAMA
"Son illərdə insanların iş şəraiti, sıxlığı artdıqca hazır yeməklərə və yarımfabrikat məhsullara olan maraq da yüksəlib. Bu həm rahatlıq baxımından, həm də vaxt qazancı baxımından sərfəli görünür. Xüsusilə sosial şəbəkələrdə fəaliyyət göstərən səhifələr ev şəraitində müxtəlif təamlar hazırlayıb satışa çıxarırlar. Lakin bu cür məhsulları alarkən bəzi əsas məqamlara diqqət etməliyik".
Bu sözləri Sonxeber.az-a qida eksperti Asim Vəliyev danışıb.
O, açıqlamasında qeyd edib ki, ilk olaraq hər hansı bir qidanın təhlükəsizliyi onun hazırlanma şəraitindən və saxlanma şərtlərindən asılıdır:
"Ev şəraitində hazırlanan məhsulların bir çoxunda rəsmi nəzarət və yoxlama prosesi olmur. Bu da mikrobioloji çirklənmə, düzgün olmayan saxlama temperaturu və istifadə müddəti kimi riskləri artırır.
İstehlakçı olaraq belə məhsulları alarkən diqqət etməli olduğumuz bəzi məqamlar var. Sosial şəbəkədə fəaliyyət göstərən səhifənin neçə vaxtdır fəaliyyət göstərdiyinə, izləyici rəylərinə və paylaşılan məlumatlara baxmaq vacibdir. Məsələn, mətbəx şəraitini göstərən videolar, istifadə edilən məhsullar haqqında məlumat verilməsi yaxşı haldır.
Qidanın nə cür qablaşdırıldığı və hansı temperaturda saxlanıldığı çox vacibdir. Tərkibində ət, süd məhsulu və ya yumurta olan yeməklər soyuducu şəraitində saxlanmalıdır. Əgər bu şərtlər pozulursa, məhsul asanlıqla xarab ola bilər.
Hər birimizin sağlamlıq vəziyyəti fərqlidir. Bəzimiz müəyyən məhsullara qarşı allergiyalı oluruq. Ona görə də alınan məhsulun tərkibi barədə əvvəlcədən məlumat almaq çox vacibdir. Hazır və ya yarımfabrikat məhsullarda ən vacib məsələlərdən biri də istifadə müddətidir. Tarixsiz və ya şübhəli tarixli görünən məhsulları almasaq daha yaxşı olar.
Çox təəssüf ki, bəzi hallarda hazırlanan qidaların gigiyenik şəraitdə hazırlanmadığı müşahidə olunur. Bu hal da qida zəhərlənmələrinə səbəb ola bilər. Bu baxımdan istehlakçılar ən azı vizual baxışla təmizliyə diqqət yetirməlidirlər".
Vüsalə İbrahimli
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Dövlət işçilərinə maaş əlavələri və mükafatlar belə veriləcək - Prezidentdən Fərman
Ləman Ələşrəfqızı bu kanalda aparıcı olacaq
Erkən ölüm riskini azaltmağın sadə yolu tapılıb
12 evdən ibarət kənd pulsuz verilir - Bir şərtlə
500 minə yaxın ev sənədlə təmin edilə BİLƏR - Ekspertdən AÇIQLAMA
Fatma Mahmudova qızının nişanını qaytardığını açıqladı
Yeni "iPhone 18" bu qiymətə satılacaq -Fotolar
Ali Məhkəmənin qərarına baxmayaraq eyni mənzil bir neçə dəfə satılıb - ŞİKAYƏT
Şəkidə faciəli şəkildə ölən Ucalın bacısı: "Qanı yerdə qalmayacaq"
Pensiyalar bu tarixdə ÖDƏNİLƏCƏK
Sevgilisinə internetdən çiçək sifariş vermək istəyən kişi 33 min pul itirdi
Bu adada doğulan hər uşağa görə dövlət 6 min manat ödəyəcək
Ritualla həyatımızı dəyişdirə bilərik? - AÇIQLAMA
"Bantik"lə bağlı qalmaqal: "Pul vermədi, pəncərələri də sildirirdi"
Nikah yaşına çatmayan qızla 31 yaşlı şəxsin toyunun qarşısı alındı