"Azər-Türk Bank" dörd ildir ki, büdcəyə dividend ödəməkdən yayınır
Dövlətə məxsus ikinci böyük bank – "Azər-Türk Bank" ASC artıq dörd ildir ki, ili mənfəətlə başa vurmasına baxmayaraq büdcəyə dividend ödəməkdən yayınır.
Sonxeber.az Valyuta.az-a istinadən xəbər verir ki, Hesablama Palatası dəfələrlə bu məsələ ilə bağlı öz iradını bildirib.
Belə ki, "Azər Türk Bank"ın xalis mənfəətinin 2021-ci ildə 0,5 mln. manat, 2022-ci ildə 12.1 mln. manat təşkil etməsinə baxmayaraq, 2021-2022-ci illərdə və 2023-cü ilin 8 ayı ərzində dövlət büdcəsinə dividend ödənişi həyata keçirilməyib.
Hətta Palata qeyd edib ki, 2023-cü il 01 yanvar tarixinə bankın 14.7 mln. manat bölüşdürülməmiş mənfəəti mövcud olub.
Bundan sonra 2023-cü ildə Bankın dövlət büdcəsi qarşısında 1 milyon manat öhdəlik proqnozlaşdırılıb. Amma bank bu tələbi də yerinə yetirməyib. Belə ki, "Azər-Türk Bank" 2023-cü ildə 15,7 milyon manat xalis mənfəət əldə etməsinə baxmayaraq, 2024-cü il üçün dövlət büdcəsinə heç bir dividend ödənişi etməyib.
Başqa sözlə, dövlət bankının bu cür davranışı və büdcə qarşısında öhdəliklərini icra etməməsi suallar və şübhələr doğurur. Bu məsələ ilə bağlı ali audit qurumu olan Hesablama Palatası da təəccübünü gizlətmir. Bildirilir ki, bəzi dövlətə məxsus müəssisələrin gəlirlilik potensialı nəzərə alınmır və büdcə imkanları tam istifadə olunmur.
Qeyd edək ki, ATB-dən fərqli olaraq əsas dövlət bankı ABB büdcə qarşısında öhdəliklərini icra edir. Bank 2024-cü il üzrə büdcəyə proqnozdan 13% çox, yəni 169,4 milyon manat dividend ödəyib.
Xatırladaq ki, 1995-ci ildən fəaliyyət göstərən "Azər-Türk Bank" ASC-nin səhmlərinin 75%-i Azərbaycan dövlətinə məxsusdur. Səhmlərin 12,4%-i "Ziraat Bank"a, 11%-i "Ziraat Bank International"a, 11,5%-I isə keçmiş maliyyə naziri Samir Şərifova məxsus olduğu deyilən "AzRe Reinsurance" və "Qala Həyat" sığorta şirkətlərinə məxsusdur.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 861 Tarix: 27 may 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Noyabrda ardıcıl 4 gün iş olmayacaq
Azərbaycanda bu ay ardıcıl 4 gün iş olmayacaq. "Qafqazinfo" xəbər verir ki, ölkəmizdə noyabrın 8-i Zəfər Günü, noyabrın 9-u isə Dövlət Bayrağı Günü qeyd olunur. Bu il Zəfər Günü bazar gününə təsadüf etdiyindən istirahət günü noyabrın 10-na keçirilib. Beləliklə, noyabrın 7-dən 10-dək ardıcı
2 noyabrLeylan Nəsirova vəzifəsindən azad olundu - Yeni təyinat
Beyləqan Rayon Mərkəzi Xəstəxanasının direktoru Leylan Nəsirova vəzifəsindən azad olunub. -a istinadən xəbər verir ki, bununla bağlı müvafiq əmr imzalanıb. Leylan Nəsirova digər əmrlə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının direktoru vəzifəsinə təyin olunub. Beyləqan Rayon Mərkəzi Xəstəxanasının direktor
3 noyabr"Meduza"dan 3500 qutu markasız tütün çıxdı - Sahibkara cəza verildi
Bakıda fəaliyyət göstərən "Meduza" adlı tütün mağazasında 42 min 763 manat dəyərində aksiz markası olmayan qəlyan tütünləri aşkarlanan sahibkar Quliyev Hüseyn Sabir oğluna hökm oxunub. Qaynarinfo-nun əldə etdiyi məlumata görə, Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Əndəmic kəndind
2 noyabr"Tiktok"da tanış olduğu qadını rayona apardı, gecələmək istəməyəndə onu döydü
Ucarda 37 yaşlı kişi onunla birlikdə gecələmək istəməyən qadına xəsarət yetirib. -a istinadla xəbər verir ki, 1989-cu il təvəllüdlü Ceyhun rayonda avtomobil yolunun kənarında Mingəçevir şəhərindən yanına qonaq gəlmiş, lakin onunla birlikdə qalaraq gecələmək təklifini rədd etmiş Elmira (adlar şərtidi
3 noyabrÖzəl məktəblərdə qiymətlər dəyişdi: Təhsil haqqı artdı (SİYAHI)
Azərbaycanda ümumi təhsil almaq üçün dövlət məktəbləri ödənişsiz fəaliyyət göstərsə də, bir sıra valideynlər övladlarının təhsili üçün özəl məktəblərə üstünlük verirlər. Bu zaman məktəb seçimi ilə yanaşı, illik təhsil haqqı da əsas məsələlərdən birinə çevrilir. Özəl təhsil müəssisələrində qiymətlər is
3 noyabr"28 May"dakı tunellərdə işlərin gedişi açıqlandı - 70 metri qazılıb
"Bakı Metropoliteni" QSC-nin "28 May" və "Nizami" stansiyaları arasında qazılan 2 yeni tuneldə işlərin gedişatı ilə bağlı vəziyyət açıqlanıb. "Qafqazinfo" xəbər verir ki, qurumun mətbuat katibi Bəxtiyar Məmmədov hər birinin uzunluğu 211 metr olan tunellərdə qazınt
2 noyabrAzərbaycanda korrupsiyaya qarşı əməliyyat: Saxlanılan var
Gəncədə Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsində korrupsiya əməliyyatı keçirildiyi bildirilir. "Bakupost"a istinadən xəbər verir ki, əməliyyat Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həyata keçirilib. Əməliyyat zamanı idarənin Rüfət adl
2 noyabrSəmavi yenidən gündəmdə: "İlahi" adlı yeni mahnısını təqdim etdi
Bir müddət öncə ifası və yaradıcılığı ilə ölkə mediasında geniş müzakirələrə səbəb olan müğənni Səmavi yeni mahnısını dinləyicilərinə təqdim edib. İfaçının yeni layihəsi "İlahi" adlanır. Mahnı artıq "YouTube" platformasında yayımlanıb və Səmavinin yaradıcılığını izləyənlər tərəfində
2 noyabr