"Bakcell" regionun ən nüfuzlu innovasiya sammitinin tərəfdaşı olacaq

"Bakcell" regionun ən nüfuzlu innovasiya sammitinin tərəfdaşı olacaqİnnovasiya və sürət lideri "Bakcell" regionun ən nüfuzlu innovasiya tədbiri -"INMerge" Sammitinin tərəfdaşı olacaq. Sammit çərçivəsində "Bakcell"in dəstəyi ilə baş tutacaq "Telco 2 Techco" panel müzakirəsində şirkətin baş icraçı direktoru Klaus Müller çıxış edəcək. Tədbirdə qlobal texnologiya və telekommunikasiya şirkətlərinin nümayəndələrinin iştirakı nəzərdə tutulur. Panel müzakirəsi zamanı dəyişən dünyada baş verən çağırışlar, telekommunikasiya sənayesindən texnologiya sənayesinə keçid, son dövr yeniliklər, süni intellekt əsaslı məhsul və xidmətlərlə bağlı müzakirələr aparılacaq.
"Bakcell" innovasiya və süni intellekt əsaslı həllərlə Azərbaycanın rəqəmsal transformasiyası və texnologiya ekosisteminin inkişafında yaxından iştirak edir. Bu həllər şirkətin həm əməliyyat proseslərində, həm də "Bakcell"in müştərilərinə təqdim etdiyi gündəlik məhsul və xidmətlərində öz əksini tapır. Eyni zamanda, şirkətin dayanıqlı inkişaf və korporativ sosial məsuliyyət strategiyası çərçivəsində innovasiyalar və süni intellekt ilə bağlı geniş, əhatəli fəaliyyət planı həyata keçirilir.
"Paşa Holding" tərəfindən 29-30 sentyabr tarixlərində təşkil olunacaq "INMerge" Sammiti Cənubi Qafqaz və Mərkəzi Asiyada innovasiya, texnologiya və sahibkarlıq sahələrində liderləri, startapları, investorları və dövlət nümayəndələrini bir araya gətirən ən mühüm texnoloji tədbirdir. Builki "INMerge" Sammitində 5000-dən çox iştirakçı, 150-dən artıq spiker və 100-dən çox startapın iştirakı nəzərdə tutulur. Sammit zamanı iştirakçılar ən son trendlər, süni intellekt, data analitika, kibertəhlükəsizlik və digər aktual mövzular üzrə fikir mübadiləsi aparacaq, eləcə də qlobal əməkdaşlıq imkanlarını müzakirə etmək imkanı əldə edəcəklər.
"Bakcell" haqqında
"Bakcell" Azərbaycanın ilk və ən böyük özəl telekommunikasiya şirkətidir. Hazırda şirkət üç milyondan çox müştərini yüksəkkeyfiyyətli və sürətli telekommunikasiya xidmətləri ilə təmin edir. Ölkə iqtisadiyyatının qeyri-neft sektorunun ən böyük investorlarından biri olan "Bakcell" süni intellekt əsaslı innovativ həllərlə Azərbaycanın dayanıqlı inkişafına töhfə verir.
"Bakcell" müxtəlif ölkələrdə telekommunikasiya, enerji, yüksək texnologiyalar və tikinti sahələrində fəaliyyət göstərən "NEQSOL Holding" beynəlxalq şirkətlər qrupunun tərkibinə daxildir.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 725   Tarix: 26 may 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

17 yaşlı Azərbaycan çempionu qəfil vəfat etdi - Foto

Azərbaycanda gənc idmançı - atlet Həvva Yambulatova qəfil vəfat edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə "Shusha Climbers" klubu məlumat yayıb. Klubun üzvü, yeniyetmələr üzrə Azərbaycan çempionu 17 yaşında dünyasını dəyişib. Həvva Yambulatovanın hansı səbəbdən həyatını itirdiy

2 noyabr
.

Azərbaycançılıq ideyası - milli birlik, dövlətçilik və vətənə sədaqətin ideoloji təməli

"Azərbaycançılıq ideyası xalqımızın milli kimliyini, tarixi yaddaşını, dövlətçilik ənənələrini və mənəvi dəyərlərini özündə birləşdirən fundamental ideoloji konsepsiyadır. Bu ideya yalnız milli mənsubiyyətin ifadəsi deyil, həm də Azərbaycan cəmiyyətinin vahid məqsədlər ətrafında birləşməsinin, dövlə

2 noyabr
.

Sabah 23° isti olacaq

Noyabrın 3-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvə

2 noyabr
.

Cövdətin qızı 1 yaşında - Fotolar

Aktyor Cövdət Şükürovun qızının bir yaşı tamam olub. Axşam.az xəbər verir ki, bu barədə aktyorun həyat yoldaşı, aktrisa Gülçin Qasımova sosial şəbəkə hesabında paylaşım edib. O, ailəvi fotosunu izləyiciləri ilə bölüşərək "Həyat yolun həmişə işıqlı olsun, mənim gözəl balam" deyə, yazıb

2 noyabr
.

Noyabrda ardıcıl 4 gün iş olmayacaq

Azərbaycanda bu ay ardıcıl 4 gün iş olmayacaq. "Qafqazinfo" xəbər verir ki, ölkəmizdə noyabrın 8-i Zəfər Günü, noyabrın 9-u isə Dövlət Bayrağı Günü qeyd olunur. Bu il Zəfər Günü bazar gününə təsadüf etdiyindən istirahət günü noyabrın 10-na keçirilib. Beləliklə, noyabrın 7-dən 10-dək ardıcı

2 noyabr
.

Küləkli hava şəraitində çalışanlara şad xəbər: Fasilələr veriləcək və iş dayandırılacaq

Milli Məclis küləkli hava şəraitində işçilərin yeni qaydalarla işlədilməsi haqda tənzimləməni üçüncü oxunuşda qəbul edib. xəbər verir ki, bununla bağlı Əmək Məcəlləsinə təklif edilən dəyişikliklər parlamentin bugünkü plenar iclasında müzakirəyə çıxarılıb. Layihəyə əsasən, işçilər küləkli havada açı

1 noyabr
.

Sabah hava necə olacaq?

Noyabrın 4-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman, az çiskin olacaq. Mülayim cənub-qər

3 noyabr
.

Özəl məktəblərdə qiymətlər dəyişdi: Təhsil haqqı artdı (SİYAHI)

Azərbaycanda ümumi təhsil almaq üçün dövlət məktəbləri ödənişsiz fəaliyyət göstərsə də, bir sıra valideynlər övladlarının təhsili üçün özəl məktəblərə üstünlük verirlər. Bu zaman məktəb seçimi ilə yanaşı, illik təhsil haqqı da əsas məsələlərdən birinə çevrilir. Özəl təhsil müəssisələrində qiymətlər is

3 noyabr
.

Bakıda avtomobil gözəllik salonuna girdi

Bu gün səhər saatlarında paytaxtın Nəsimi rayonunda yol-nəqliyyat hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, Hüseynbala Əliyev küçəsində - metronun "Memar Əcəmi" stansiyasının yaxınlığında 2 avtomobil toqquşub. Nəticədə, idarəetmədən çıxan "Toyota Aqua" markalı avtomobi

2 noyabr